Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə158/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   154   155   156   157   158   159   160   161   ...   179

486

mü  orda  başa  vurmaqdı;  dedim,  neçə  illər  ünsiyyətdə  olduq, 

dostluq  elədik,  bir-birimizin  könlünə  toxunan  bircə  hərəkətə 

yol  vermədik,  çətin  günlərimizdə  bir-birimizə  dayaq  durduq, 

amma  Allahın  məsləhət  bildiyi  şeylər  var  ki,  onlara  boyun 

əyməyə  məcburuq;  dedim,  haqqımızı  bir-birimizə  halal  eləyək, 

hərdən  ünsiyyətdə  olduğumuz  məqamları  xatırlayaq,  könlümü-

zü  isindirən  o  xatirələrlə  yaşayaq  –  bundan  sonra  bu  bəsimizdi; 

dedim,  qismət  olub,  Tiflisə  sağ-salamat  çatsam,  Allahım  da 

ömür  möhləti  versə,  gələn  karvanlarla  namələrimi,  sovqatlarımı 

göndərərəm,  əgər  xəbər  çıxmasa,  məni  bu  dünyadan  köçünü 

sürmüş  bil.  Sonra  uzun-uzadı  susduq,  dua  oxuyub,  salavat  çe-

virib  yuxuya  getməyə  çalışdıq.  Səhəri  də  külfətilə  halallaşdıq, 

şəhərin  günbatan  səmtindəki  darvazalarınacan  bizi  ötürən  kö-

nül  sirdaşımı  boynu  buruq  qoyub  yola  çıxmaq  məndən  ötrü 

asan  olmasa  da,  həyətin  gerçəkliyindən  qaçmaq  olmazdı.  Bu 

halımız  vəfalı  Qütbəddini  də  kövrəltmişdi,  dedi,  yolu  Təbrizə 

düşəndə  mütləq  Ərdəbilə  dönüb  Mirzə  Kəmaləddindən  hal-

əhval  tutacaq.  Könlümdən  keçdi  ki,  kaş,  Qütbəddin  sirdaşımın 

qızını  görüb  vurulaydı,  qohum  olaydılar,  bir-birinə  dayaq  du-

raydılar.  Yay  səhərinin  xoş  havasında  Ərdəbil  ətrafında  Şahımı-

zın  ordugahına  üz  tutmuşduq,  ordan  da  Kəleybərə  gedəcəkdik 

qismətimizdə  vardısa,  Şahımızın  ordugahına  rast  gələcəkdik, 

sonra  da  vəfalı  Qütbəddinlə  vidalaşma  məqamı  yetişəcək,  yol-

larımız  ayrılacaqdı…

481.  Görünür,  Şahımız  quzey  hüdudlarımıza  tez  yetişib  qar-

daşının  qisasını  almağa  can  atırdı,  çünki  qoşunu  nə  Ərdəbil 

ətrafında,  nə  Kəleybərdə  yaxalaya  bildik,  lap  nağıllardakı  kimi, 

dedilər,  Şahımız  Əmiraslan  xan  Qırxlunun  gətirdiyi  əvvəlcədən 

Təbrizə  gedib  özüylə  gətirdiyi  Azərbaycan  qoşununa  baxış  ke-

çirib,  hazırlığını  bəyənib,  sonra  öz  qoşununa  baxıb,  elə  həmin 

gün  də  Səməd  bəy  Təbrixinin  boynunun  vurulmasını  (görü-

nür,  söylənənlər  Şahımıza  da  çatıbmış),  var-dövlətinin  xəzinənin 

nəfinə  alınmasını  əmr  eləyib,  səhəri  də  yola  çıxıb.  Əlbəttə,  vəfalı 

Qütbəddinə  bu  qədər  əziyyət  vermək  istəməzdim,  amma  əvvəla, 

Xanımızın  buyruğunu  yerinə  yetirib  məni  qoşuna  çatdırmalıy-

dı,  ikincisi,  lap  iki  aləm  bir  olsa,  mən  yaşda  adamı  yarıyol-

da  qoyub  qayıtmazdı.  Gecəni  Kəleybərdəki  kiçik  karvansarada 




487

keçirib  səhəri  Araz  qırağına  doğru  yol  başladıq.  Qütbəddinə 

qalsaydı,  çoxdan  Şahımızın  ordugahındaydıq,  mən  atın  löhrəm 

yerişinə  dözmürdüm,  üstəlik,  at  belində  çox  oturanda  yorulur-

dum,  belim  ağrıyırdı,  bu  səbəbdən  gün  ərzində  üç-dörd  dəfə 

dayanıb  dincimizi  almalı  olurduq.  Elə  buna  görə  də  Kəleybərdən 

Araz  qırağınacan  birgünlük  yolu  iki  günə  gəldik,  ordasa  saysız-

hesabsız  at,  dəvə,  qatır,  öküz  dırnaqlarının,  araba  təkərlərinin 

izindən, çadır və ocaq yerlərindən başqa bir şey tapmadıq. Vəfalı 

Qütbəddin  heç  tövrünü  pozmadı,  dedi,  görünür,  alnımıza  belə 

yazılıbmış,  Dərbənddə  də  olsa,  səni  Mirzə  Mehdiyə  çatdırma-

mış  qayıtmayacağam.  Onun  sədaqəti  məni  bir  daha  kövrəltdi, 

heç  minnətdarlıq  eləmək  üçün  də  söz  tapmadım.  Ağlıma  gəldi 

ki,  ayrılanda  olan-qalanımdan  xələt  verim,  çəkdiyi  bu  zəhməti 

mənə  halal  eləsin,  amma  bilirdim  ki,  belə  şeyə  razı  olmayacaq. 

O  gecəni  Araz  qırağında  keçirdik,  Ayın  çay  səthindəki  əksinə 

baxa-baxa  həyatın  mənası  barədə  danışdıq.  Qütbəddin  deyirdi, 

itkilərlə  yaşamaq  adamın  qüvvəsini  tükədir,  bu  fikrilə  razıy-

dım, çünki həyatım başdan-başa itkilərdən ibarətiydi, bu mənada 

Qütbəddin  elə  bil  mənim  ömrümü  təkrarlayırdı.  Mənsə  bunu 

istəmirdim,  istəyirdim,  onun  oturaq  həyatı  olsun,  ailəsi  olsun, 

yaxşı  qulluğu  olsun,  mənim  kimi  taleyin  ümidinə  qalıb  dünya-

nın  yollarında  pəsələng  olmasın.  Amma  buna  tale  deyərlər,  kim 

ömrünü  istədiyi  kimi  yaşayıb  ki…

482.  Qütbəddin  sandıqların,  daha  doğrusu,  sandığın  birinin 

məndən  ötrü  nə  qədər  dəyərli  olduğunu  bilirdi.  O  sandığı  da 

Acıçaydan,  Əhər  çayından  keçirdiyi  kimi,  Arazdan  da  elə  keçirdi 

ki,  bir  damcı  su  belə  düşmədi.  Özü  qurşağacan  islanmışdı,  ocaq 

qalayıb  paltarını  qurutmaq  üçün  dilə  tutdumsa,  istəmədi,  yay 

gününün  havası,  bir  də  cavanlığı  öz  sözünü  dedi.  Yolumuzun 

üstündəki obalardan yemək-suyla yükümüzü tutur, qoşunun get-

diyi  səmti  soruşub-öyrənir,  günorta  gün  şaxıyanda  kölgəliklərdə 

daldalanır,  daha  çox  səhər  və  axşam  sərinində  yol  gedirdik. 

Artıq  Təbrizdən  çıxandan  sonra  keçən  günlərin  sayını  dolaşdı-

rırdım,  Qütbəddinlə  köməkləşib  hesabladığımıza  görə,  Təbrizdən 

Ərdəbilə  üç  günlük  yolu,  Ərdəbildə  üç  gün  qalmağımızı  he-

sablamasaq,  Araz  qırağına  səkkiz,  ya  doqquz  günə  çatmışdıq, 

əgər  Şahımız  Bərdədə  dayanıb  qoşuna  dinclik  versəydi,  uzaq-




488

başı  iki  həftəyə  ordugaha  yetişərdik.  Qütbəddinə  deyirdim,  gü-

man  ki,  keçən  dəfəki  kimi,  Şahımız  Bərdədə  dincəlib  Rəvandan, 

Qarabağdan,  Gəncədən  gələn  qoşunları  gözləyəcək,  həm  də 

məsləhətləşmələr  aparıb,  Şirvandakı,  Kaxetdəki  və  Dağıstandakı 

vəziyyəti  öyrənməmiş  yola  çıxmayacaq.  Amma  Bərdəyə  ikigün-

lük  məsafədə  Məşhədə  gedən  iki  çapara  rast  gəldik.  Çaparlar 

Şahımızın  Nəsrullah  Mirzəyə  naməsini  aparırdılar,  dediklərinə 

görə, qoşun bu gün, ya sabah yola çıxmalıdı, Şahımız payız gəlib 

yağışlar  başlananacan  Dağıstanı  itaətə  gətirmək  istəyir,  ona  görə 

də  Bərdə  altındakı  ordugahda  çox  ləngimək  fikri  yoxdu.  Çapar-

lardan  eşitdiyim  məni  kədərləndirdi,  amma  vəfalı  Qütbəddinin 

üzünə  kölgə  belə  düşmədi,  gülümsünüb,  dedi,  Mirzə  Yusif,  heç 

fikir  eləmə,  Allahın  köməyilə  haqlarıq,  haqlamasaq  da,  Ərəşdə, 

ya  Ağdaşda  gedib  çatarıq;  dedi,  əslində,  bu  da  məndən  ötrü 

bir  səyahət  eləmək  fürsətidi,  sarayda  oturub  qalmaqdan  qat-qat 

yaxşıdı,  adamlar,  kəndlər,  şəhərlər,  dağlar,  düzlər  görürəm,  ya 

qismət,  yolum  bu  tərəflərə  düşə,  ya  düşməyə.  Yaşımın  bu  ça-

ğında  rastıma  belə  dürüst  kimsə  çıxardığına  görə,  Uca  Yaradana 

dönə-dönə  dua  elədim…

483. Doğrudan da, Bərdə düşərgəsində bəzisi hələ də tüstülənən 

ocaq  yerlərindən,  atların,  dəvələrin,  qatırların,  öküzlərin,  bir  də 

çadırların  izlərindən  başqa  bir  şey  tapmadıq,  Kür  qırağında  rast-

laşdığımız  bərəçilər  qoşunların  iki  gün  qabaq  keçib  Ərəşə  sarı 

getdiyini  söylədilər.  Şahımızın  tikdirdiyi  körpüdəki  bərəçilərin 

kefi  kök  idi,  görünür,  əlahəzrətdən  yaxşı  ənam  almışdılar,  biz 

də  halallığımızı  verib  rahatca  o  taya  keçdik,  üstəlik,  bərəçilər 

balıq  şorbasına  qonaq  eləyib,  uğurlu  yol  arzuladılar.  Dediklərinə 

görə,  hökmdarın  qoşunu  o  qədər  çox  imiş  ki,  elə  bil,  atların 

ayaqlarını  isladan  sudan  çayın  səviyyəsi  xeyli  azalıbmış;  əgər  ha-

mısını  bərəylə  keçirməli  olsaydılar,  yəqin  otuz  bərə  azı  üç  həftə 

durub-dincəlmədən işləyəydi; ona görə də Şahımız elə düşərgədə 

olanda  körpü  tikməyi  əmr  eləyibmiş;  körpüdən,  bir  də  bərələrlə 

ancaq  ərzağı,  sursatı,  məsləhət  bilinən  şeyləri  bir  günün  ərzində 

keçiriblər,  qoşunsa  atları  çaya  vurub.  Cənnətlik  İbrahim  xanın 

səfərində  keçidin  necə  olduğunu  görmüşdüm,  bərəçilərə  qoşu-

nun  dağlıları  itaətə  gətirib  bir  neçə  aya  geri  dönəcəyini  söyləyib 

sevindirdim,  halallaşıb  yola  düzəldik.  Qoşunu  nə  Ərəşdə,  nə 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə