477
gözləyənlər onun Türküstan səfərinə çıxmasıyla dişlərini itiləyib
ortaya çıxacaqdılar, belə bir vaxtda yeni Xanımızın saysız-he-
sabsız döyüşlər görmüş, qətiyyətli, bir qədər də qəddar qoşun-
başıya hava-su kimi ehtiyacı vardı. Mən Aşur xanı tanımırdım,
amma Mirzə Hüseyn ona yaxşı bələdmiş, Şahımızın tədbirinə
dönə-dönə əhsən dedi. Mirzə Hüseynin dediyinə görə, Şahımız
Türküstan səfərindən dönənəcən Aşur xan, ən azı, Şirvanda baş
qaldıranların əl-ayağını yığışdıracaqdı.
471. Məhəmməd Kazımın yazdığına görə, Heratda baş ve-
rənlər arasında ən maraqlı, bəlkə də Şahımızın Rzaqulu Mirzənin
oğlu, altı yaşlı nəvəsi Şahruxu yanına gətirtməsi, onun adına
pul kəsdirməsi, sevib-oxşamasıydı. Üç yüz il qabaq Əmir Tey-
murun öz oğlu Şahruxu bu cür şərəfləndirməsi onun yadına
niyə düşmüşdü, bəlkə şayiələr doğru deyil, Şahımız özünü
erməni xəlifənin dediyi kimi, adına cürbəcür şayiələr gəzən
İskəndər Zülqərneynə yox, Əmir Teymura oxşatmaq istəyirdi?
Məhəmməd Kazımın yazdığına görə, Heratda qaldığı müddətdə
uşaq hökmdarın dizinin üstündən düşmürmüş, Şahımız həmin
məqamda daha mərhəmətli, daha səxavətli olurmuş. Şübhəsiz,
Allah məsləhət bilsə, Şahrux da Nəsrullahın varisi olacaqdı – bu
sevginin başqa anlamı ola bilməzdi. Amma hökmdar gələcəyi
görəndi, məmləkəti qorumaq, hüdudları genişləndirmək, taxt-
tacı saxlamaq üçün çox qanlar tökdüyünü, bəzən ədalətsizlik
elədiyini başa düşür, adamların içindəki qəzəbin yığılıb, qəfildən
püskürəcəyini bilir, ona görə də indidən ehtiyat tədbirləri
görməyə can atır, yoxsa Herat yaxınlığında qala ucaltmağa o
qədər sərvət sərf eləməzdi. Məhəmməd Kazım yazırdı, deyəsən,
Mirzə Zəki soruşub ki, ey Allahın kölgəsi, İran, Əfqanıstan,
Hindistan torpaqlarına sahib olduğun bir vaxtda bu qala nəyinə
gərəkdi, Şahımız da deyib, iç düşmən dış düşməndən daha qor-
xuludu, bu qalanı tikdirirəm ki, qəfil hücum baş verəndə sığın-
mağa yerimiz olsun. Məhəmməd Kazım, əlbəttə, Məhəmməd xan
Əfşarın taleyindən də xəbər verəcəkdi, hələ ki, yalnız özünün ar-
zusunun gerçəkləşdiyini, Şahımızla Türküstan səfərinə çıxacağını,
işinin dəftərxanada sursatın gəlir-çıxarını hesablamaqdan ibarət
olduğunu, cümadiül-əvvəl ayının ortalarında yola düşəcəklərini
yazırdı. Ona əlim çatmasa da, istəklisinə qovuşmasını, şahidi
478
olduğu hadisələri kağıza köçürməsini arzuladım, bir də görüş-
məyimizi istədim. Məhəmməd Kazımın Şahımızın yanında olma-
sı qəlbimi rahatlatdı, bundan sonra daha çox eşitdiklərini yox,
görüb şahid olduqlarını yazacaqdı, bu da tarix yazan adam üçün
çox vacib idi.
472. Sonrakı altı ayı, demək olar, Mirzə Mehdidən və Məhəm-
məd Kazımdan namə gözləməklə keçirdim. Xanımız Aşur xan
Əfşarla tez dil tapmışdı, Şahımızın uzaqda olduğundan ürəklənib
özbaşınalıq yoluna düşmüş kəslərin əl-ayağı dərhal yığışdırıl-
mışdı, təkcə Şirvandan və Kaxetdən həyəcanlı xəbərlər gəlirdi.
Dağlılar tez-tez Kaxeti talan eləyirdilər, Şirvanda qiyamların ardı-
arası kəsilmirdi. Şahımız Türküstan səfərindən qabaq Əbdülqəni
xanı, iyirmi minlik qoşunla Şirvana göndərmişdi, o da quzeyə
Təbrizdən yan keçib getmiş, bir az baş kəsib, göz çıxarıb, gi-
rov götürüb hər şeyin yerbəyer olduğunu düşünmüş, geri dön-
müşdü, dönər-dönməz də olub-keçənlər təzədən baş vermişdi.
Şahımız Əliqulu xana və Xanımıza quzey səfərinə çıxmağı əmr
eləməmişdi, heç Səltənətin Naibi Nəsrullah Mirzəyə də dağlıların
üzərinə getməyi tapşırmamışdı, bunu Türküstan səfərindən qayı-
dandan sonra özü yerinə yetirəcəkdi. O ilin yay və payız axşam-
ları Mirzə Hüseynlə saray bağında gəzəndə Şahımızın səfərinin
uğurlu olması üçün dua eləyirdik. Mənim Tiflis həsrətimə son
qoymağım o uğurdan asılıydı, hələ də ümidvardım ki, Şahımız
Gündoğandan zəfərlə qayıdıb quzey səfərinə çıxanda taleyimi
bir də sınaqdan keçirəcək, son beş ildə dördüncü kərə üzü yurd
yerinə sarı yola çıxacağam. Artıq Təbrizdə keçirdiyim Novruz,
ramazan, qurban bayramları könlümü o qədər də tərpətmir, ya-
zın gəlişi, yayın ötüşü qəlbimdə xoş duyğular oyatmırdı. Vəfalı
Qütbəddinlə arabir şəhər gəzintisinə çıxdığım məqamlarda belə,
gördüyüm mənzərələrdən könlümcə zövq ala bilmirdim. Xanımı-
zın divan yığnaqlarında götür-qoy edilən dövlət işləri bir-birinə
oxşadığından çox vaxt özümü artıq hesab eləyib sıxıntı keçirir-
dim. Səhər-axşam gözüm yolda, qulağım səsdəydi, Gündoğan-
dan gələcək çaparı, onun gətirəcəyi naməni gözləyir, beləcə,
intizarlı gündüzləri, sıxıntılı axşamları yola verirdim…
473. O namə 1153-cü ilin zilhiccə ayında, Novruz bayramı-
na bir həftə qalmış gəldi. Məhəmməd Kazım döndüyü səfərin
479
həyəcanı duyulan naməsində Cərcoya necə çatdıqlarından, Şa-
hımızın Buxara əmiri Əbülfeyzə Əfrasiyab dəbdəbəsilə hüzuru-
na gəlmək barədə əmr göndərdiyindən, amma vaxtilə Rzaqulu
Mirzənin yendiyi kəslərin əmirə köməyə gəlib onu döyüş üçün
dilə tutduqlarından, Əbülfeyzin aldanıb məğlub olandan sonra
Şahımızın pişvazına çıxmasından yazırdı. Yazdığına görə, Şahı-
mız Əbülfeyzi mehribancasına qarşılayıb, üstəlik, bəxşiş də ve-
rib, amma Buxaranın sərvətindən razı qalmayıbmış, ələ keçirilən
Məhəmməd Şahın xəzinəsilə müqayisədə çox kasadmış; sonra
Şahımız Əbülfeyzi Buxaranın şahı elan eləyib, öz əlilə onun başı-
na tac qoyub, ardınca qızlarından birini Rzaqulu xana, digərinisə
Əliqulu xana verməsini istəyib, o da çar-naçar razı olub, amma
Rzaqulu bəxtinə düşən böyük qızın əvəzinə təriflənən kiçik qızla
evlənmək arzusunu bildirib, Şahımız da deyib, əgər Rzaqulu
fikrindən dönməsə, böyük qızla özü evlənəcək; yazırdı, Şahzadə
inadından dönməyib, beləcə, üç gün sonra Şahımızın və Əliqulu
xanın toyu olub; Şahımız Nəsrullah Mirzəni və Əliqulu xanı
hərəmlərlə Məşhədə yola salandan sonra İlbarsla Əbülxeyri itaətə
gətirmək üçün Xivə və Xarəzm üzərinə gedib; bu vaxt Rzaqulu-
nun düşməni Tağı xan Şirazi də Buxaradaymış, Şahımızın qılığı-
na girib özbaşnalığına görə azad olunduğu Fars bəylərbəyiliyinə
qayıdıb, üstəlik, Şahzadənin taxt-taca can atması barədə Şahı-
mızın qulağını yaxşıca doldurub, o da deyilənə inanıb, oğlu-
nu Məşhədə göndərib. Məhəmməd Kazım naməsini Mərvdən
göndərmişdi, belə çıxırdı, Şahımız Türküstan səfərini başa vurub
Məşhədə dönür. Bir vaxtlar Şahımızın göz bəbəyi, taxt-tacın va-
risi olan Şahzadənin belə etibardan düşməsi ürəyimi ağrıtdı,
fikirləşdim, belə getsə, bunun axırı heç xeyir olmayacaq…
474. Novruz bayramından sonra Məşhəddən gələn çapar Şa-
hımızın Xanımıza naməsini gətirdi. Mirzə Hüseynin dediyinə
görə, hökmdar quzey səfərinə çıxacağı barədə onu xəbərdar
eləyirdi. Cavab naməsini gözləyən çapar qəzvinliydi, az qala beş
il əvvəl Muğan çölündə Mirzə Mehdinin xidmətində görmüşdüm.
Mirzə Hüseynin hücrəsinə girəndə o da məni tanıdı, bir qədər
söhbət eləyə bildik. Dedi, Şahımız Mərvə Məhəmmədrza xan
Qırıqlunun əvəzinə Şahqulu xan Qacarı hakim qoydu, Səfəviləri
öldürməkdə, Şahzadəni taxta çıxmağa təhrik eləməkdə günahkar
Dostları ilə paylaş: |