Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

 
59 
daha nəfis, ətraflı və dəqiq məlumatlar əsasında həyata keçiriləcək II 
nəşrinin 
layihəsini 
hazırlamışlar. 
Layihənin 
ilkin 
şərtləri 
aşağıdakılardın ibarətdir: 

 
Azərbaycan  Respublikasının  «Qırmızı  Kitabı»nın  azərbaycan, 
rus və ingilis dillərində yazılması; 

 
Kiabın  üz  qabığının  tərtibatı  zamanı  I  nəşrdəki  yazı  və 
simvollara azərbaycan bayrağının da daxil edilməsi; 

 
Üz  qabığının  içəri  üzündə  qoşa  vərəqdə  azərbaycan  fauna  və 
florası üçün xarakterik olan əsas heyvan və bitki növlərini əks etdirən 
rəngli tablonun verilməsi; 

 
Arxa  üz  qabığının  içəri  üzündə  qoşa  vərəqdə  Azərbaycanın 
xüsusi mühafizə olunan təbiət ərazilərini əks etdirən rəngli xəritənin 
verilməsi; 

 
Kitabda  bitkilərin  və  heyvanların  Azərbaycan  ərazisindəki 
arealını  və  onların  sərhədlərini  əks  etdirən  rəngli  xəritələr  və  şərti 
işarələrin, arealın coğrafi koordinatlarının verilməsi; 

 
Kitabın təkamül prinsipləri əsasında qurularaq ibtidai bitkilərlə 
başlayıb, məməli heyvanlarla aşağıdakı ardıcıllıqla tərtibatı; 

 
Kitaba  eyni  zamanda  genofond  üçün  əhəmiyyətli  olan  yabanı 
meyvə, bitki sortlarının, nadir ev quşları və heyvan cinsləri haqqında 
oçerklərin də daxil edilməsi. 
 
Bitki aləmi 
 
I  
Hissə 

yosunlar 
II 
Hissə 

göbələklər 
III 
Hissə 

şibyələr 
IV 
Hissə 

ali sporlu bitkilər 

Hissə 

çılpaqtoxumlular 
VI 
Hissə 

birləpəlilər 
VII 
Hissə 

ikiləpəlilər 
VIII 
Hissə 

yabanı meyvə bitki sortları 
 


 
60 
 
Heyvanlar aləmi 
 
I  
Hissə 

həlqəvi qurdlar 
II 
Hissə 

molyusklar 
III 
Hissə 

buğumayaqlılar 
IV 
Hissə 

balıqlar 

Hissə 

amfibilər 
VI 
Hissə 

reptililər 
VII 
Hissə 

quşlar 
VIII 
Hissə 

məməlilər 
IX 
Hissə 

nadir ev quşları və heyvan cinsləri 
 
Bundan  əlavə  layihədə  hər  bir  növlər  üzrə  oçerklərdən  əvvəl 
növlərin, yarımnövlərin və populyasiyaların siyahısının verilməsi təklif 
olunur.  Müəlliflər  Respublika  «Qırmızı  Kitabı»na  daxil  olan  növlər 
haqqındakı  məlumatların  ətraflı  olması  üçün  onların  5  kateqoriyaya 
bölünməsini təklif edirlər. 

 
I kateqoriya – mühafizəsi xüsusi tədbirləri həyata keirmədən 
mümkün olmayan, yox olmaq təhlükəsi altında olan növlər; 

 
II  kateqoriya  –  sayı  çox  sürətlə  azalan,  lakin  hələ  nisbətən 
çox olan, yaxın gələcəkdə məhv olmaq təhlükəsi altında olan növlər; 

 
III  kateqoriya  –  hal-hazırda  məhv  olmaq  təhlükəsi 
gözlənilməyən, lakin, məhdud ərazidə və az miqdarda təsadüf edilən, 
təbii  və  antropogen  amillərin  təsiri  altındakı  əlverişsiz  mühit 
şəraitində yox olmaq təhlükəsi altındakı nadir növlər; 

 
IV  kateqoriya  –  görülmüş  tədbirlər  nəticəsində  vəziyyəti 
təşviş  doğurmayan,  lakin,  populyasiyası  müntəzəm  nəzarət  altında 
olan, ov obyekti kimi istifadə edilməsi qadağan olunan bərpa edilmiş 
növlər.  
 
«Qırmızı  Kitaba»a  salınmış  növlərin  kateqoriyası  mətndən  əvvəl 
«status» bölməsində roma rəqəmi ilə göstərilir. Məsələn: 
 
Qafqaz xədicəgülü                    status (III) 
Bundan əlavə,  

 
növlər  üzrə  oçerklərin  təsviri  aşağıdakı  ardıcıllıqla  aparılır: 
Növün  adı-azərbaycan,  rus,  ingilis  və  latın  dillərində  verilir. 


 
61 
Azərbaycan  dilində  növlərin  elmi  adı  ilə  yanaşı  mötərizədə  xalq 
arasında yayılmış adları da verilir. Məsələn: 
göyrüş (dəndə); 

 
növlərin azərbaycan dilindəki elmi adları dəqiqləşdirlir;
 

 
növ haqqında oçerk aşağıdakı göstəricilər əsasında yazılır:
 
-status (kateqoriyası göstərilməklə), 
-yayılması, 
-yaşayış yerləri (məskənləri və ya bitdiyi ərazilər), 
-sayı və onun dinamikası, 
-əsas məhdudlaşdırıcı amillər(limit amilləri), 
-bioloji xüsusiyyətləri, 
-süni artırmaya olan  ehtiyacı, 
-introduksiya və akklimatizasiya ehtiyacı, 
-ümumi qəbul edilmiş mühafizə tədbirləri, 
-zəruri mühafizə tədbirləri, 
-məlumat mənbələri, 
-tərtib edənlər haqqında məlumat. 


 
62 
IV BÖLMƏ 
 
Ərazininin bitki örtüyünün biomüxtəlifliyi və meşə bitki 
örtüyü 
 
Hirkan Biosfer Rezervatı yuxarıda deyildiyi kimi respublikanın Lənkəran, 
Lerik və Astara inzibati rayonlarını əhatə edir. Bu ərazi əsasən dəniz ətrafı 
regionlardan başlayaraq aşağı dağ qurşağı (Burovar dağ silsiləsi), orta dağ 
qurşağı (Peştasar dağ silsiləsi) və nəhayət yüksək dağ qurşağından (Talış 
dağ silsiləsi) ibarətdir. 
1.
 
Birinci hissə (aşağı dağ qurşağı) şəhər ətrafı sahələr, kəndlər, 
bağlar,  yaşıllıqlar  və  əkin  yerləri  (çay,  sitrus  plantasiyaları,  çəltik  və 
tərəvəz, bostan) zəmilərini əhatə edir. 
2.
 
Orta  dağ  qurşağı  –  tək-tək  kəndlər,  meşə  talalarında 
biçənəklər, sitrus, çay və kənd ətrafı örüşlər və bağlar, o cümlədən 
təbii hirkan qarışıq meşələri ilə örtülmüşdür. 
3.
 
Yüksək  dağlıqlar  –  Hirkan  meşəlikləri  ilə  örtülü  olub  meşə 
talalarında isə formalaşmış biçənəklər və otlaqlardan ibarətdir. 
Ümumilikdə  hər  3  qurşaqda  –  Hirkan  mənşəli  qarışıq  meşəliklər, 
xüsusilə  Dəmirağac 
(Parrotia persica, Quercus castaneifolia, Carpinus 
macrocarpa,  C.  orientalis,  Zelkova  carpinifolia)  geniş  yayılmışdır. 
Bataqlıq  sahələrində 
Alnus  barbata,  meşə  altında  isə  ot  bitkilərindən 
Carex remota, Cardamine tenera, Lycopus europaeus və onlarca başqa 
ot  bitkiləri  bu  meşələrin  daimi  bitkilərindən  sayılırlar.  Bir  qədər  dağ 
ətəyi  regionlarda,  yuxarıda  qeyd  olunan  3-4  cinsə  Hirkan  cinslərinə 
Ficus carica, Punica granatum, Buxus sempervirens, Ruscus hyrcana, 
Grataegus  monoguna,  ot  bitkilərindən  isə  Rumex,  Sambucus,  Poa, 
Primula, Viola, Solanum, Oplismenus, Carex, Allium, Sedum, Crocus və 
bir çox başqa cinslərin növlərinə rast gəlinir.  
Ərazinin orta dağ qurşaqlarında Dəmirağac 
(Parrotia persica) heç 
rast  gəlinmir,  onu  bu  qurşağın  şimal  yamacında  şərq  fıstığı 
(Fagus 
orientalis), cənubunda isə şabalıdyarpaq palıd (Quercus castaneifolia) 
əvəz  edir.  Bu  hündürlükdə  palıd  birinci  plana  keçir,  meşənin 
edifikatoru  kimi  birinci  yerdə  durmaqla  qarışıq  enli  yarpaqlı  həqiqi 
Hirkan  meşəliyi  yaradırlar.  Şabalıdyarpaq  palıddan  başqa  bu  tip 
meşəlikdə 
Fagus orientalis, Taxus baccata, Carpinus betulus, Zelkova 
carpinifolia, ot bitkilərindən isə – meşənin 3-cü mərtəbəsində: Carex, 
Mentha,  Brachypodium,  Orobus,  Solanum,  Festuca,  Bromus  və  b. 
bitkilərə  rast  gəlinir.  Liankimilərə  (sarmaşan)  bu  tip  meşəlikdə  rast 
gəlmir. Aşağı meşə qurşaqlarına nisbətən orta qurşaqların meşəlikləri 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə