Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

2016v1 

13 


 

özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar. 

 

Maddə  13.  Küçələrin,  meydanların  və  ya  dəmiryol  keçidlərinin  tikilməsi,  saxlanılması  və  istifadə 



olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi 

Avtomobil  yolları  küçələrdən  meydanlardan  və  ya  dəmiryol  keçidlərindən  keçirsə,  avtomobil  yollarının  tikilməsi, 

saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, habelə avtomobil yollarında 

hərəkətin  müvəqqəti  məhdudlaşdırılmasına  və  ya  qadağan  edilməsinə  dair  bu  Qanunun  9—12-ci  maddələrində 

nəzərdə  tutulmuş  müddəalar  eyni  dərəcədə  həmin  küçələrin,  meydanların  və  ya  dəmiryol  keçidlərinin  tikilməsinə, 

saxlanılmasına  və  istifadə  olunmasına,  habelə  küçələrdə,  meydanlarda  və  ya  dəmiryol  keçidlərində  hərəkətin 

müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur. 

 

Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması 

Azərbaycan  Respublikasında  qüvvədə  olan  vahid  beynəlxalq  texniki  göstərişlərə,  yol  hərəkətinin  təhlükəsizliyi 

normativlərinə  və  standartlarına  uyğun  gələn,  bu  tələblərə  uyğunluğu  barəsində  sertifikatı  olan,  qeydiyyatdan, 

qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki 

məsuliyyətinin  sığortası  və  sərnişin  daşımaları  xidmətini  həyata  keçirən  avtonəqliyyat  vasitələri  ilə  daşınan 

sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası "İcbari sığortalar 

haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş nəqliyyat vasitələri 

Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. 

 

Maddə 15. Yol hərəkətinin nizama salınması 

Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  yol  hərəkətinin  vahid  qaydaları  müəyyənləşdirilir.  Yol  hərəkəti 

Qaydaları  bu  Qanunla  təsbit  olunur  və  Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  fiziki  və  hüquqi  şəxslər 

üçün  məcburidir.  Azərbaycan  Respublikasında  yol  hərəkətinin  xüsusiyyətlərini  müəyyənləşdirən  digər  normativ-

hüquqi  aktlar  (xüsusi  yüklərin  daşınması,  nəqliyyat  vasitələrinin  ayrı-ayrı  növlərinin  istismarı,  qapalı  ərazilərdə 

hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır. 

 

Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili 

I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri ilə 

təmin  olunmuş,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  razılıq  almış  kurslarda 

həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq 

edilən “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında” Əsasnamə 

ilə  nizama  salınır.  Nəqliyyat  vasitələri  sürücülərinin  hazırlanması  və  ixtisaslarının  artırılması  ilə  məşğul  olan  bütün 

tədris  müəssisələri  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqan  tərəfindən müvafiq  icra  hakimiyyəti 

orqanından alınmış məlumatlara əsasən uçota alınmalıdır. 

II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır. Müvafiq 

kateqoriyalı  nəqliyyat  vasitələrinin  sürücüləri  üçün  proqramlar,  dövlət  təhsil  standartları  əsasında,  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir. 

 

Maddə  17.  Nəqliyyat  vasitələri  sürücülərinin  sağlamlığının  qorunması  və  onlar  üçün  lazımi  əmək 

şəraitinin yaradılması 

I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq hüquqi 

şəxs: 

1) yol-nəqliyyat hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;  



2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil 

etməlidir; 

3)  sürücülərin  əmək  gərginliyinin  və  yorğunluğunun  səviyyəsini  azaltmağa  yönəldilmiş  lazımi  tədbirlər 

görməlidir. 

II.  Sürücülərinin  sayı  100  nəfər  və  daha  çox  olan  nəqliyyat  vasitələrinin  sahibləri  ixtisaslaşdırılmış  tibbi  idarə  və 

sağlamlaşdırma  məntəqələri,  tibbi-sanitariya  hissələri,  poliklinika  bölmələri  və  səhiyyə  müəssisələri  yaradırlar. 

Sürücülərinin  sayı  100-dən  az  olan  nəqliyyat  vasitələrinin  sahibləri  isə,  onlara  tibbi  xidmət  göstərilməsi  üçün  ərazi 

tibb müəssisələri ilə müqavilələr bağlayırlar. 

 

Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi 

I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində, 

habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  razılıq  almış  digər  müəssisələrdə 

öyrədilir. 

II.  Yollarda  təhlükəsiz  davranma  qaydaları  vətəndaşlara  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir. 




2016v1 

14 


 

III.  Yollarda  təhlükəsiz  davranma  qaydalarının  vətəndaşlara  öyrədilməsi  barədə  müddəa  müvafiq  dövlət  təhsil 

standartlarına daxil edilir. 

IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş 

müəssisələr  tərəfindən,  yollarda  təhlükəsiz  davranma  qaydalarının  vətəndaşlara  öyrədilməsi  işinə  köməklik 

göstərməlidirlər. 

V.  Yollarda  təhlükəsiz  davranma  qaydalarının  vətəndaşlara  öyrədilməsi  üçün  kütləvi  informasiya  vasitələrindən  də 

istifadə oluna bilər. 

 

Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı 

I.  Yol  hərəkəti  təhlükəsizliyinin  tibbi  təminatı  sürücülüyə  namizədlərin  və  nəqliyyat  vasitələri  sürücülərinin  məcburi 

qaydada  tibbi  müayinədən  və  təkrar  müayinədən  keçməsindən,  nəqliyyat  vasitələri  sürücülərinin  reys  qabağı, 

reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardım 

göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk tibbi yardım 

göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və 

ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir. 

II.  Məcburi  tibbi  müayinənin  və  təkrar  müayinənin  məqsədi  sürücülüyə  namizədlərin  və  nəqliyyat  vasitələri 

sürücülərinin  sağlamlığının  sürücülük  fəaliyyətinə  zidd  göstəricilərinin  və  ya  digər  məhdudiyyətlərin  müəyyən 

edilməsindən ibarətdir. 

III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir: 

1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən; 

2)  yol-nəqliyyat  hadisələrinin  baş  verdiyi  yerdə,  tibb  müəssisəsinə  gedərkən  və  tibb  müəssisəsində  tibbi 

yardımın göstərilməsindən. 

IV.  Məcburi  tibbi  müayinənin  dövriliyi,  onun  keçirilməsi  qaydası,  Azərbaycan  Respublikası  vətəndaşları  tərəfindən 

nəqliyyat  vasitələrinin  idarə  olunmasını  qeyri-mümkün  edən  tibbi  göstəricilərin  siyahısı,  habelə  yol-nəqliyyat 

hadisələri  zamanı  zərər  çəkmiş  şəxslərə  tibbi  yardımın  təşkili  qaydaları  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili 

I.  Azərbaycan  Respublikasının  səhiyyə  müəssisələri  yol-nəqliyyat  hadisələri  nəticəsində  zərər  çəkənlərə  yardım 

göstərilməsini  təmin  edir,  nəqliyyat  vasitəsini  idarə  edən  şəxslərin  alkoqoldan,  narkotik  vasitələr,  psixotrop 

maddələrdən  və  güclü  təsir  göstərən  digər  maddələrdən  istifadə  nəticəsində  sərxoş  vəziyyətdə  olub-olmadıqlarını 

müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.  

II.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları  mütəxəssislərlə,  şöbə  və  palatalarla  təchiz 

olunmuş,  müayinə  və  müalicə  etmək  imkanına,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 

stasionar  postları  ilə  rabitə  əlaqəsinə  malik  olan  müalicəxanaları  yolların  konkret  sahələrinə  təhkim  edirlər.  Bu 

müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün 

lazımi tədbirlər görməlidirlər. 

III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri ilə 

təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili yardım 

stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat hadisəsi 

yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri Azərbaycan 

Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini 

təmin etməlidirlər. 

 

Maddə 21.  Ətraf mühitin mühafizəsi 

I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən nəqliyyat 

vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın qarşısını almaq və 

onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr 

olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır. 

II.  Bütün  hüquqi  və  fiziki  şəxslər  müvafiq  nəqliyyat  tipinin  ətraf  mühitə  tullantılarında  çirkləndirici  maddələrin  yol 

verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl edilməməsi 

üçün məsuliyyət daşıyırlar. 

 

Maddə 22. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi proqramları 

I.  Yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsi  məqsədilə  və  yol-

nəqliyyat  hadisələrinin  sayının,  bu  hadisələr  nəticəsində  dəyən  zərərin  azaldılmasına  yönəldilmiş  dövlət  və  yerli 

əhəmiyyətli proqramlar işlənib hazırlanır. 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə