Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

2016v1 

26 


 

2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, 

həmin müddət bitdiyi gün. 

5 FƏSİL 

Yol hərəkəti qaydaları 

 

Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları 

I. Yol hərəkətinin iştirakçıları: 

1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini 

bilməli və yerinə yetirməlidirlər; 

2)  yol  hərəkətinin  nizama  salınmasında  istifadə  olunan  nizamlayıcının  və  svetoforların  siqnallarına,  yol 

nişanlarına,  yolun  nişanlanmasına,  yol  işlərində  istifadə  olunan  səs  və  işıq  siqnallarına,  bəzi  nəqliyyat  vasitələrinin 

fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 

3)  yol  hərəkəti  üçün  təhlükəsiz  şərait  yaratmalı,  öz  hərəkətləri  və  ya  hərəkətsizliyi  ilə  digər  hərəkət 

iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 

4)  yol  örtüyünü  zədələməməli  və  ya  çirkləndirməməli,  yol  nişanlarını  çıxarmamalı,  qarşısını  kəsməməli, 

zədələməməli,  özbaşına  yol  nişanları,  svetoforlar  və  hərəkətin  təşkilinin  digər  texniki  vasitələrini 

quraşdırmamalıdırlar; 

5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini 

çətinləşdirməməli  və  ya  onun  təhlükəsizliyi  üçün  qorxu  törətməməlidirlər  (bu  cür  maneənin  və  ya  təhlükənin 

yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər 

görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar 

edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 

6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 

7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan 

fəhlələr,  eləcə  də  digər  şəxslər  müəyyən  edilmiş  yol  hərəkəti  qaydalarına  təsir  göstərə  biləcək  maneələr 

yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. 

II. Yol hərəkəti qaydalarına riayət edən yol hərəkətinin hər bir iştirakçısı digər şəxslərdən həmin qaydaların tələblərini 

gözləməyi tələb edə bilər. 

III. Yol hərəkəti iştirakçılarının: 

1)  təhlükəsiz  və  rahat  yol  hərəkəti  şəraitinə  malik  olmaq,  yolların,  küçələrin,  meydanların  və  dəmiryol 

keçidlərinin hərəkətin təhlükəsizliyi tələblərinə uyğunsuzluğu nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək; 

2) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və yol sahibləri qüvvədə olan qanunvericiliyi 

pozduqda, onların hərəkətlərindən məhkəməyə şikayət etmək

3)  hidrometeorologiya,  yol,  kommunal  və  başqa  təşkilatlardan  yol  hərəkət  şəraiti  haqqında  məlumat  almaq 

hüquqları vardır. 

 

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri 

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 

1)  sürücülük  vəsiqəsini  (fərdi  nəqliyyat  vasitəsinin  sahibi  olmadıqda,  sürücünün  nəqliyyat  vasitəsini  idarə 

etmək  hüququna  dair  müəyyən  edilmiş  qaydada  təsdiqlənmiş  etibarnaməsini  və  ya  nəqliyyat  vasitəsinə  ümumi 

mülkiyyət  hüququna  dair  şəhadətnaməsini),  sürücülük  vəsiqəsi  müəyyən  edilmiş  qaydada  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  alınmış  olduqda  isə  onu  əvəz  edən  xüsusi  arayışı, 

nəqliyyat  vasitəsinin  qeydiyyat  şəhadətnaməsini,  avtonəqliyyat  vasitəsi  sahiblərinin  mülki  məsuliyyətinin  icbari 

sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili 

və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin "İcbari sığortalar haqqında" 

Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  bağlanmasını  təsdiq  edən  icbari  sığorta  şəhadətnaməsini, 

nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini 

və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır; 

2)  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşının  tələbi  ilə  nəqliyyat  vasitəsini 

dayandırdıqda,  həmin  əməkdaş  yaxınlaşdıqdan  sonra  bu  maddənin  birinci  hissəsinin  1-ci  bəndində  göstərilən 

sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən 

çıxmalıdır; 

3)  yola  düşməzdən  qabaq  nəqliyyat  vasitələrinin  istismara  buraxılmasına  dair  bu  Qanunun  1  saylı  əlavəsinə 

uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 

4)  yol  hərəkəti  şəraitini,  nəqliyyat  vasitəsinin  və  yükün  xüsusiyyətlərini  nəzərə  almaqla,  nəqliyyat  vasitəsini 

müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir



2016v1 

27 


 

5)  hərəkət  zolağının  dəyişməsi,  dönmə,  ötmə,  hərəkətə  başlama  və  dayanma  ilə  bağlı  manevrlər  edərkən, 

xarici  işıq  siqnallarının  köməyi  ilə,  bunlar  olmadıqda  və  ya  nasaz  olduqda  isə,  əl  işarələri  ilə  digər  hərəkət 

iştirakçılarını xəbərdar etməlidir; 

6) konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən 

kəməri  bağlamalı  və  sərnişinlərin  də  kəməri  bağlamasını  təmin  etməli  (12  yaşınadək  uşaqların,  geriyə  hərəkət 

manevri  edən  sürücülərin,  hamilə  qadınların,  sürücülüyü  öyrənən  şəxs  nəqliyyat  vasitəsini  idarə  edərkən  onu 

öyrədənin,  yaşayış  məntəqələrində  isə  bunlardan  başqa,  operativ  nəqliyyat  vasitəsi  sürücülərinin  və  sərnişinlərinin 

kəməri  bağlamamasına  yol  verilir),  motosikletdə  isə  motoşlemi  düymələməli  və  sərnişinlərin  də  motoşlemi 

düymələməsini təmin etməlidir; 

7)  üstün  keçid  hüququ  olan,  qırmızı  və  ya  göy  sayrışan  işıq  və  xüsusi  səs  siqnalı  ilə  işarə  verən  nəqliyyat 

vasitəsi yaxınlaşdıqda, sağa dönmə işıq göstəricisini yandırmalı, həmin nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və 

ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdır, üstün 

keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət 

etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməməlidir

8) hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir 

göstərən  digər  maddələrin  istifadə  edilməsi  nəticəsində,  diqqəti  və  çevikliyi  azaldan  dərman  vasitələrinin  təsiri 

altında,  xəstə  və  əzgin,  yorğun  vəziyyətdə  nəqliyyat  vasitəsini  idarə  etməməli,  habelə  nəqliyyat  vasitəsini  idarə 

etmək  ixtiyarını  bu  cür  vəziyyətdə  olan  və  ya  eyni  kateqoriyalı  nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan 

şəxsə verməməlidir; 

9)  yolda  su  və  ya  palçıq  olduqda,  nəqliyyat  vasitəsini  idarə  edərkən,  onların  piyadalara,  binalara  və  başqa 

nəqliyyat vasitələrinə sıçramamasına çalışmalıdır; 

10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını 

təmin etməlidir; 

11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının — uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz 

hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal — 

ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur; 

12)  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı  tərəfindən  sağ  əlindəki  üfüqi 

vəziyyətdə  olan  jezllə  və  ya  onların  nəqliyyat  vasitələrindəki  qırmızı  və  ya  göy  sayrışan  işıqla  və  yaxud  xüsusi səs 

siqnalı ilə ona verilən işarəyə nəqliyyat vasitəsini dayandırmalıdır; 

13)  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşlarının  tələbi  ilə  alkoqol,  narkotik 

vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq 

vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir;  

14)  nəqliyyat vasitəsini  idarə  etmək  qabiliyyətinin  təsdiqi  üçün  müəyyən  olunmuş  hallarda  tibbi  müayinədən 

keçməlidir; 

15) təcili tibi yardıma ehtiyacı olan şəxsləri daşımalıdır. 

II. Bu maddə ilə müəyyən edilmiş sənədlər özündə olmayan nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

III. Mexaniki nəqliyyat vasitələri: 

1) təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə

2) yol-nəqliyyat hadisələri və ya nasazlıq nəticəsində zədələnmiş nəqliyyat vasitələrinin daşınması üçün (yalnız 

yük  daşıyan  nəqliyyat  vasitələrini),  təbii  fəlakət  yerlərinə  getmək  üçün,  eləcə  də  qüvvədə  olan  qanunvericiliklə 

nəzərdə  tutulmuş  digər  təxirəsalınmaz  hallarda,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 

əməkdaşlarına təqdim edilməlidir. 



Qeyd: 1) bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məqsədlər üçün nəqliyyat vasitəsinin təqdim edilməsi 

tələbi  diplomatik  korpusa  və  digər  şəxslərə  məxsus  nəqliyyat  vasitələrinə  şamil  edilmir;  2)  nəqliyyat  vasitəsindən 

istifadə  etmiş  şəxslər  sürücünün  tələbi  ilə  yol  getmə  müddətini,  gedilmiş  məsafəni,  özünün  soyadını,  vəzifəsini, 

xidməti  vəsiqəsinin  nömrəsini,  işlədiyi  təşkilatın  adını  göstərməklə  arayış  verməli  və  ya  yol  vərəqəsində  qeyd 

aparmalıdırlar,  tibb  işçiləri  isə  sürücüyə  müəyyən  edilmiş  nümunədə  arayış  verməlidirlər;  3)  nəqliyyat  vasitəsinin 

Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşına  təqdim  edilməsi  ilə  əlaqədar  xərclər 

nəqliyyat vasitəsi sahibinin tələbi ilə müəyyən edilmiş qaydada həmin orqanlar tərəfindən ödənilir. 

IV. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 

1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya 

da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir

2)  zərər  çəkənlərə  ilk  tibbi  yardım  göstərilməsi  üçün  mümkün  olan  tədbirləri  görməli,  “Təcili  tibbi  yardım” 

maşını  çağırmalı,  zərər  çəkənləri  həyat  üçün  təhlükəli  xəsarət  aldığı  hallarda  isə,  onu  səmt  üzrə  gedən  nəqliyyat 

vasitəsi  ilə  yaxınlıqdakı  tibbi  müəssisəyə  göndərməli,  bu  mümkün  olmadıqda  isə,  özünün  nəqliyyat  vasitəsi  ilə 

aparmalı,  orada  şəxsiyyətini  təsdiq  edən  sənəd  və  ya  vəsiqə,  nəqliyyat  vasitəsinin  qeydiyyatı  sənədini  təqdim 

etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 

3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun 

hərəkət  hissəsini  boşaltmaq  və  ya  zərər  çəkənləri  öz  nəqliyyatında  müalicəxanaya  aparmaq  zərurəti  olduqda, 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə