Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

2016v1 

12 


 

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam 

və digər məlumat qurğularının yerləşdirilməsi;  

6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların tikintisi, 

yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi; 

7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod 

sınaqlarının keçirilməsi; 

8)  təhkim  zolağında  nəqliyyat  vasitələrinin  durması  və  yuyulması  üçün  meydançaların,  xidmət  obyektlərinin, 

köşklərin,  pavilyonların,  digər  qurğuların  yerləşdirilməsi  və  ticarət  aparılması,  avtomobil  yollarının  tikintisi, 

saxlanılması,  təmiri  və  yenidən  qurulması  ilə  bağlı  olmayan  işlərin  görülməsi,  müvafiq  icra  hakimiyyəti  orqanının 

xidməti  tikililəri  və  qurğuları  istisna  olmaqla,  avtomobil  yollarının  tikintisi,  saxlanılması,  təmiri,  yenidən  qurulması 

üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;  

9)  yarışların,  məşqlərin  və  digər  idman  tədbirlərinin  keçirilməsi  (krosslar,  avtomotoyarışlar,  digər  kütləvi 

tədbirlər). 

VI.  Tırtıllı,  uzun  ölçülü,  iri  qabaritli,  ağır  çəkili  və  ya  təhlükəli  yükləri  daşıyan  nəqliyyat  vasitələrinin  avtomobil 

yollarında  hərəkəti  bu  Qanunun  10-cu  maddəsinin  ikinci  hissəsində  göstərilən  hüquqi  və  ya  fiziki  şəxslər  ilə 

razılaşdırılmalıdır.  Tırtıllı,  uzun  ölçülü,  iri  qabaritli,  ağır  çəkili  və  ya  təhlükəli  yükləri  daşıyan  nəqliyyat  vasitələrinin 

avtomobil  yollarından  istifadə  qaydası  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən  olunur.  Tırtıllı,  uzun  ölçülü,  iri  qabaritli,  ağır  çəkili  və  ya  təhlükəli  yükləri  daşıyan  nəqliyyat  vasitələrinin 

hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, yol örtüyü və yolun mühəndisi konstruksiyası 

zədələndikdə,  avtomobil  yoluna  və  ya  yolda  yerləşdirən  qurğulara  müdaxilə  edildikdə,  onların  sahibləri  bu  zərəri 

ödəməyə borcludurlar.  

VII.  Bu  maddədə  sadalanan  qadağanlar  və  məhdudiyyətlər  bu  Qanunun  10-cu  maddəsinin  ikinci  hissəsində 

göstərilmiş  hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən  avtomobil  yollarının  saxlanılması,  abadlaşdırılması  və  avtomobil 

yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir. 

VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini 

pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

 

Maddə 12. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi 

I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər: 

1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə

2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə

3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda; 

4) hava-iqlim şəraiti xeyli pisləşdikdə

5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə. 

II. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən 

asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya özəl yolun sahibi tərəfindən qəbul 

edilir. Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaradarsa, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata 

keçirən orqan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarın qəbul edilməsi 

barədə göstəriş verə bilər. Qərar olmadan, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, 

yalnız  fövqəladə  hadisələr,  habelə  qəza  təhlükəsinin  aradan  qaldırılması  ilə  bağlı  işlərin  görülməsi  zərurəti  ilə 

əlaqədar hallarda mümkündür. 

III.  Yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan  edilməsi  haqqında  qərarda  yol  hərəkətinin 

məhdudlaşdırılmasının  və  ya  qadağan  edilməsinin  yeri,  səbəbi,  vaxtı  və  şərtləri,  qəbul  olunan  qərar  barədə  yol 

hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi 

müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir. 

IV. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət 

orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Qərarda göstərilmiş zəruri işlərin icrasına cavabdeh olan şəxslər yol 

hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqanla birlikdə zəruri, o cümlədən dolayı yol ilə 

yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər. 

V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata 

keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan 

və digər texniki vasitələrdən istifadə olunmalıdır. 

VI. Yollara xidmət edən yol təsərrüfatı müəssisələri, fövqəladə hallar istisna olmaqla, avtomobil yollarında hərəkətin 

müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin planlaşdırılması, habelə bunun üçün müəyyən olunmuş 

müddətlər  haqqında  yol  istifadəçilərinə  qabaqcadan  xəbər  verməlidirlər.  Yol  hərəkətinin  müvəqqəti 

məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol 

hərəkətinin müəyyən olunmuş müddətdə təcili bərpası üçün zəruri tədbirlər həyata keçirməlidirlər. 

VII.  Bu  maddənin  müddəalarını,  habelə  yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan  edilməsi 

haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə