Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

 
77 
obyektlərinə,  turizm  fəaliyyətinin  növünə  və  qalma  müddətinə  görə 
və s.) müxtəlif olurlar. Hal-hazırda bu fəaliyyətlər adətən şərti olaraq 
elmi, öyrədici və rekreasiya turizmi formalarına bölünürlər. 
Elmi  turizm  alimlərin  ekspedisiyalarını,  tələbələrin  yay  sahə 
praktikalarını  və  digər  səyahətləri  əhatə  edərək  səyahət  ərazisindən 
elmi  məlumatların  yığılmasından  ibarət  olur.  Elmi  turizm  ümumi 
ekoturizm  axınının  kiçik  bir  hissəsini  əhatə  etdiyinə  baxmayaraq 
yüksək  əhəmiyyətə  malikdir.  Əvvəla,  o  az  öyrənilmiş  ərazilər  və 
obyektlər  haqqında  qiymətli  məlumatlar  verir.  Alınmış  məlumatlar 
təkcə elmin inkişafında deyil, həmçinin regionda ekoturizmin davamlı 
əsaslar üzərində inkişafına köməklik göstərə bilər.  
Öyrədici  turizm  –  klassik  mənadakı  ekoturizmdən  ibarətdir. 
Misal olaraq hal-hazırda bir çox ölkələrdə geniş tətbiq olunan quşları 
(bördvoçinq  -  ingiliscə  birdwatching),  nadir  kəpənəkləri  müşahidə 
turlarını,  botaniki ekskursiyaları,  arxeoloji,  etnoqrafik və paleontoloji 
səyahətləri  (Eldar  faunası,  Pirküşkül  faunası,  Binəqədi  faunası, 
Daşkəsən paleobotaniki abidə və s.), video və fotoçəkiliş həvəskarları 
üçün ekosafarilərin təşkilini göstərmək olar.  
Rekreasiya turizmi əsasən təbiət qoynundakı istirahəti nəzərdə 
tutur. Lakin burada müəyyən öyrədici məqsədlər də mövcuddur. Bu 
turizm  forması 
aktiv  və  passiv  şəkildə  ola  bilər.  Aktiv  rekreasiya 
turizmi  forması  piyada,  at  və  xizəklə  olan  səyahətləri,  alpinizmi, 
speleoturizmi, dağ və su səyahətlərinin müxtəlif formalarını nəzərdə 
tutur.  Azərbaycan  əraziləri,  xüsusilə  Quba,  Qusar,  Qazax,  Laçın, 
Qubadlı,  Kəlbəcər  və  Dağlıq  Qarabağ  əraziləri  xeyli  speleoturizm 
(mağara  turizmi)  potensialına,  Şamaxı  rayonunun  Pirqulu  ərazisi  isə 
əlverişli xizək turizmi imkanlarına malikdir. 
Passiv  rekreasiya  turizmi  formasına  çadır  düşərgələrindəki 
istirahət, yaxın məsafələrə təşkil edilən səfər və gəzintilər, pikniklər, 
qarmaqla  balıq  ovu,  ekoloji  davamlılıq  prinsipi  əsasında  həyata 
keçirilən müxtəlif təbiət məhsullarının yığımı aiddir. 
Biosfer  Rezervat  ərazilərində  ekoturizmin  əsas  prinsipləri 
aşağıdakılardan ibarətdir: 


 
78 
Cədvəl 14 
 
Prinsiplər 
Ekoturizmin fərqləndirici xüsusiyyətləri 
 
 
 
 
 
 
Ekoloji və sosial-
mədəni təsirlərin 
fəsadlarının  
minimuma  
endirilməsi 
 
 
 
 
 

 
Rekreasiya təzyiqinin zərərsiz həddi gözlənilir; 

 
Turizmin inkişafı dəqiq tərtib edilmiş plan əsasında 
aparılır, idarə olunur və nəzarətdə saxlanılır; 

 
Təbiət ərazilərindəki davranış qaydalarına riayət 
edilir; 

 
Turistlərin istifadə etdikləri transport vasitələri 
ekoloji təmiz olur; 

 
Yaranmış zibil tullantıları xüsusi vasitələrin köməyi 
ilə yığılır, ərazidən çıxarılır, ekotexnoloji emala 
göndərilir; 

 
İstirahət, tonqal və digər hərəkətlər ancaq xüsusi 
ayrılmış yerlərdə həyata keçirilir; 

 
Canlı təbiət obyektlərində hazırlanmış suvenirlərin 
alınması qadağan edilir; 

 
Göbələk, giləmeyvə, gül, dərman bitkiləri və 
istənilən təbiət suvenirləri icazə verilən zaman və 
məkan daxilində həyata keçirilir; 

 
Turistlərin qalması üçün nəzərdə tutulmuş otellər, 
kempinqlər, koma və digər sığınacaq yerləri elə 
yerlərdə salınır ki, onlar ətraf landşaftın normal və 
davamlı inkişafına mane olmur, onun estetik 
görkəminə xələl gətirmir; 

 
Bu otel və kempinqlər ekoloji təmiz materiallardan 
hazırlanır, su və enercidən rasional istifadə edilir, 
atılmalar və çirkab suları təmizlənir, tullantılar təkrar 
istifadə edilir; 

 
Turistlərin ərzaqları ekoloji təmiz və faydalı olmaqla 
ancaq yerli məhsullardan istifadə edilir; 

 
Turistlər yerli mədəni adət və ənənələrə, həyat 
tərzinə hörmətlə yanaşmaqla bərabər, onları 
öyrənməyə və anlamağa çalışırlar 


 
79 
Təbiətin, yerli 
sosial və mədəni 
mühitin 
mühafizəsinə 
yardım etmək 
Turist  fəaliyyəti  biosfer  rezervatın  əlavə  maliyyə 
mənbəyinin yaranmasını təmin edir; 

 
Tur  iştirakçıları  öz  imkanları  çərçivəsində  təbiəti 
mühafizə tədbirlərində iştirak edirlər; 

 
Turizm Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri ilə 
yerli  əhali  arasındakı  əməkdaşlığın  inkişafına  yardım 
edir, onun ictimai nüfuzunu yüksəldir; 

 
XMOTƏ 
sisteminin 
beynəlxalq 
əlaqələrini 
genişləndirir. 
 
 
 
 
Ekoloc təhsil və 
maarifləndirmə  

 
Turistlər əvvəlcədən, səyahətdən öncə tur 
ərazisinin təbiəti və ərazidə davranış qaydaları 
haqqında məlumatlandırılırlar; 

 
Turistlər təbiətin mühafizəsi yolundakı məsuliyyət 
və cavabdehliklərini dəqiq anlayır və dərk edirlər; 

 
Turlar və ekskursiyalar mütləq ekoloji 
məlumatlandırma xarakteri daşıyır; 

 
Turları ixtisaslaşdırılmış gid-şərhedicilər aparırlar; 

 
Əsas baxış obyektləri müxtəlif maraqlı və ekoloji 
əlverişli təbiət və mədəni landşaftlardır; 

 
Proqrama ekoloji təlim cığırlarına, təbiət və 
diyarşünaslıq muzeylərinə səyahətlər də daxil edilir; 

 
Turistlər yerli ekoloji problemlər və onların həlli 
yolları ilə  tanış olurlar; 

 
Turistlər yerli ekoloji problemlərin həllində öz imkan 
və bacarıqları daxilində iştirak edirlər; 
 
Yerli əhalinin 
turist 
fəaliyyətinin 
təşkilində iştirakı 
və kiçik 
sahibkarlıq 
fəaliyyəti 

 
Əsasən yerli işçi qüvvəsindən və yerli ərzaq 
məhsullarından istifadə edilir; 

 
Yerli əhali turist biznesinə cəlb edilir və öz ənənəvi 
təsərrüfat formalarını inkişaf etdirir; 

 
Cəmiyyətin müxtəlif sosial təbəqələri və qrupları 
ekoturizm fəaliyyətindən gəlir əldə edir. Bu zaman 
təbii mühitin mühafizəsi məsələsi yerli əhali üçün 
iqtisadi cəhətdən sərfəli olur. 
 
İqtisadi 
effektivlik və 
regionun 
davamlı 
inkişafına kömək 

 
Turist fəaliyyətinə kompleks yanaşma; 

 
Dəqiq hesabatlar əsasında həyata keçirilən 
planlaşdırma, monitorinq və idarəetmə; 

 
Ekoturizmin yerli ərazinin regional inkişafına 
inteqrasiyası; 

 
Müxtəlif istiqamətli təşkilatlarla sıx əlaqə; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə