Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə31/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

 
100 
Hirkan  Biosfer  Rezervatının  ekoloji-maarifləndirmə  fəaliyyətinin 
əsas  məqsədi  geniş  azərbaycan  ictimaiyyətində,  ilk  növbədə  yerli 
icma  arasında  bioloji  və  landşaft  müxtəlifliyinin  qorunması 
məsələsində  rezervatların  əhəmiyyətli  rolunu  aydınlaşdırmaq,  onun 
biosferdə  və  regionun  sosial-iqtisadi  inkişafında  mühüm  rol 
oynadığını  əhaliyə  çatdırmaqdan  ibarətdir.  Bu  hərəkat  biosfer 
rezervatların ölkənin milli sərvətlərinin tərkib hissələrindən biri və çox 
vacibi  olduğunu  ictimaiyyət  tərəfindən  dəstəklənməsinə  rəvac 
verməlidir.  Ekoloji-maarifləndirmə  işlərinin  sistemli  təşkili  aşağıdakı 
məsələlərin həllindən çox asılıdır: 

 
ekoloji-maarifləndirmə  işlərinin  aparılması  zamanı  rezervatda 
olan  elmi,  tarixi  və  digər  arxiv  materialları,  eləcə  də  elm  şöbəsinin 
təcrübə və potensialı əsasında elmi cəhətdən əsaslandırılmış bazanın 
yaradılması; 

 
rezervatın  hər  bir  konkret  regionunda  (kəndində)  əhalinin 
bütün qrupları arasında məqsədyönlü və sistematik işlərin təşkili; 

 
biosfer rezervata gələnlərlə işlərin təşkili; 

 
müxtəlif  tədris  müəssisələri,  müvafiq  dövlət  orqanları  və  yerli 
özünüidarə  təşkilatları,  kütləvi  informasiya  vasitələri  və  bu  sahədə 
maraqlı olan digər qurumlarla sıx əməkdaşlığın həyata keçirilməsi; 

 
uyğun  ixtisaslar  üzrə  peşəkar  mütəxəssislərin  yetişdirilməsinə 
yardım; 

 
ekoloji-maarifləndirici məlumatların və iş təcrübələrinin milli və 
beynəlxalq  miqyasda  mübadiləsini  təmin  edən  vahid  informasiya 
məkanının yaradılmasına çalışmaq; 

 
Biosfer  rezervatın  idarə  olunmasında  ekoloji-maarifləndirmə 
üzrə  direktor  müavini  ştatı  yaradılması  da  vacib  addımlardan  biri 
sayılmalıdır. 
Əhalinin məlumatlandırılması üzrə işlər sahəsində zəruri 
tədbirlər əsasən bunlardır: 

 
geniş  əhali  kütlələri  üçün  nəzərdə  tutulmuş  informasiya 
bülletenlərinin,  qəzetlərin,  yerli  və  regional  nəşriyyatlara  əlavələr 
şəklində müstəqil nəşriyyatların buraxılması; 

 
biosfer  rezervatın  yerli  nəşriyyatda  periodik  rubrikada 
işıqlandırılması; 

 
elektron  KİV  formaları  ilə,  o  cümlədən  radio  və  televiziya 
verilişləri ilə əlaqələr yaratmaq; 


 
101 

 
curnalistlər arasında biosfer rezervatlara həsr edilmiş ən yaxşı 
material  üçün  (məqalələr,  verilişlər,  filmlər  və  s.)  mükafat  uğrunda 
yerli və regional konkurslar elan etmək; 

 
biosfer rezervatın internet saytının açılmasını və informasiya ilə 
təmin olunmasını həyata keçirmək; 
Məktəblilərlə iş fəaliyyəti. Bu istiqamət ekoloji-maarifləndirmə 
üzrə  ən  mühüm  istiqamətlərdən  biridir.  Bu  sahədə  aşağıdakı 
tədbirlərin həyata keçirilməsi vacibdir: 

 
məktəblilər  üçün  xüsusi  ekoloji  düşərgə  və  ekoloji 
ekspedisiyalar,  səyahətlər  təşkil  etmək,  onların  iştirakı  ilə  bioloji 
tədqiqatlar aparmaq; 

 
regionun müəllim heyəti və təhsil sistemi orqanları ilə əlaqələri 
gücləndirmək, birgə proqramlar və tədbirlər həyata keçirmək; 

 
rezervat  nəzdində  uşaq  birlikləri  (dərnəkləri)  yaratmaq  (gənc 
təbiətçi,  gənc  naturalist,  təbiətin  dostları,  baba  təbiət,  məktəbli 
meşəbəyliyi  və  s.),  ərazidə  onların  ekspedisiya  və  praktikaları  üçün 
şərait yaratmaq. 
Biosfer  rezervat  ərazisində  əhali  ilə  həyata  keçiriləcək  digər 
zəruri tədbirlər bunlardır.  
1.  Aşağıdakı  istiqamətlərdəki  fəaliyyətlərin  planlı  surətdə  həyata 
keçirilməsi: 

 
əhalini daim biosfer rezervatın fəaliyyəti,  müvəffəqiyyətləri  və 
problemləri ilə yaxından tanış etmək; 

 
ekoloji mədəniyyətin formalaşmasında bilavasitə iştirak etmək, 
əhalinin  bütün  təbəqələrinə  ətraf  təbii  mühitin  mühafizəsinin 
zəruriliyini izah etmək; 

 
biosfer rezervatın mühafizəsi fəaliyyətində sakinlərin bilavasitə 
iştirakını təmin etmək. 
2.  Biosfer  rezervatın  bilavasitə  yaxınlığındakı  əhalinin  ictimai 
fikrinin monitorinqini keçirmək (anket, sosioloji sorğu və s.); 
3.  Əhalinin  müxtəlif  qruplarının  rezervata  münasibətini 
müəyyənləşdirmək,  regionun  rifahının  yaxşılaşdırılmasında  onun 
vacibliyinin  müxtəlif  təbəqələr  tərəfindən  nə  dərəcədə  dərk 
olunduğunu müəyyənləşdirmək; 
4.  Rezervatın  aktual  problemləri  üzrə  yerli  əhali  ilə  «dəyirmi 
stol»lar keçirmək; 
5.
 
Rezervat  rəhbərliyinin  keçirdiyi  ekoloji  aksiyalarda  və  bayram 
tədbirlərində  yerli  əhalinin  geniş  kütlələrinin  cəlb  edilməsini  təşkil 
etmək; 


 
102 
6.
 
Biosfer  rezervatın  elmi-texniki  şurasına  regional  dövlət  və 
bələdiyyə nümayəndələrinin cəlb edilməsi; 
7.
 
Yerli  əhali  arasında  biosfer  rezervatın  müdafiə  qrupunu 
yaratmaq,  onlara  müəyyən  status  vermək  (Hirkan  Biosfer 
Rezervatının Dostları Cəmiyyəti və s.); 
8.
 
Ekoloji  bayram  günlərində  («Parklar  hərəkatı», «Yer  Günü», 
«Ətraf  Mühit  Günü», «Su  Günü», «Quşlar  Günü», «Qoruq  İşçiləri 
Günü»  və  s.)  qeyri  hökumət  və  digər  təşkilatlarla  birgə  xüsusi 
tədbirlər keçirmək. 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə