480
saydığı Rəhim Sultanı və onun tərəfdarlarını edam etdirdi. Sonra
çapar Şahımızın Əbivərdə, ordan da yurdu Dəstgirdə gəlib möv-
ludxana tikdirdiyindən danışdı; dediyinə görə, mövludxananın
üstündə qızıldan qılınc olan elə böyük qübbəsi var, baxanda
heyran qalırsan; Şahımız Dəstgirddən də Kelata gedib Hindistan-
dan gətirdiyi sərvəti orda gizlədib, qalada abadlıq işləri aparıb,
sonra Xivəabadda camaatla görüşüb, səxavət kisəsinin ağzını
açıb, ordan da Məşhədə qayıdıb; çaparın dediyinə görə, indi
Şahımız Məşhəddə abadlıq işləri aparır, İmam Rzanın türbəsinə
çoxlu ipək xalılar, xalis qızıldan lampalar verib, fəvvarə tikdirib,
üstəlik, Məşhəddə də özünə sərdaba ucaltdırıb, görənlər deyirlər,
çox əzəmətlidi; çapar danışdı ki, deyilənə görə, kimsə sərdabının
üstündə yazıbmış hər açarın üstündə sənin nişanın var, cəmi aləm
sənə məxsusdu, amma əsl yerin boşdu, amma “göz-qulaqları”nın
xəbər tutacağından qorxub tez-tələsik siliblər, Şahımız xəbər tut-
saymış Allah bilir, neçə zavallının başı bədənindən ayrılacaqmış.
Çapar bəlkə də çox şeylər danışardı, amma həm tələsirdi, həm
də ehtiyat eləyirdi, üzündə açıq-aşkar qorxu nişanəsi vardı, mən
də binəvanın halətini sezib artıq sıxma-boğmaya salmadım, o da
Mirzə Hüseyn cavab naməsini bitirən kimi, halal-hümbət eləyib
yola çıxdı ki, Şahımızın naməsini vaxtında aparıb başını salamat
saxlasın.
475. Əlbəttə, həm macal tapmamışdım, həm də lüzum
görməmişdim ki, Mirzə Mehdiyə namə yazıb təvəqqemi bir də
xatırladım, amma çapara dilcavabı demişdim, yadına salacaqdı,
qalanısa qismətdən asılıydı. Bir yerdə duruş gətirmək Şahımı-
zın təbiətində yox idi, taxta çıxdığı beş il ərzində kimsə onun
üç aydan artıq hardasa qaldığının şahidi olmamışdı. Əmindim
ki, nə qədər sevsə də, nə qədər görməli işi olsa da, Məşhəd
də onu darıxdırır, səfərə çıxmaq, zəfər qazanmaq, düşmənləri
itaətə gətirmək istəyir. Deyəsən, Mirzə Mehdinin naməsindəydi,
yəqin, o da hardansa eşitmişdi, əslində, Şahımızın səltənətinin
əsl paytaxtı atının beli, yəhərin üstüydü. İndi güman ki, darı-
xa-darıxa Xorasan əyalətinin gəlir-çıxarını yoxlayır, hətta ara-
da qəzəblənməyə səbəb tapıb bir neçə nəfəri edam etdirəcək
ki, o sıxıntılı məşğuliyyətdən canını qurtarsın. Dəbdəbəli saray-
ların şahanə otaqlarında Şahımızın özünə yer tapmadığını da
481
Mirzə Mehdidən eşitmişdim: onun ruhunda ölgün, eyş-işrətlə
dolu saray həyatı yox, yollar, at beli, səfər çadırı, döyüşlər,
zəfərlər, təhlükə, qisas… vardı, güman ki, Məğribdən Məşriqəcən
bütün məmləkətləri itaətə gətirsə belə, heç bir şəhərdə duruş
gətirməyəcək, həmişə Dəstgirdə və Kelata can atacaqdı. Bu,
yəqin, insan xislətinin izaholunmaz tərəfidi: elə mən də İstanbul-
da Sultan sarayında xidmətə girib yaşaya, yaxud Allah möhlət
verdiyi qədər Təbriz sarayında ömür sürə bilərdim, amma ru-
humda Tiflis havası var, o şəhərin köhnə məhəlləsindəki kasıb
bir evdə, kiçicik hücrədə ömür sürmək üçün hər şeydən keçməyə
hazıram. Altmış səkkiz yaşında taledən istədiyim özgə bir şey
yoxdu, son naməmdə Mirzə Mehdiyə də elə beləcə yazmışdım.
Əlbəttə, arzulamaq bir, alın yazısı başqa şeydi, amma yadımda
deyil, əvvəl xatırlatmışdımmı, arzulamaq da məqsədə yetməyin
yarısına bərabərdi.
476. Mirzə Mehdinin çaparı Tehrandan gəldi, naməni açma-
mış ürəyim elə bərk-bərk döyündü ki, işıqlı yaz günü bir anlığa
gözlərimdə qaraldı. Mirzə Mehdi yazırdı, ovqatının xoş vaxtında
təvəqqeni Şahımıza çatdırdım, dedi, hər Allah bəndəsinin öz
yurdunda ölmək haqqı var, Mirzə Yusif xidməti müqabilində
xələtini alıb, mürəxxəs ola bilər. Bunu oxuyanda bir anlığa
nəfəsim tutuldu, göz yaşlarım axıb, yanaqlarımı islatdı. Mirzə
Mehdi sonra yazırdı, zilhiccə ayının iyirmi altısında Məşhəddən
çıxdıq, Novruz bayramını Xabuşanda keçirdik, sonra Gürgan
vadisindən keçib Astarabada çatdıq, səfər ayının sonunda Qaduk
aşırımından keçib Tehrana yetişdik; yazırdı, bir neçə gündən
sonra Tehrandan yola çıxırıq, yəqin Qəzvin, Zəncan, Qara-
dağ yolu gələcəyik, sən bizi Qaradağda qarşılasan, daha yaxşı
olar. Sonra üstüörtülü bəzi təfsilatları görüşündə söyləyəcəyinə
işarə vururdu. Məndən ötrü ən gözlənilməz mətləb buydu ki,
Məhəmməd Kazım bu səfərə çıxmayacaq, Şahqulu xan Qacarın
xidmətində olacaqdı. Əlbəttə, görüşüb vidalaşsaq yaxşı olardı,
amma görüşdən sonrakı ayrılığın daha ağrılı olacağını da başa
düşürdüm. Heç olmasa, onun könül məsələsini Mirzə Mehdiyə
açmaq fürsəti yaranmışdı, mənə az da olsa övlad sevgisi daddır-
dığına görə borcumdan bu cür çıxa bilərdim. Elə o gün Mirzə
Hüseyn olub-keçəndən xəbər tutanda çox qüssələndi, hər halda
482
beş ildən bəri ünsiyyətdəydik, acılı-şirinli günlər keçirmişdik.
Mirzə Qulam da gedişimə təəssüf elədi, amma dedi, Şahımızın
buyruğu bizdən ötrü Allahın buyurduğudu, sonra hörmətlə vi-
dalaşdı. Xanımız təzim eləməyə qoymadı, səltənətə xidmətimə
görə xələt və yolxərci verilməsini xəzinədarbaşıya tapşırdı, sonra
dedi, Mirzə Yusif, yazdığını bitirəndə əlyazmanı Tiflis hakiminə
verərsən, o da etibarlı adamla mənə göndərər. Xanımızdan yal-
nız bir şey – məni Şahımızın hüzurunacan müşayiət eləyəcək
adam istədim, o da şübhəsiz ki, vəfalı Qütbəddin idi. Qütbəddin
də bu səfərə ürəklə razılaşdı, axşamdan sandıqlarımızı hazırla-
dıq, atları-qatırları ayırmağı mehtərbaşıya tapşırdıq, amma onu
bilmirəm, mənim gözümə yuxu getmədi ki, getmədi…