Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə5/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   2   3   4   5   6   7   8   9   ...   48

2016v1 

 



31)  nəqliyyat  vasitəsinin  durması  —  əgər  nəqliyyat  vasitəsi  digər  yol  istifadəçisi  və  ya  hər  hansı  maneə  ilə 

toqquşmanın  qarşısını  almaq  və  ya  hərəkət  qaydalarının  göstərişlərini  yerinə  yetirmək  səbəblərindən  başqa  digər 

səbəblərə  görə  hərəkətsiz  vəziyyətə  gətirilmişdirsə  və  onun  dayanması  adamların  minməsi  və  ya  düşməsi,  yaxud 

yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 

32) parklanma — nəqliyyat vasitəsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarələnmiş yerdə durmasıdır; 

33)  yol  hərəkəti  iştirakçısı  —  hərəkət  prosesində  piyada,  nəqliyyat  vasitəsinin  sürücüsü,  sərnişin,  velosipedçi, 

mal-qara  ötürən  qismində  iştirak  edən,  habelə  avtomobil  yollarından,  küçələrdən,  dəmiryol  keçidlərindən  və  ya 

nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir

34)  sürücü —  hər  hansı  növ  nəqliyyat vasitəsini  idarə  edən  şəxsdir  (sürücülüyü  öyrədən  avtomobil  təlimatçısı da 

sürücüyə bərabər tutulur); 

35) sərnişin — nəqliyyat vasitəsində hərəkətdə olan, lakin onun idarə edilməsinə aidiyyəti olmayan şəxsdir; 

36) piyada — nəqliyyat vasitələrindən kənarda yol hərəkətində iştirak edən və yolda hər hansı iş görməyən şəxsdir 

(mühərriksiz  əlil  arabalarında  gedən,  velosiped,  moped  və  ya  motosiklet  aparan,  kirşə,  əl  arabası,  uşaq  və  ya  əlil 

arabası aparan şəxslər də piyadaya bərabər tutulur); 

37) velosipedçi — əlil arabaları istisna olmaqla, velosipedi idarə edən şəxsdir

38) mal-qara ötürən — mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir; 

39) ötmə — hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir; 

40)  üstünlük  —  nəzərdə  tutulan  istiqamətdə  digər  hərəkət  iştirakçılarına  nisbətən  ilk  növbədə  hərəkət  etmək 

hüququdur; 

41)  yol  vermək  —  sürücünün  hərəkəti  davam  etdirməsi  və  ya  yenidən  hərəkətə  başlaması,  hər  hansı  manevr 

etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə 

biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir; 

42)  məhdudiyyətli  görünmə  —  duman,  yağış,  qar  və  başqa  şəraitdə,  habelə  toranlıqda  yolun  300  metrdən  az 

məsafədə görünməsidir; 

43)  yol-nəqliyyat  hadisəsi  —  yollarda,  küçələrdə,  meydanlarda,  dəmiryol  keçidlərində  nəqliyyat  vasitələrinin 

hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və 

ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi 

zərər dəyməsinə səbəb olan hadisədir

44)  ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsi  -  sərnişin  daşınması  üçün  nəzərdə  tutulmuş,  müəyyən  edilmiş 

marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay);  

45) mütəşəkkil nəqliyyat dəstəsi - qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş 

operativ  nəqliyyat  vasitəsinin  müşayiəti  ilə  bir  hərəkət  zolağında  bir-birinin  ardınca  faraları  yandırılmış  vəziyyətdə 

hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir;  

46) avtoqatar - bir mexaniki nəqliyyat vasitəsinə qoşularaq birlikdə hərəkət edən bir neçə nəqliyyat vasitəsindən 

ibarət tərkibdir;  

47) icazə verilən maksimum kütlə - istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş, nəqliyyat vasitəsinin sürücü, 

sərnişin və yüklə birlikdə yol verilən kütləsinin yuxarı həddidir. Avtoqatarın icazə verilən maksimum kütləsi tərkibə 

daxil olan nəqliyyat vasitələrinin icazə verilən maksimum kütlələrinin cəmindən ibarətdir;  

48) sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir;  

49) yaşayış məntəqəsi - giriş və çıxışları müvafiq olaraq 

 5.22, 

 5.23, 


 5.24, 

 5.25 


nişanları ilə işarələnmiş, əhalinin yığcam məskunlaşdığı ərazidir. Ağ fonu olan 

 5.22 və 

 5.23 nişanları 

yaşayış  məntəqələrində  hərəkət  qaydalarını  tənzimləyən  müvafiq  tələblərin  tətbiq  olunduğunu,  göy  fonu  olan 

 5.24 və 

 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin 

bu yolda tətbiq olunmadığını göstərir;  

50) yaşayış zonası – yaşayış məntəqəsinin giriş və çıxışları müvafiq olaraq 

 5.51 və 

 5.52 nişanları 

ilə işarələnmiş hissəsidir; 

51) ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş 

çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir

52)  iriqabaritli  nəqliyyat  vasitəsi  -  ümumi  istifadədə  olan  avtomobil  yolları  və  yol  qurğuları  üçün  müəyyən 

edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir; 

53)  texnoloji  nəqliyyat  vasitəsi  -  küçə-yol  şəbəkəsində  istismar  üçün  nəzərdə  tutulmayan,  sənaye  sahələrində 

müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz 

edilmiş nəqliyyat vasitəsidir.  



 

Maddə 2. Qanunun təyinatı 


2016v1 

 



Yol  hərəkəti  haqqında  Qanun  yollarda  nəqliyyat  vasitələrinin  və  piyadaların  təhlükəsiz  və  rahat  hərəkətini  təşkil 

etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının 

qorunması,  ətraf  mühitin,  xüsusi,  bələdiyyə  və  dövlət  əmlakının  mühafizəsi,  yol-nəqliyyat  hadisələrinin  qarşısının 

alınması  və  onların  ağırlıq  dərəcəsinin  aşağı  salınması  üçün  tədbirlər  görülməsinin  hüquqi  əsaslarını  və  bu  sahədə 

dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. 

 

Maddə 3. Yol hərəkəti haqqında qanunvericilik 

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu 

Qanundan,  Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktlarından  və  Azərbaycan  Respublikasının  tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 

 

Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri 

Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 

1)  dövlət  siyasətini,  o  cümlədən  vahid  elmi-texniki  siyasəti,  habelə  yol  hərəkəti  standartlarını  müəyyən  etmək  və 

onları həyata keçirmək; 

2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, 

habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar 

qəbul etmək, onların icrasını həyata keçirmək; 

3)  yol  hərəkətinin  inkişafının  və  təhlükəsizliyinin  təmin  edilməsinə  dair  ölkə  və  onun  inzibati  ərazi  vahidləri  üzrə 

proqramları  və  planları  qəbul  etmək,  onların  icrası  üzrə  dövlət  orqanlarının  fəaliyyətinin  əlaqələndirilməsini  təmin 

etmək; 

4) yol hərəkətinin inkişafına və təhlükəsizliyinə dair proqramları və planları, avtomobil yolları şəbəkəsinin saxlanılması 



və  inkişaf  etdirilməsi,  yollarda  təhlükəsiz  hərəkətin,  habelə  yol  hərəkətinə  dair  ekoloji  tələblərin  təmin  edilməsi 

sahəsində həyata keçirilən tədbirləri dövlət büdcəsindən maliyyələşdirmək;  

5)  yol  hərəkətinin  təşkili  üzrə  ixtisaslaşdırılmış  xidmətləri  təşkil  etmək,  o  cümlədən  texniki  vasitələrin  və 

avtomatlaşdırılmış  sistemlərin  qurulmasını  və  istifadəsini,  qəza-xilasetmə  işləri görülən  və  kütləvi tədbirlər  keçirilən 

yerlərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək; 

6)  avtomobil  yollarının  tikintisinə,  yenidən  qurulmasına,  təmirinə,  saxlanılmasına  və 

qorunmasına

 

dair,  habelə 



Azərbaycan Respublikasında istehsal olunan nəqliyyat vasitələrinin konstruksiyasına və texniki vəziyyətinə dair vahid 

tələbləri müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək; 

7) avtomobil yollarının təmiri və saxlanılması ilə bağlı fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyinə təsir göstərən digər 

növ  fəaliyyətin  həyata  keçirilməsi,  nəqliyyat  vasitələrinin  təmiri  və  istismarı,  daxili  və  beynəlxalq  sərnişin  və  yük 

daşımaları, təhlükəli yüklərin daşınması qaydasını müəyyən etmək; 

8)  nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsinin,  dövlət  qeydiyyat  nişanının  və  sürücülük  vəsiqəsinin 

nümunələrini müəyyən etmək; 

9)  ekoloji  təhlükəsiz  tələblərinə  əməl  etməklə,  yol  hərəkəti  iştirakçılarının  ehtiyaclarının  təmin  olunması  məqsədilə 

avtomobil  yollarının  saxlanılmasını,  təmirini,  yenidən  qurulmasını  və  tikintisini  təşkil  etmək  və  onların  həyata 

keçirilməsinə nəzarət etmək, yolların qəza təhlükəli sahələrini aradan qaldırmaq; 

10) yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olaraq dövlət yollarında texniki xidmət sahələri təşkil etmək

11) yol hərəkəti iştirakçılarının tibbi təminatını, o cümlədən yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardımın 

göstərilməsini təşkil etmək; 

12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən məktəb və kursların açılmasına razılıq 

vermək,  onların  fəaliyyətinə  nəzarət  etmək,  nəzəri  və  təcrübi  imtahanlar  qəbul  etmək,  imtahanlardan 

müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq; 

13)  əhaliyə  yol  hərəkəti  qaydalarının  öyrədilməsini  və  yol  hərəkəti  təhlükəsizliyinin  təbliği  işini  təşkil  etmək,  yol 

hərəkəti  təhlükəsizliyi  sahəsində  bu  Qanunla  müəyyən  olunmuş  tələblərə  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  əməl 

olunmasını təmin etmək; 

14)  yaşayış  məntəqələrinin  baş  planlarına,  müfəssəl  planlaşdırılması  və  tikintisi  layihələrinə,  kompleks  nəqliyyat 

sxemlərinə  və  yol  hərəkətinin  təşkili  sxemlərinə  uyğun  olaraq  rayon  (şəhər)  ərazilərində  yol  hərəkətinin 

avtomatlaşdırılmış idarəetmə sistemlərini təşkil etmək; 

15) pullu duracaqlarda, qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydasını müəyyən etmək; 

16) yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək; 

17) yol hərəkət təhlükəsizliyini təmin etmək və ya hərəkət şəraitini yaxşılaşdırmaq məqsədilə, yollarda təmir-tikinti 

işləri aparılarkən, zəruri olduqda, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ümumi 

istifadədə  olan  nəqliyyatın  müntəzəm  hərəkəti  marşrutlarının  açılması  qaydasını  müəyyən  etmək  və  onun  həyata 

keçirilməsini təşkil etmək; 

18)  nəqliyyat  vasitələrinin  texniki  vəziyyətinə  nəzarət  etmək,  qanunla  müəyyən  edilmiş  hallarda  texniki  baxışları 

həyata  keçirmək,  konstruksiyası  və  ya  texniki  vəziyyəti  müəyyən  olunmuş  standartlara,  habelə  mühərrik,  ban  və 

şassi  nömrələri  qeydiyyat  sənədlərində  göstərilmiş  nömrələrə  uyğun  gəlməyən  nəqliyyat  vasitələrinin  istismarını 

qadağan etmək; 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə