Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

2016v1 

10 


 

III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir: 

1. avtomagistrallarda - bu qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla; 

2.  digər  avtomobil  yollarında  -  nəqliyyat  vasitələrinin  hərəkət  şiddəti  300  avtomobil/saatdan,  piyadaların  hərəkət 

şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda. 

IV. Bu qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya 

yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

Maddə  10.  Avtomobil  yollarının  saxlanılması,  qorunması  və  abadlaşdırılması  zamanı  yol  hərəkəti 



təhlükəsizliyinin təmin edilməsi 

I.  Avtomobil  yollarının  saxlanılması  və  abadlaşdırılması  yol  hərəkəti  iştirakçılarının  tələbatlarının  maksimum 

ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə: 

1) avtomobil yolları yol hərəkətinin iştirakçıları üçün sərfəli və rahat şəraitdə saxlanılmalı, qorunmalı və daha 

da  yaxşılaşdırılmalıdır.  Yol  hərəkətinin  təhlükəsizliyi  üçün  qorxu  törədən  şərait  yarandıqda,  yol  hərəkəti  qadağan 

edilməli və ya məhdudlaşdırılmalıdır, təhlükəsiz hərəkət şəraitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görülməlidir

2) avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin 

keçilən  sahələri  əks  etdirən  marşrut  xəritələri  və  sxemləri),  svetoforlar  və  yol  hərəkəti  təşkilinin  digər  texniki 

nizamlama vasitələri quraşdırılmalıdır; 

3)  avtomobil  yolunun  yaxınlığında  xəstəxananın  olması,  onun  istiqaməti,  yerləşdiyi  məsafə,  xəstəxananın 

telefon nömrəsi barədə məlumat verən müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müəssisələrinin 

yerləşməsi “Tibbi yardım məntəqəsi” yol nişanı ilə bildirilməlidir

4)  texniki  qurğuların  quraşdırılması,  kommunikasiyaların  çəkilməsi,  mühafizə  işlərinin  görülməsi,  xidmət 

obyektlərinin tikilməsi və avadanlıqlarının qurulması təmin edilməlidir; 

5)  avtomobil  yollarında  yol  şəraiti  və  hərəkət  rejimi  haqqında  yol  hərəkəti  iştirakçılarına  vaxtında  məlumat 

verilməli,  yol  şəraitinin  xeyli  pisləşməsi  zamanı  (qar  yığınları,  yolun  buz  bağlaması)  isə,  bu  məqsədlə  radio  və 

televiziya vasitələrindən istifadə olunmalı, əlverişsiz hava şəraitində yol hərəkəti iştirakçılarının təhlükəli yol sahələrini 

qəzasız keçmələri təmin edilməlidir; 

6) avtomobil yollarında işlərin görüldüyü, yol tikintisində istifadə olunan mexaniki nəqliyyat vasitələrinin, tikinti 

materiallarının  və  s.  qoyulduğu  yerlər,  yol  örtüyünün  hərəkət  üçün  təhlükə  törədə  biləcək  zədələri  (kələ-kötür  və 

çökək yerlər, çuxurlar və s.) qəza təhlükəli sahələr və yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi yerlər vaxtında 

aşkar  edilməli  və  təxirəsalınmadan  aradan  qaldırılmalıdır,  bu  mümkün  olmadıqda  isə  müvafiq  yol  nişanları  ilə, 

çəpərləyici və yönəldici vasitələrlə bu Qanunla nəzərdə tutulmuş xəbərdarlıq nişanları ilə işarələnməlidir; 

7)  avtomobil  yollarının  hərəkət  hissəsinin  palçıqdan,  su,  qum  və  ya  qar  yığınından,  buzdan  və  yaxud  daş 

düşməsindən təcili olaraq təmizlənməsi üçün tədbirlər görülməlidir; 

8)  tırtıllı,  uzun  ölçülü,  iri  qabaritli,  təhlükəli  və  yükdaşıyan  digər  ağır  çəkili  nəqliyyat  vasitələrinin  avtomobil 

yollarının üst örtüyünü, yol qurğularını, dəmir yolunu və ya dəmiryol keçidinin avadanlığını zədələyə biləcəyi hallarda, 

onların  hərəkəti  qadağan  olunmalı  və  ya  yolun  təhlükəli  olan  sahələrini  qəzasız  keçmələri  təmin  edilməli,  xüsusilə 

təhlükəli hallarda isə, başqa yol hərəkəti iştirakçılarının hərəkəti məhdudlaşdırılmalıdır; 

9)  şəhərlərarası  avtomobil  yollarında  təcili  yardım  çağırış  sistemləri  qurulmalıdır,  nəqliyyat  vasitələrinin 

dayanacaqları,  duracaqları,  təşkil  edilməli  və  yol  hərəkəti  iştirakçılarının  ilk  tibbi  yardım  almaq,  dincəlmək, 

qidalanmaq,  insanın  adi  həyati  və  məişət  ehtiyaclarının  ödənilməsinin  təmini  məqsədi  ilə  müvafiq  yerlər 

düzəldilməlidir; 

10)  avtomobil  yollarından  yol  nişanlarının,  svetoforların,  hərəkətin  təşkilinin  digər  texniki  vasitələrinin 

çıxarılmasına, görünüşünün müxtəlif maneələrlə məhdudlaşdırılmasına, zədələnməsinə, özbaşına qurulmasına, görmə 

şəraitini pisləşdirən reklam lövhələrinin və transparantların qurulmasına yol verilməməlidir. 

II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün avtomobil yollarının bu maddənin birinci hissəsinin tələblərinə 

uyğun  olaraq  saxlanılmamasına,  qorunmamasına  və  abadlaşdırılmamasına,  habelə  avtomobil  yollarında  təhlükəsiz 

hərəkət şəraitinin yaradılmamasına görə: 

1) dövlət əhəmiyyətli avtomobil yolları üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

2) yerli əhəmiyyətli avtomobil yolları, küçələr və meydanlar üzrə müvafiq icra hakimiyyəti orqanları; 

3) özəl avtomobil yolları üzrə bu yolların sahibləri; 

4) dəmiryol keçidləri üzrə dəmiryol təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 

qaydada məsuliyyət daşıyırlar. 

III.  Bu  maddənin  birinci  hissəsində  göstərilmiş  tələblərin  hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən  yerinə  yetirməsinə 

nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

IV.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən  edilmiş  qaydada və  həddə  bu  maddənin birinci  hissəsində  göstərilmiş  tələbləri  pozan  hüquqi  və  ya  fiziki 

şəxsləri məsuliyyətə cəlb və tənbeh etmək ixtiyarı vardır. 

V.  Bu  maddənin  ikinci  hissəsində  göstərilmiş  hüquqi  və  fiziki  şəxslər  avtomobil  yollarının  lazımi  vəziyyətdə 

saxlanılmaması,  qorunmaması  onların  abadlaşdırılmaması  və  ya  avtomobil  yollarında  təhlükəsiz  hərəkət  şəraitinin 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə