Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

 
103 
V BÖLMƏ 
 
Ekoloji-ekskursiya fəaliyyəti, öyrədici  
turizmin tətbiqi və inkişafı 
 
Adı çəkilən sfera ekoloji maarifləndirmədə yüksək əhəmiyyət kəsb 
edir.  Ekoloji  turizmin  inkişaf  problemlərini  həll  etmək  məqsədi  ilə 
həyata  keçirilməsi  zəruri  olan  fəaliyyət  proqramı  aşağıdakı 
istiqamətləri əhatə edir: 

 
Ekspert analizi və planlaşdırma; 

 
Ekoturizm  üçün  şəraitin  yaradılması  və  onun  maddi  bazasının 
inkişaf etdirilməsi; 

 
Yerli əhali ilə iş; 

 
Reklam – informsiya təminatı; 

 
Marketinq və ekoturizm məhsullarının geniş işıqlandırılması; 

 
Ekoturizmin inkişafı üçün kadr təminatı; 

 
Ekoturizm fəaliyyətinin təşkili və idarə olunması. 
İndi isə sadalanan istiqamətlərə aydınlıq gətirək: 
Ekspert  analizi  və  planlaşdırma.  Bu  istiqamət  aşağıdakı 
mərhələləri əhatə edir: 
1.  Təbii  və  mədəni  irsi  abidələrin  müasir  və  gələcək 
perspektivlərinin qiymətləndirilməsi.  
Buraya daxildir: 

 
biosfer  rezervat  ərazisindəki  mümkün  öyrədici  ekoturizm 
obyektlərinin inventarizasiyası: flora və fauna növləri, arxeoloji, tarixi, 
mədəni,  geoloji,  paleontoloji  və  digər  görməli  yerlər.  Buraya  xüsusi 
marşrutların  çəkilməsi  və  ekskursiyaların  təyin  edilməsi  və  onların 
müşahidəsi imkanlarının qiymətləndirilməsi. Məsələn, biosfer rezervat 
ərazisində ərazinin ən hündür, ən iri gövdəli, ən iri çətirli və nəhayət 
ən  qocaman  ağaclarını  müəyyənləşdirmək,  onlara  adlar  vermək  və 
marşrutlar yaratmaq mümkündür; 

 
ekosistemin  xarici  təsirlərə  həssaslıq  dərəcəsinin  və  turizmin 
inkişafı zamanı mümkün maneələrin qiymətləndirilməsi; 

 
biosfer  rezervat  ərazisində  infrastrukturun  inkişaf  səviyyəsinin 
və limitinin (zərərsiz həddinin) qiymətləndirilməsi; 
2.  Biosfer  rezervat  ərazisində  ekoturizmin  inkişafının 
potensialının analizi. 


 
104 

 
Ekoturizm  fəaliyyəti  üçün  mümkün  və  mümkün  olmayan 
ərazilərin müəyyənləşdirilməsi. Cığır və marşrutların yerləşdirilməsinin 
məqsədəuyğunluğunun müəyyənləşdirilməsi.  

 
Hər  bir  ərazi  üçün  turist  və  səyahətçilərin  kateqoriyasının 
müəyyənləşdirilməsi. 
3.
 
Biosfer  rezervat  ərazisində  zonalar  üzrə  turist 
fəaliyyətinin planlaşdırılması. 

 
Biosfer rezervat ərazisində ekoturizm infrastrukturunun plan və 
qaydalarının işlənib hazırlanması. 

 
Biosfer  rezervatın  hər  bir  ərazisində  ekoturizmin  inkişafı  üçün 
uyğun  strategiyanın  və  menecment-planın  işlənib  hazırlanması  (bu 
zaman  bu  ərazilərdəki  təbiət  komplekslərinin  qorunması  və  uyğun 
ekoturizm proqramlarının iqtisadi davamlılığı təmin olunmalıdır). 

 
Əraziyə  daxil  olma  haqqı  sisteminin  işlənib  hazırlanması. 
Düşünürük ki, giriş haqqı yerli əhali, ölkə əhalisi və xarici vətəndaşlar 
üçün  diferensial  şəkildə  həyata  keçirilərsə  daha  məqsədəmüvafiq 
olar. 
4.  Regionda  ekoturizmin  inkişafının  uzunmüddətli 
strategiyası  hazırlanmalıdır.  Ekoturizmin  inkişafı  sosial-
iqtisadi  inkişafın  regional  planı  ilə  əlaqəli  inkişaf 
etdirilməlidir.  
 
Ekoturizm  üçün  şəraitin  yaradılması  və  onun  maddi 
bazasının  inkişaf  etdirilməsi.  Bu  istiqamət  öz  növbəsində 
aşağıdakı mərhələləri əhatə edir: 
1.
 
Marşrut və cığırların hazırlanması. 

 
Müxtəlif  kateqoriyalı  insanlar  üçün  müxtəlif  proqramlar  və 
xüsusi marşrutlar kompleksinin hazırlanması.
 

 
Rezervat  əməkdaşları  və  cəlb  olunmuş  mütəxəssislər 
tərəfindən  leksiya  və  ekskursiyalar  üzrə  informasiya  bazasının 
yaradılması.
 

 
Milli və beynəlxalq turizm bazarına çıxmaq məqsədi ilə turizm 
məhsulları istehsalının təşkili.
 

 
Ekoloji cığır və marşrutların model formalarının təşkili.
 

 
Biosfer  rezervat  ərazisinin  anşlaq  və  informasiya  şitləri  ilə 
təmin edilməsi.
 

 
Cığır  və  marşrutların  salınması  zamanı  onlara  olan  təzyiqin 
zərərsiz  həddinin  (TZH)  qiymətləndirilməsi,  tur  və  ekskursiyaların 


 
105 
ekoloji  baxımdan  optimal  recimdə  aparılması  üçün  tövsiyələrin 
hazırlanması.
 

 
Biosfer Rezervat ərazisindəki təbiət komplekslərinə vurula bilən 
mümkün  zərərlərin  qarşısını  almaq  məqsədi  ilə  insanların 
hərəkətlərini 
məhdudlaşdıran 
davranış 
qaydalarının 
işlənib 
hazırlanması.
 
2.
 
İnfrastrukturun təşkili

 
Kordonların, 
dayanacaqların 
və 
müvəqqəti 
düşərgə 
punktlarının təmiri və yenidən qurulması. 

 
Çöl  heyvanlarını  seyr  etmək  üçün  müşahidə  qüllələrinin  və 
örtüklü (gizli) baxış məntəqələrinin inşası. 

 
İnfrastruktur  obyektlərinin  fəaliyyəti  zamanı  yaranan  məişət 
tullantılarının  effektiv  utilizasiyası  və  çirkab  sularının  təmizlənməsi 
üçün  zəruri  olan  texniki  vasitələrlə  təmin  edilməsi,  alternativ  enerci 
mənbələrinin tətbiqi. 

 
«mini-mehmanxana»ların  inşası,  biosfer  ərazinin ekoloji  təmiz 
transport vasitələri ilə təmin edilməsi. 

 
Biosfer  rezervatların  yaradılmasının  əsas  məqsədlərindən 
birinin  yerli  icmaların  sosial  rifahının  yüksəldilməsi  olduğundan  yerli 
əhalinin  işçi  qüvvəsindən  və  istehsal  məhsullarından  maksimal 
surətdə istifadə olunması ən zəruri şərtlərdən biri hesab olunmalıdır. 
Yerli  əhali  ilə  iş.  Yerli  əhalinin  ekoturizm  məsələlərinə  cəlb 
edilməsi biosfer rezervatların inkişafının ayrılmaz tərkib hissəsidir. Bu 
istiqamətdəki ən vacib addımlar aşağıdakılardır: 
 
1.
 
Yerlərdə vəziyyətin analizi. 

 
Yerli  kütləvi  informasiya  vasitəsi  ilə  yerli  əhalinin  ekoloji 
turizmin inkişafının plan və proqramları barədə məlumatlandırılması.  

 
Sosioloji sorğular vasitəsi ilə yerli əhalinin bu sahədəki arzu və 
təkliflərinin, bu fəaliyyətdə öz rollarını necə gördüklərinin öyrənilməsi. 

 
Ekoturizmin  inkişafı  prosesində  potensial  iştirakçıların 
siyahısının tərtib edilməsi. Öz mənzillərini, şəxsi transport vasitələrini 
(at,  eşşək  və  s.  daha  məqsədəuyğundur),  bələdçilik  xidmətlərini, 
suvenir  və  ərzaq  məhsullarını  verməyə  hazır  olan  insanlar  buraya 
daxildirlər. 

 
Ekoloji turizm fəaliyyətinin həyata keçirilməsi tədbirlərində yerli 
əhalinin iştirakının optimal formasının müəyyənləşdirilməsi. 
2.
 
Yerli əhalinin öyrədilməsi


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə