Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 
52 
müəyyən  ərazilərdə  miqdarının  kafi  şəraitdə  olmasına  baxmayaraq 
sayı  kəskin  azalan,  təxirəsalınmaz  tədbirlər  görülmədiyi  təqdirdə 
məhv olma kateqoriyasına keçməyə meylli olan növlər. 
III  kateqoriya  –  hələlik  bilavasitə  məhvolma  təhlükəsi  altında 
olmayan,  lakin,  az  miqdarda  və  məhdud  ərazilərdə  rast  gəlinən, 
isətnilən  ciddi  təsirin  sürətlə  məhvinə  səbəb  ola  bilən  nadir  növlər, 
yarımnövlər; 
IV  kateqoriya  –  məhv  olma  təhlükəsi  altında  olan,  kasad 
məlumatlar 
üzündən 
populyasiyasının 
vəziyyətinin 
real 
qiymətləndirilməsi  mümükün  olmayan,  bu  səbəbdən  də  yuxarıdakı 
kateqoriyalara  aid  edilə  bilməyən  az  tanınan  və  kifayət  qədər 
öyrənilməmiş növlər, yarımnövlər; 
V kateqoriya – görülmüş tədbirlər nəticəsində sayını artırmaqda 
olan növlər, yarımnövlər; Bilvasitə təhlükə altında olmayan, lakin hələ 
də nəzarət altında olması zəruri olan növlər, yarımnövlər; 
Bundan  əlavə,  digər  MDB  ölkələrinin  də  öz  «Qırmızı  Kitab»ları 
mövcuddur.  Misal  üçün  Belarus  (1981, 1993), Qazaxıstan  (I  Hissə: 
Onurğalı  heyvanlar. 1978, 1996, II  Hissə:  Bitkilər. 1981, 1991), RF 
(Heyvanlar. 1983, 1985, Bitkilər. 1988), Özbəkistan  (1983, 1984, 
1988, 1998) göstərmək  olar.  Özbəkistan  «Qırmızı  Kitabı»nda  63 
məməli, 163 bitki  növü  haqqında  müxtəlif  məlumatlar  toplanmışdır. 
Özbəkistan  Respublikasının  «Qırmızı  Kitab»ının  son  nəşri  müxtəlif 
yanaşmaların  sintezi  əsasında  tərtib  olunaraq  müxtəlif  milli 
yanaşmalar ilə qlobal sistemin ən vacib ideyalarını əsas götürmüşdür. 
Klassifikasiya qlobal kateqoriyalara uyğun olaraq (1994 IUCN Red List 
Categories) 6 kateqoriya əsasında tərtib olunmuşdur: 
 
0 kateqoriya – Extinct: (EX); (EW); (RE) 
1 kateqoriya – Vanishing : (CR); (EN) 
2 kateqoriya – Delining : (CR); (EN) 
3 kateqoriya – Rare: (LR-nt) 
4 kateqoriya – Restored: (LR-lc); (LR-cd) 
5 kateqoriya – Data Deficient: (DD) 
 
 
Qafqazın  digər  respublikaları  olan  «Gürcüstan  Respublikasının 
Qırmızı Kitabı» 1982-ci ildə, Ermənistanın «Qırmızı Kitab»ı isə 1987, 
1990-cı illərdə tərtib olunmuşdur. 
1995-ci  ildə  MDB  ölkələri  iştirakçıları  VI  Dövlətlərarası  Ekoloji 
Şuranın iclasında nadir  və nəsli kəsilmək  təhlükəsi altında olan bitki 


 
53 
və heyvan növləri haqqında kitabın yaradılması üzrə Razılaşma əldə 
edilmiş  və  Əsasnaməsi  təsdiq  olundu.  Məlumat  üçün  bildiririk  ki, 
keçmiş SSRİ «Qırmızı Kitabı»na salınmış 80 quş növündən yalnız 20 
növ ƏMMBİ siyahısına salınmışdır. 
Yaşıl Kitab. Keçən əsrin yetmişinci illərindən başlayaraq «Qırmızı 
Kitab»larda olduğu kimi ölkələrin qiymətli landşaft komplekslərinin də 
xüsusiyyətlərini  özündə  əks  etdirən  xüsusi  «Təbiət  Kitab»larının 
yaradılması  zərurəti  meydana  gəldi,  status  və  növündən  asılı 
olmayaraq  hal-hazırda  mövcud  olan  və  perspektivli  sayılan  xüsusi 
mühafizə  olunan  təbiət  ərazilərinin  vahid  və  tam  kadastrını  əhatə 
edən  «Yaşıl  Kitab»ların  yaradılması  təklifi  irəli  sürüldü.  Həmçinin, 
burada  nadir  və  məhv  olmaq  təhlükəsi  altında  olan  landşaftların 
xüsusi «yaşıl xəritə»də qeyd edilməsi də nəzərə alınır. «Yaşıl Kitab»ın 
yaradılmasında əsas məqsəd təsərrüfatın gələcək inkişafı və landşaft 
ekosistemlərinin  antropgen  deqradasiyası  ilə  onların  mühafizəsi 
arasındakı ziddiyyətin həllinə köməkdən ibarətdir. Başqa sözlə, «Yaşıl 
Kitab»ın  əsas  vəzifəsi  –landşaftların  mühafizəsi  və  istismarının 
kompleks 
yanaşması 
əsasında 
təbiətdən 
istifadənin 
optimallaşdırılmasıdır. Bəzi ölkələrin (məsələn Ukrayna Respublikası) 
«Yaşıl  Kitab»ı  fitosenoz-zooloji  xarakter  daşıyaraq  ancaq  nadir  və 
məhv olmaq təhlükəsi altında olan fitosenozların mühafizəsi xarakteri 
daşıyır. Rusiya alimlərinin fikrincə isə «Yaşıl Kitab» torpaq sahələrinin 
bütün  landşaft-qoruq  fondunu  əhatə  edir.  Antropgen  landşaft 
nümunələri  olan  mədəni  meşə  sahələri,  süni  su  hövzələri  və 
rekreasiya  əraziləri,  tarixi-landşaft  obyektləri  (süni  mağaralar  və  s.) 
«Yaşıl Kitab» obyektlərinin xüsusi qrupu hesab edilir. 
Hər-hansı  bir  obyektin  «Yaşıl  Kitab»a  salınmasının  əsas  şərtləri 
aşağıdakılardır: 

 
təbii  landşaftın  və  ya  şəraitin  öz  ilkin  vəziyyətini  (ilkinliyini) 
saxlama dərəcəsi; 

 
obyektin  və  ya  təbii  təbii  hadisənin  region  üçün  tipikliyi  və 
xarakteriklik dərəcəsi; 

 
obyektin unikallığı və yoxolma təhlükəsinin dərəcəsi; 

 
nadir  flora  və  fauna  nümayəndələrinin  genofondunun 
mühafizəsində obyektin rolu və  əhəmiyyəti. 
Deyilənləri  ümumiləşdirsək  unikallıq,  özünəməxsusluq,  elmi  və 
estetik dəyərlər ərazinin təbii mühitinin keyfiyyət göstəricisi olmaqla 
onun xüsusi siyahıya düşməsinə zəmin yaradır. 


 
54 
Fikrimizcə, tipik, xarakterik, nadir (relikt və endemik) və yoxolma 
təhlükəsi altında olan fasiyalar, təbii sərhədlər, təbii mərzlər, çaylar, 
meşələr, yarğanlar və s., eləcə də ətraf mühitdən fərqlənən ərazilər – 
çöllüklər,  bataqlıqlar  da  «Yaşıl  Kitab»  obyektləri  olmalıdır.  Nadir 
bioloji  və  geoloji-morfoloji  obyektlərdən  ibarət  olan  fasiyalar  və 
mərzlər də bu qəbildən olan obyektlərdir. 
Respublikamız  endemik  və  nadir  heyvan  və  bitki  növləri,  onların 
«qəbiristanlıqları»,  göllər,  bulaqlar,  şəlalələr,  buzlaqlar,  təbiət 
mənzərələri  ilə  yanaşı  geoloji-geomorfoloji  abidələr  olan  faydalı 
qazıntı  yataqları,  minerallar,  süxur  kütlələri,  prizmavari  bazalt 
sütunlar,  lava  axınları,  palçıq  və  maqmatik  vulkanlar,  ekstruziv 
günbəzlər,  vulkan  konusları,  kraterlər  və  kalderlər  (vulkan  mənşəli 
oval  və  ya  dairəvi  çuxurlar),  möhtəşəm  qayalıq  və  dağ  massivləri, 
uçqun  qaymalar, «daş  şəlalələri»,  stratotipik  kəsilişlər,  tektonik 
strukturlar,  ofiolit  zolaqlar  (intruziv,  effuziv  və  çökmə  süxurları), 
antisedent  və  kanyonvari  dərələr,  karst  (klastokarst,  psevdo-karst) 
mağaraları  və  formaları,  ekzotik  eol  aşınma  qaya  və  torpaq 
piramidaları və oymaları kimi relyef abidələri ilə də zəngindir. 
Hal-hazırda  bizim  tərəfimizdən  «Azərbaycanın  Yaşıl  Kitabı»nın 
tərtib edilməsi məsələsi planlaşdırılır. 
 
 
Azərbaycanın Qırmızı Kitabı 
 
Azərbaycanın  «Qırmızı  Kitabı»  Azərbaycan  Respublikasının 
«Heyvanlar  aləmi  haqqında», «Ətraf  mühitin  mühafizəsi  haqqında» 
və «Bitki mühafizəsi haqqında»kı qanunları əsasında tərtib edilmişdir. 
Azərbaycanın ilk «Qırmızı Kitabı» - nadir və nəsli kəsilmək təhlükəsi 
olan  heyvanları  və  yabanı  bitki  növlərinin  vəziyyəti  haqqında  rəsmi 
məlumat  kitabı  olaraq  1989-cu  ildə  çapdan  çıxmışdır.  Altı  hissədən 
ibarət olan “Kitab”da məməlilərin, quşların, amfibiyaların, reptililərin, 
onurğasız  heyvanların  və  ali  bitkilərin  biologiyası,  arealının  vəziyyəti 
və  miqdarı  haqqında  məlumatlar,  mühafizəsi  üçün  qəbul  edilmiş  və 
qəbul edilməsi zəruri olan tədbirlər haqqında informasiyalar verilir. Bu 
kitabda  respublika  alimlərinin,  mütəxəssislərinin  çoxillik  əməyi 
nəticəsində  Azərbaycanın  nadir  və  yoxa  çıxmaqda  olan  bitki  və 
heyvan  növləri  haqqında  məlumatlar  toplanmışdır. “Qırmızı  Kitaba” 
məməlilərdən 14 növ, amfibiya və reptiliyalardan 13 növ, balıqlardan 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə