Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə12/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   8   9   10   11   12   13   14   15   ...   48

2016v1 

15 


 

II. Bu proqramlar ərazi və sahə planlaşdırılmasının səmərəli əlaqələndirilməsi, bir-birinə bağlı olan balanslaşdırılmış 

göstəricilərin  formalaşdırılması  əsasında,  konkret  regionun  sosial-iqtisadi  və  ekoloji  şəraiti,  yol  şəbəkəsinin  inkişaf 

səviyyəsi, qəza vəziyyəti və yol hərəkətinin vahid uçotu sisteminin digər göstəriciləri nəzərə alınmaqla hazırlanır. 

III. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması proqramına aşağıdakılar daxil edilməlidir: 

1) yolların inkişafı və genişləndirilməsi

2) yol hərəkətinin təşkilinin təkmilləşdirilməsi; 

3)  yol  hərəkətinin  təhlükəsizliyi  vəziyyətinin  təhlili  və  yol-nəqliyyat  hadisələrinin,  onların  nəticələrinin 

azaldılması üzrə tədbirlər; 

4) müəyyən dövr üçün proqnozlar

5) əsaslandırılmış konkret məqsədlər; 

6) həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmağa imkan verəcək tədbirlər

7) proqramın dəyəri və onun maliyyələşdirilmə mənbələri, yol fondlarının yaradılması; 

8) proqramın yerinə yetirilməsinə nəzarətin formaları və mütəmadiliyi. 

 

Maddə 23. Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi 

I. Proqramlarda nəzərdə tutulmuş tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyini təmin etmək sahəsində digər tədbirlər 

Azərbaycan  Respublikası  büdcəsinin,  yerli  büdcələrin,  büdcədənkənar  vəsaitlərin  və  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanlarının vəsaiti hesabına maliyyələşdirilir. 

II.  Yol  hərəkəti  təhlükəsizliyini  təmin  etmək  tədbirləri  bu  Qanunun  müddəalarını  pozmağa  görə  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilən cərimələrin ödənilməsi, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat 

vasitələrinin  müşayiət  olunması  və  haqqı  ödənilən  digər  əlavə  xidmətlər  nəticəsində  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanına daxil olan vəsait hesabına maliyyələşdirilir. 

III.  Bu  Qanunun  müddəalarını  pozmağa  görə  fiziki  və  hüquqi  şəxslər  tərəfindən  ödənilən  cərimələrdən  daxil  olan 

vəsait Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və subyektlər tərəfindən 

təyinatı üzrə istifadə olunmalıdır. 

 

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili 

I.  Azərbaycan  Respublikası  ərazisində  yol  hərəkətinin  təhlükəsizliyi  vəziyyətinin  əsas  göstəricilərinin  dövlət  uçotu 

aparılır. Bu göstəricilər aşağıdakılardır: 

1) yol-nəqliyyat hadisələrinin; 

2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin

3) nəqliyyat vasitələri sürücülərinin; 

4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin; 

5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı;  

6)  yol  hərəkəti  təhlükəsizliyi  vəziyyətini  əks  etdirən  göstəricilər  və  yol  hərəkəti  təhlükəsizliyinin  təmin 

edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri. 

II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat 

hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır: 

1) yaralılar — yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan 

şəxslər; 

2) həlak olanlar — yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün 

ərzində ölmüş şəxslər. 

III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti 

təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və 

tətbiqini təmin edir.  

IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi 

və  hesabat  məlumatlarının  formalaşdırılması  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyənləşdirilir. 

 

Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi 

I.  Azərbaycan  Respublikasında  yol  hərəkəti  və  onun  təhlükəsizliyi  göstəricilərinin  (avtomobil  yollarının,  nəqliyyat 

vasitələrinin,  sürücülərin  və  yol  hərəkəti  sahəsində  inzibati  xətaların,  yol-nəqliyyat  hadisələrinin,  yol-nəqliyyat 

zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir. 

II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin 

vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər. 

 

 



 


2016v1 

16 


 

Maddə 26. Layihə və elmi işlərin aparılması 

Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks 

sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslər həmin sənədlərdə hərəkət 

təhlükəsizliyinin  təmin  edilməsi,  ətraf  mühitə  çirkləndirici  maddələr  buraxılmasının  və  tullanmasının,  habelə  səs-

küyün  və  vibrasiyanın  qarşısının  alınması  və  azaldılması  istiqamətində  tədbirlər  nəzərdə  tutmalı  və  bunları 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar. 



3 FƏSİL 

Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması 

 

Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı 

I. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona 

uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat 

vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı 

üzrə  uçota  alınması  haqqında”  Əsasnamə  ilə  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatından  keçirilərək  uçota 

alınırlar.  Dövlət  qeydiyyatı  nəqliyyat  vasitələrinin  konstruksiyasının,  texniki  vəziyyətinin  və  avadanlığının  qəbul 

olunmuş  təhlükəsizlik  qaydalarına  uyğun  olması,  nəqliyyat  vasitələrinin  istifadə  olunması  və  ya  çıxdaş  edilməsi 

zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, 

nəqliyyat  vasitələrinin  sahibləri  tərəfindən  rüsumların  ödənilməsi,  eləcə  də  nəqliyyat  vasitələrinin  mərkəzləşdirilmiş 

şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və 

sərnişin  daşımaları  xidmətini  həyata  keçirən  avtonəqliyyat  vasitələri  ilə  daşınan  sərnişinlərin  (şəhərdaxili  və  ya 

qəsəbədaxili  daşınan  sərnişinlər  istisna  olmaqla)  fərdi  qəza  sığortasının  təmin  edilməsi,  həmçinin  cinayətkarlığa  və 

digər  hüquqpozmalara  qarşı  mübarizə  aparılması  məqsədi  ilə  həyata  keçirilir.  Nəqliyyat  vasitəsinin  qoşqu  və 

yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri 

isə  yalnız  bir  şəxsin  adına  aparılır.  Qeydiyyat  üzrə  daimi  uçota  alınan  nəqliyyat  vasitələrinin  sahiblərinə  nəqliyyat 

vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. 

II.  Mexaniki  nəqliyyat  vasitələrinin  dövlət  qeydiyyatını  Azərbaycan  Respublikasının  rayon,  şəhər  və  bölgələrində 

aşağıdakılar aparırlar: 

1)  hüquqi  və  fiziki  şəxslərə  məxsus  olan  (Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrindən  və  digər 

birləşmələrdən  başqa)  və  mühərrikinin  işçi  həcmi  50  kub/sm  və  daha  çox,  konstruktiv  maksimal  sürəti  saatda  50 

kilometrdən  artıq  olan  bütün  tipli,  markalı  və  modelli  mexaniki  nəqliyyat  vasitələrinin,  onların  qoşqularının  və 

yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

2) tramvayların və trolleybusların — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

3)  traktorların,  həmçinin  meşə  və  kənd  təsərrüfatında  istifadə  edilən,  siyahısı  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  mexaniki  nəqliyyat  vasitələrinin  -  Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

4)  texnoloji  nəqliyyat  vasitələrinin,  habelə  bu  maddənin  II  hissəsinin  1-ci  və  3-cü  bəndlərində  göstərilən 

nəqliyyat  vasitələri  istisna  olmaqla,  siyahısı  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin — Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanı; 

III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid dövlət 

qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır. 

IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə 

tutulmuş orqanlarda: 

1) əldə edildiyi vaxtdan on gün ərzində

2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 

3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində

4)  nəqliyyat  vasitəsinin  mühərrik,  ban  və  şassi  nömrələri  dəyişdirildiyi  və  ya  qeydiyyat  məlumatlarının 

dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat 

vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. 

Qeyd: Vərəsəlik  üzrə  alınan  nəqliyyat vasitələrinin qeydiyyatı  istisna olmaqla,  nəqliyyat  vasitələri  18  yaşına,  asma 

mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat 

vasitəsi  yetkinlik  yaşına  çatmamış  vərəsənin  adına  qeydiyyata  alınarkən,  qeydiyyat  sənədində  onun  valideyninin, 

övladlığa  götürənin  və  himayəçinin  soyadı,  adı,  atasının  adı  göstərilir  və  belə  nəqliyyat  vasitəsinin  qəyyumluq  və 

himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. 

IV-I.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması,  nəqliyyat  vasitəsinin  qeydiyyat 

şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə