Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə30/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

 
97 
aparılmış  elmi-tədqiqat  işləri  biosfer  rezervatın  aşağıdakı  tələblərini 
ödəyir: 
Təbiəti mühafizə sahəsində: 

 
ərazinin  optimallığının  və  mühafizə  sisteminin  təşkilinin 
əsaslandırılması; 

 
təbii komplekslərin və təbii obyektlərin vəziyyətinin müntəzəm 
olaraq qiymətləndirilməsi və proqnozu; 

 
təbiət  komplekslərinə  və  təbiət  obyektlərinə  təsir  edən 
arzuolunmaz  təsirlərin  səbəblərinin  araşdırılması,  mümkün  təsirlərin 
mənfi nəticələrinin proqnozu,  onların qarşısının  alınması və sistemin 
normal hala qayıtması üzrə tədbirlər kompleksinin hazırlanması; 

 
biosfer  rezervat  ərazisində  antropogen  təsirə  məruz  qalmış 
təbiət komplekslərinin bərpası proqramının hazırlanması; 

 
ərazidə  aparılmış  bütün  təsərrüfat  xarakterli  və  digər 
fəaliyyətlər zamanı təbiət komplekslərinə və təbiət obyektlərinə olan 
mənfi  təsirlərin  minimuma  endirilməsi  məqsədi  ilə  kənar 
mütəxəssislərlə  birlikdə  ekoloji  ekspert  qiymətləndirilməsinin 
aparılması; 

 
təbiəti  mühafizə  sahəsindəki  planların,  proqram  və  tədbirlərin 
effektivliyinin qiymətləndirilməsi. 
Ekoloji-maarifləndirmə sahəsində: 

 
ərazinin  təbiət  kompleksləri,  onlarda  gedən  proseslər  və 
onların  inkişaf  qanunauyğunluqları  haqqındakı  biliklərin  daha  da 
genişləndirilməsi; 

 
ekoloji-maarifləndirmə  sisteminin  təkmilləşdirilməsi  və  opti-
mallaşdırılması (ekoloji cığırlar, ekoloji turizm zonaları və s.); 

 
Yerli,  regional  və  qlobal  strukturlarda  biosfer  rezervatın  elmi 
məhsullarının  (nəticələrinin)  marketinqinin  aparılması,  potensial 
alıcıların  müəyyənləşdirilməsi  (ovçuluq  təsərrüfatları,  sanitar-
epidemioloji  nəzarət  qurumları,  ətraf  mühitin  mühafizəsi  üzrə 
regional və bələdiyyə qurumları və digər təşkilatlar); 

 
Özünün  elmi  məhsullarının  reklamının  təşkil  edilməsi  (o 
cümlədən internet vasitəsi ilə); 

 
Rezervat  ərazisinin  və  onun  daxili  strukturlarının  (kvartallar, 
yollar,  eksperimental  sahələr  və  s.)  topoloji  əsasının  elektron 
versiyasının - GİS sisteminin yaradılması; 

 
Kartoqrafik materialların GİS-formatına keçirilməsi; 
 


 
98 
Rezervatın 
elm 
şöbəsinin 
kadr 
tərkibinin 
optimallaşdırılması  və  əməkdaşların  peşəkarlıq  səviyyəsinin 
yüksəldilməsi.  Biosfer  rezervatın  elmi-tədqiqat  işləri  üzrə 
məsələlərinin  həlli  zamanı  əsas  şərt  elmi  şöbənin  kadr  tərkibinin 
uyğun  standartlar  səviyyəsinə  gətirilməsindən,  əməkdaşların 
peşəkarlıq  səviyyəsinin  yüksəldilməsindən  ibarətdir.  Bu  məqsədlə 
aşağıdakı zəruri tədbirlər həyata keçirilməlidir: 

 
Rezervat üçün vacib sahələr üzrə mütəxəssislərin cəlb edilməsi 
və əməkdaşların ixtisaslaşdırılmasında zəruri addımların atılması; 

 
Aspirantura,  doktorantura  və  dissertant  formaları  da  daxil 
edilməklə elmi işçilərin kvalifikasiyasının yüksəldilməsi üçün tədbirlər 
planının hazırlanması; 

 
Elmi  dərəcəsi  olmayan  elmi  işçilərə  mərkəzi  və  regional  elmi 
mərkəzlərdə,  MEA  qurumlarında  və  ali  məktəblərdə  elmi  rəhbərliyin 
təşkil edilməsi; 

 
ETİ  planında  nəzərdə  tutulmuş  qaydada  rezervat  ərazisində 
tələbə  praktikalarının,  tələbələrin  kurs  və  diplom  işlərinin 
keçirilməsinin təşkil edilməsi; 

 
Rezervat  direktorlarının  elmi  işlər  üzrə  müavinlərinin, 
rezervatın baş və aparıcı elmi işçilərinin attestasiyasının aparılmasını 
təşkil  etmək  məqsədi  ilə  (bu  nazirliyin  elmi-texniki  şurası  nəzdində 
ola bilər) mərkəzi attestasiya komissiyasının yaradılması; 

 
Müxtəlif  kursların,  seminarların,  monitorinqlərin  keçirilməsi 
üzrə  vəsaitlərin  hazırlanması.  Alınmış  məlumatların  işlənməsi  və 
verilənlər bazasının yaradılması kimi tədbirlərin həyata keçirilməsi də 
nəzərdə  tutulmaq  şərti  ilə  elmi  işçilərin  kvalifikasiyasının 
yüksəldilməsi proqramının hazırlanması; 

 
Ekolojiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Xüsusi  Mühafizə 
Olünan Təbiət Ərazilərində elmi-tədqiqat fəaliyyətinin təşkili haqqında 
xüsusi əsasnamənin hazırlanması. 
 
 


 
99 
IV BÖLMƏ  
 
Ekoloji-maarifləndirmə fəaliyyəti və yerli  
əhali ilə işlərin təşkili 
 
Biosfer  rezervatlarda  ekoloji-maarifləndirmə  fəaliyyəti  ancaq 
müəyyən şərtlər daxilində effektiv nəticələr verə bilər. Bu baxımdan 
ekoloji-maarifləndirmə fəaliyyəti: 
- uzunmüddətli olmalıdır; 
- məqsədyönlü olmalıdır; 
- sistemli və kompleks xarakter daşımalıdır; 
-  insanların  psixi  fəaliyyətlərinin  həm  intellektual,  həm  də 
emosional sferalarına təsir etməlidir; 
-  insanların  uyğun  praktiki  vərdiş  və  bacarıqlarını  inkişaf 
etdirməlidir; 
-  yüksək  keyfiyyətli  maddi  və  metodoloji  baza  üzərində 
qurulmalıdır; 
Biosfer rezervatlarda, ümumiyyətlə xüsusi mühafizə olunan təbiət 
ərazilərində  ekoloji-maarifləndirmə  fəaliyyəti  əsasən  aşağıdakı 
məqsədlər daşıyır: 

 
Biosfer  rezervatı  ideyasını  geniş  əhali  kütlələri  arasında  təbliğ 
etmək; 

 
ekoloji  şüurun  və  ekoloji  mədəniyyətin  formalaşması  və 
inkişafında əhalinin geniş iştirakını təmin etmək; 

 
 Regional ekoloji problemlərin həllinə yardım etmək; 

 
Qoruq  ərazisində  elmi  tədqiqat  və  ekoloji  monitorinqin 
aparılması üçün kifayət baza yaradılmalı; 

 
Təhsil  və  maarifləndirmə  proqramlarının  həyata  keçirilməsi 
üçün,  şagirdlərin,  mütəxəssis  və  tələbələrin  profil  üzrə  sahə 
praktikaları üçün ixtisaslaşdırılmış stasionar yaradılmalı; 

 
Ekoloji  maarifləndirmə  (dendrari,  təbiət  muzeyi,  audiovizual 
qurğularla  təmin  edilmiş  mühazirə  zalı)  və  mənəvi  tərbiyə  (əraziyə 
yaxın pirlər və digər müqəddəs yerlər) bazaları təkmilləşdirilməli; 

 
Rezervat  bufer  zonasında  yerləşən  idarə  və  təşkilatlarla  sıx 
əməkdaşlıq etməlidir; 

 
Yerli sakinlərlə münasibət yaradılmalıdır; 

 
Rezervat əməkdaşları Milli Elmlər Akademiyasının və digər elm-
təhsil ocaqlarının mütəxəssisləri ilə sıx əlaqələr saxlamalıdır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə