59
daha nəfis, ətraflı və dəqiq məlumatlar əsasında həyata keçiriləcək II
nəşrinin
layihəsini
hazırlamışlar.
Layihənin
ilkin
şərtləri
aşağıdakılardın ibarətdir:
•
Azərbaycan Respublikasının «Qırmızı Kitabı»nın azərbaycan,
rus və ingilis dillərində yazılması;
•
Kiabın üz qabığının tərtibatı zamanı I nəşrdəki yazı və
simvollara azərbaycan bayrağının da daxil edilməsi;
•
Üz qabığının içəri üzündə qoşa vərəqdə azərbaycan fauna və
florası üçün xarakterik olan əsas heyvan və bitki növlərini əks etdirən
rəngli tablonun verilməsi;
•
Arxa üz qabığının içəri üzündə qoşa vərəqdə Azərbaycanın
xüsusi mühafizə olunan təbiət ərazilərini əks etdirən rəngli xəritənin
verilməsi;
•
Kitabda bitkilərin və heyvanların Azərbaycan ərazisindəki
arealını və onların sərhədlərini əks etdirən rəngli xəritələr və şərti
işarələrin, arealın coğrafi koordinatlarının verilməsi;
•
Kitabın təkamül prinsipləri əsasında qurularaq ibtidai bitkilərlə
başlayıb, məməli heyvanlarla aşağıdakı ardıcıllıqla tərtibatı;
•
Kitaba eyni zamanda genofond üçün əhəmiyyətli olan yabanı
meyvə, bitki sortlarının, nadir ev quşları və heyvan cinsləri haqqında
oçerklərin də daxil edilməsi.
Bitki aləmi
I
Hissə
-
yosunlar
II
Hissə
-
göbələklər
III
Hissə
-
şibyələr
IV
Hissə
-
ali sporlu bitkilər
V
Hissə
-
çılpaqtoxumlular
VI
Hissə
-
birləpəlilər
VII
Hissə
-
ikiləpəlilər
VIII
Hissə
-
yabanı meyvə bitki sortları
60
Heyvanlar aləmi
I
Hissə
-
həlqəvi qurdlar
II
Hissə
-
molyusklar
III
Hissə
-
buğumayaqlılar
IV
Hissə
-
balıqlar
V
Hissə
-
amfibilər
VI
Hissə
-
reptililər
VII
Hissə
-
quşlar
VIII
Hissə
-
məməlilər
IX
Hissə
-
nadir ev quşları və heyvan cinsləri
Bundan əlavə layihədə hər bir növlər üzrə oçerklərdən əvvəl
növlərin, yarımnövlərin və populyasiyaların siyahısının verilməsi təklif
olunur. Müəlliflər Respublika «Qırmızı Kitabı»na daxil olan növlər
haqqındakı məlumatların ətraflı olması üçün onların 5 kateqoriyaya
bölünməsini təklif edirlər.
•
I kateqoriya – mühafizəsi xüsusi tədbirləri həyata keirmədən
mümkün olmayan, yox olmaq təhlükəsi altında olan növlər;
•
II kateqoriya – sayı çox sürətlə azalan, lakin hələ nisbətən
çox olan, yaxın gələcəkdə məhv olmaq təhlükəsi altında olan növlər;
•
III kateqoriya – hal-hazırda məhv olmaq təhlükəsi
gözlənilməyən, lakin, məhdud ərazidə və az miqdarda təsadüf edilən,
təbii və antropogen amillərin təsiri altındakı əlverişsiz mühit
şəraitində yox olmaq təhlükəsi altındakı nadir növlər;
•
IV kateqoriya – görülmüş tədbirlər nəticəsində vəziyyəti
təşviş doğurmayan, lakin, populyasiyası müntəzəm nəzarət altında
olan, ov obyekti kimi istifadə edilməsi qadağan olunan bərpa edilmiş
növlər.
«Qırmızı Kitaba»a salınmış növlərin kateqoriyası mətndən əvvəl
«status» bölməsində roma rəqəmi ilə göstərilir. Məsələn:
Qafqaz xədicəgülü status (III)
Bundan əlavə,
•
növlər üzrə oçerklərin təsviri aşağıdakı ardıcıllıqla aparılır:
Növün adı-azərbaycan, rus, ingilis və latın dillərində verilir.
61
Azərbaycan dilində növlərin elmi adı ilə yanaşı mötərizədə xalq
arasında yayılmış adları da verilir. Məsələn:
göyrüş (dəndə);
•
növlərin azərbaycan dilindəki elmi adları dəqiqləşdirlir;
•
növ haqqında oçerk aşağıdakı göstəricilər əsasında yazılır:
-status (kateqoriyası göstərilməklə),
-yayılması,
-yaşayış yerləri (məskənləri və ya bitdiyi ərazilər),
-sayı və onun dinamikası,
-əsas məhdudlaşdırıcı amillər(limit amilləri),
-bioloji xüsusiyyətləri,
-süni artırmaya olan ehtiyacı,
-introduksiya və akklimatizasiya ehtiyacı,
-ümumi qəbul edilmiş mühafizə tədbirləri,
-zəruri mühafizə tədbirləri,
-məlumat mənbələri,
-tərtib edənlər haqqında məlumat.
62
IV BÖLMƏ
Ərazininin bitki örtüyünün biomüxtəlifliyi və meşə bitki
örtüyü
Hirkan Biosfer Rezervatı yuxarıda deyildiyi kimi respublikanın Lənkəran,
Lerik və Astara inzibati rayonlarını əhatə edir. Bu ərazi əsasən dəniz ətrafı
regionlardan başlayaraq aşağı dağ qurşağı (Burovar dağ silsiləsi), orta dağ
qurşağı (Peştasar dağ silsiləsi) və nəhayət yüksək dağ qurşağından (Talış
dağ silsiləsi) ibarətdir.
1.
Birinci hissə (aşağı dağ qurşağı) şəhər ətrafı sahələr, kəndlər,
bağlar, yaşıllıqlar və əkin yerləri (çay, sitrus plantasiyaları, çəltik və
tərəvəz, bostan) zəmilərini əhatə edir.
2.
Orta dağ qurşağı – tək-tək kəndlər, meşə talalarında
biçənəklər, sitrus, çay və kənd ətrafı örüşlər və bağlar, o cümlədən
təbii hirkan qarışıq meşələri ilə örtülmüşdür.
3.
Yüksək dağlıqlar – Hirkan meşəlikləri ilə örtülü olub meşə
talalarında isə formalaşmış biçənəklər və otlaqlardan ibarətdir.
Ümumilikdə hər 3 qurşaqda – Hirkan mənşəli qarışıq meşəliklər,
xüsusilə Dəmirağac
(Parrotia persica, Quercus castaneifolia, Carpinus
macrocarpa, C. orientalis, Zelkova carpinifolia) geniş yayılmışdır.
Bataqlıq sahələrində
Alnus barbata, meşə altında isə ot bitkilərindən
Carex remota, Cardamine tenera, Lycopus europaeus və onlarca başqa
ot bitkiləri bu meşələrin daimi bitkilərindən sayılırlar. Bir qədər dağ
ətəyi regionlarda, yuxarıda qeyd olunan 3-4 cinsə Hirkan cinslərinə
Ficus carica, Punica granatum, Buxus sempervirens, Ruscus hyrcana,
Grataegus monoguna, ot bitkilərindən isə Rumex, Sambucus, Poa,
Primula, Viola, Solanum, Oplismenus, Carex, Allium, Sedum, Crocus və
bir çox başqa cinslərin növlərinə rast gəlinir.
Ərazinin orta dağ qurşaqlarında Dəmirağac
(Parrotia persica) heç
rast gəlinmir, onu bu qurşağın şimal yamacında şərq fıstığı
(Fagus
orientalis), cənubunda isə şabalıdyarpaq palıd (Quercus castaneifolia)
əvəz edir. Bu hündürlükdə palıd birinci plana keçir, meşənin
edifikatoru kimi birinci yerdə durmaqla qarışıq enli yarpaqlı həqiqi
Hirkan meşəliyi yaradırlar. Şabalıdyarpaq palıddan başqa bu tip
meşəlikdə
Fagus orientalis, Taxus baccata, Carpinus betulus, Zelkova
carpinifolia, ot bitkilərindən isə – meşənin 3-cü mərtəbəsində: Carex,
Mentha, Brachypodium, Orobus, Solanum, Festuca, Bromus və b.
bitkilərə rast gəlinir. Liankimilərə (sarmaşan) bu tip meşəlikdə rast
gəlmir. Aşağı meşə qurşaqlarına nisbətən orta qurşaqların meşəlikləri
Dostları ilə paylaş: |