Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

 
49 
ölkədən 502 qurumu əhatə edirdi. 1949-cu ildə isə Nadir Növlər üzrə 
Xüsusi  İctimai  Komissiya  (Species Survival Commission)  yaradıldı. 
Komissiyanın  əsas  məqsədi  nəsli  kəsilmək  təhlükəsi  altında  olan 
növlərin  siyahısının  tutulmasından  ibarət  idi.  Artıq  1949-cu  ildən 
başlayaraq  ƏMMBİ  nadir  bitki  və  heyvanlar  haqqında  məlumatların 
yığılmasına  başlamışdı.  On  dörd  illik  fəaliyyətin  nəticəsində  1963-cü 
ildə ilk «Qırmızı Kitab» (Red Data Book) dünyaya göz açdı. İki cildlik 
«Kitabda» məməlilərin 211, quşların 312 taksonu haqda məlumatlar 
toplandı. 1966-71-ci  illərdə  artıq  suda-quruda  yaşayanlar  və 
sürünənləri də əhatə edən ikinci nəşr çapdan çıxdı. «Kitabın» üçüncü 
nəşri 1972-ci ildə,  dördüncü nəşri isə 1978-80-cı illərdə nəşr oluna-
raq, artıq məməlilərin 226 növ və 70 yarımnövünü, quşların 181 növ 
və  77  yarımnövünü,  sürünənlərin  77  növ  və  21  yarımnövünü, 
amfibiyaların  35  növ  və  5  yarımnövünü,  balıqların  168  növ  və  25 
yarım  növünü  əhatə  edirdi.  Bu  siyahıda  məməlilərin  sayı  bərpa 
edilmiş 7, quşların 2, sürünənlərin isə 2 növ və yarımnövü də vardı.  
Ətraf Mühitin Monitorinqi üzrə Ümumdünya Mərkəzinin iştirakı ilə 
(WCMC) 1981-ci ildən «ƏMMBİ Qırmızı Kitabı» nəşr olunur. Sonralar 
isə  «təhlükə  altında  olan  növlərin  qırmızı  siyahısı»  nəşr  olunmağa 
başlamışdır.  
Növlər  «qırmızı  siyahı»ya  müəyyən  vaxtlarda  işlənmiş  (1991, 
1992, 1993, 1994, 1999 və sonuncu 2001-ci il versiyaları) müəyyən 
kriteriyalar əsasındakı kateqoriyalara bölünür. Kriteriyalar ümumi say, 
populyasiya,  yetkin  fərdlərin  sayı,  nəsil  müddəti,  müəyyən  vaxt 
ərzində  sayın  azalması,  say  azalmasının  tempi  (keçmişdə,  indi  və 
proqnozlaşdırılan  gələcəkdəki  azalma),  areal  (yayılma  ərazisi),  lokal 
məskunlaşma  və  s.  faktorlar  əsasında  qurulur.  Növlər  aşağıdakı 
kateqoriyalara bölünür: 
 
1.
 
«NƏSLİ KƏSİLMİŞ» - 
«EXTINCT» (EX); 
 
2.
 
«YABANI  TƏBİƏTDƏ  NƏSLİ  KƏSİLMİŞ» 
-  «EXTINCT IN THE 
WILD» (EW); 
 
3.
 
«KRİTİK  TƏHLÜKƏ  HƏDDİNDƏ  OLAN»  - 
«CRITICALLY 
ENDANGERED» (CR); 
 
4.
 
«TƏHLÜKƏ HƏDDİNDƏ OLAN» - 
«ENDANGERED» (EN); 
 


 
50 
5.
 
«ZƏİFLƏMİŞ» - 
«VULNERABLE» (VU); 
 
6.
 
«TƏHLÜKƏLI HƏDDƏ YAXIN OLAN» - 
«NEAR THREATENED» 
(NT); 
 
7.
 
«AZ TƏHLÜKƏLİ» – 
«LEAST CONCERN» (LC); 
 
8.
 
«AZ ÖYRƏNİLMİŞ» – 
«DATA DEFICIENT» (DD); 
 
9.
 
«KAFİ MƏLUMAT OLMAYAN» - 
«NOT EVALUATED» (NE). 
 
ƏMMBİ-ın  Qırmızı  Siyahısına  (
IUCN Red List of Threatened 
Species)  salınan  növlər  haqqında  əsasən  aşağıdakı  informasiyalar 
tələb olunur: 
•  növün elmi adı (müəlliflik detalları ilə); 
•  ingiliscə və milli dildə adı; 
•  Qırmızı Siyahıdakı kateqoriya və kriteriyaları; 
•  növün  yaşadığı  ölkə,  region  və  dəniz  əraziləri  (ştat,  vilayət, 
rayon, ada); 
•  su canlıları olarsa, dəniz, göl və s. su sistemlərinə aidliyi; 
•  növün yayıldığı ərazinin coğrafi xəritəsi; 
•  növün Qırmızı Siyahıya salınması zərurətinin əsaslandırılması; 
•  növün azalma tempi haqda məlumatlar; 
•  növün yaşadığı mühit; 
•  növə təsir edən əsas limit faktorları; 
•  görülmüş və təklif olunan mühafizə tədbirləri; 
•  ekspertin adı, soy adı və onun koordinatları; 
 
SSRİ və MDB ölkələrinin Qırmızı Kitabları 
 
SSRİ-nin  «Qırmızı  Kitabı»nın  yaradılması  üzrə  ilk  cəhdi  1961-
1964-cü illərdə sovet zooloqları Q.P. Dementyev, V.Q. Qeptner, A.A. 
Nasimoviç, A.Q. Bannikov və digər mütəxəssislərin iştirakı ilə ƏMMBİ-
nin  «Qırmızı  Kitabı»  üçün  tərtib  edilmiş  məməlilərin  və  quşların 
siyahısını  hesab  etmək  olar.  SSRİ  Elmlər  Akademiyasının  Zooloqiya 
İnstitutlarının,  Ümumittifaq  Təbiəti  Mühafizə  Cəmiyyətinin,  elmi 
cəmiyyətlərin,  ayrı-ayrı  botanik  və  zooloqların  bu  sahədəki 
tədqiqatlarına  ümumi  rəhbərlik  SSRİ  Kənd  Təsərrüfatı  Nazirliyinin 


 
51 
Təbiəti  Mühafizə  üzrə  Mərkəzi  Laboratoriyası  tərəfindən  həyata 
keçirilirdi. 
Keçmiş SSRİ-nin ilk Qırmızı Kitabı 1978-ci ildə ƏMMBİ-nin XIV Baş 
Məclisi  ərəfəsində,  ikinci  nəşri  isə  1984-cü  ildə  çapdan  çıxmışdır. 
Əgər,  birinci  nəşrə  xüsusi  mühafizəyə  ehtiyacı  olan  məməlilərin  62 
növ  və  yarımnövü,  quşların  62  növ  və  yarımnövü,  amfibiyaların  8 
növü,  sürünənlərin  21  növü,  damarlı  bitkilərin  444  növü  daxil 
edilmişdisə,  ikinci  nəşrə  yeni  iri  taksonlar  –  balıqlar,  həşəratlar, 
mollüskalar,  xərçəngkimilər,  göbələklər,  mamırlar,  şibyələr  də  daxil 
edildi.  
SSRİ-nin  «Qırmızı  Kitabı»  sonralar  müstəqillik  əldə  etmiş  MDB 
ölkələri üçün bazis rolunu oynadı. Rusiya Federasiyasının son Qırmızı 
Kitabı  1997-ci  ildə  təsdiq  olunmuşdur.  Rusiya  ərazisindəki  246 
heyvan  növü  Rusiya  Federasiyasının  və  ƏMMBİ-nin  «Qırmızı 
Kitabı»na  salınmışdır.  Onların  65  növ  və  yarımnövü  məməlilər, 108 
növ və yarımnövü quşlar, 11 növ və yarımnövü sürünənlər, 4 növü 
amfibiyalar, 9 növü  balıqlar, 15 növü  mollüsklar  və  34  növü 
həşəratlar  sinfinə  aiddir.  Rusiya  klassifikasiya  sistemi  beynəlxalq 
sistemdən  fərqli  olaraq  0-cı  kateqoriyadan  (əvvəllər  olmuş,  son  50-
100 ildə rast gəlinməyən növlər) 5-ci kateqoriyaya qədər (görülmüş 
tədbirlər  nəticəsində  sayı  artmış  növlər)  olmaqla  6  kateqoriyaya 
bölünür.  Bundan  əlavə  RF  subyektlərinin  (25  diyar,  vilayət  və 
respublikaların)  öz  “Qırmızı  Kitab”ları  mövcuddur.  Göründüyü  kimi, 
RF  ƏMMBİ  klassifikasiyasının  dəyişdirilərək  uyğunlaşdırılmış  6 
kateqoriyalı  variantını  seçmişdir.  Aşağıda  bu  kateqoriyaların  izahı 
verilir: 
0  kateqoriya  –  Ölkə  ərazisində  (akvatoriyasında)  əvvəllər 
mövcud olmuş, hal-hazırda isə varlığı təsdiq olunmayan (onurğasızlar 
üçün  son  100  il,  onurğalılar  üçün  isə  son  50  il  ərzində)  növlər, 
yarımnövlər və populyasiyalar; 
I  kateqoriya  –  yox  olmaq  təhlükəsi  altında  olan  növlər, 
yarımnövlər və populyasiyalar; sayı kritik həddə çatmış və ya yaşayış 
yerlərinin köklü surətdə dəy1işdirilməsi nəticəsində silinmək təhlükəsi 
qarşısında  olan  növlər;  belə  növlərin  mühafizəsi  zamanı  xüsusi 
tədbirlər  həyata  keçirilməlidir:  xüsui  mühafizə  olunan  təbiət 
ərazilərinin  yaradılması,  süni  artırma,  populyasiyaların  genetik 
bankının yaradılması və s. 
II  kateqoriya  –  sayı  getdikcə  azalmaqda  olan  növlər, 
yarımnövlər  və  populyasiyalar;  nadir  və yaxın  keçmişdə  adi  sayılan, 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə