Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə29/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

 
94 
sahədə rast gələn endemik, relikt ağacların etiketlərinin yazılmasıdır 
(etiketdə  növlərin  azərbaycanca,  latınca  və  ingiliscə  adları 
yazılmalıdır). Bütün sahə üzrə marşrut – gəzinti cığırların salınmasına, 
hər 100 m-dən bir yüksəklikləri göstərən yazıların olmasına, istirahət 
üçün  yerlərin  ayrılmasına,  təbiət  muzeylərinin,  herbariumun  və 
biosfer  rezervat  kitabxanasının  müasir  səviyyədə  olmasına  çalışmaq 
lazımdır.  Biosfer  rezervatlardakı  elmi  tədqiqat  fəaliyyətinin  təşkili 
üçün  hər  bir  ərazinin  təbii  xüsusiyyətlərinə  və  real  tələbatlara 
əsaslanan  prioritet  istiqamətlər  sistemi  müəyyənləşdirilməlidir.  Elmi 
Tədqiqat  İşləri  (ETİ)  əsasən  üç  tip  tədqiqatları  -  inventarizasiya, 
monitorinq və problem tədqiqatları əhatə etməlidir. 
1.  İnventarizasiya  –  elmi  tədqiqat  işlərinin  əsas  komponenti 
olub onun digər tərkib hissələri üçün zəruri əsasların yaradılmasına, 
biosfer  ərazinin  idarə  olunmasına  və  ekoloji-maarifləndirmə 
fəaliyyətinə  köməklik  göstərir.  Onun  əsas  vəzifəsi  rezervat 
ərazisindəki  təbii  komponentlərin  qiymətləndirilməsindən  ibarətdir. 
İnventarizasiya  işlərinin  nəticələri  lokal,  regional  və  qlobal 
əhəmiyyətə  malik  olur.  İnventarizasiya  işlərinə  biotanın  (flora  və 
fauna),  ekosistemlərin  və  birliklərin,  torpaqların,  landşaftların  və 
onların morfoloji hissələrinin, xüsusi diqqət tələb edən nadir və unikal 
obyektlərin  inventarizasiyası,  eləcə  də  tematik  kartoqrafiya  işləri 
(geobotaniki, torpaqşünas, geomorfoloji və s.) daxildir. 
Zəruri  və  prioritet  xarakterli  inventarizasiya  işləri  aşağıdakı 
fəaliyyətləri əhatə etməlidir: 

 
Ərazidəki  damarlı  bitki  növlərinin,  onurğalı  və  üstünlük  təşkil 
edən onurğasız heyvan növlərinin izahlı siyahısının tərtib edilməsi; 

 
Xüsusi  əhəmiyyət  kəsb  edən  və  ərazidə  yüksək  bioloji 
müxtəlifliyə  malik  olan  bitki  və  heyvan  qruplarının  izahlı  siyahısının 
tərtib edilməsi; 

 
Nadir, unikal və xüsusi diqqət tələb edən canlı və cansız təbiət 
obyektlərinin,  nadir  bitki  və  heyvan  növlərinin  yaşayış  yerlərinin 
kadastrının tərtib edilməsi; 

 
Geobotaniki  və  torpaq  kartoqrafiyası  (meşə  quruluşu, 
pasportlaşma) işlərinin aparılması; 
2.  Monitorinq.  Biosfer  rezervatın  elmi  fəaliyyətinin  «Təbiət 
salnaməsi»  proqramı  çərçivəsindəki  əsas  növlərindən  biridir.  Onun 
əsas  məqsədi  rezervat  ərazisindəki  təbii  komplekslərin  və  onların 
ayrı-ayrı  elementlərinin  vəziyyəti  haqqındakı  operativ  məlumatların 
toplanması,  böyük  zaman  kəsiyində  bu  sistemlərdə  baş  vermiş 


 
95 
dəyişikliklərin  izlənilməsi  üçün  uzunmüddətli  müşahidələrin 
aparılmasından  ibarətdir.  Bu  müşahidələr  təsərrüfat  fəaliyyətinin 
bilavasitə  təsiri  olmadığı  şəraitdə  təbii  mühitdəki  dəyişiklikləri  əks 
etdirir. «Təbiət  salnaməsi»  proqramı  çərçivəsində  zəruri  və  prioritet 
xarakterli monitorinq tədqiqatları aşağıdakı fəaliyyətləri əhatə edir: 

 
biomüxtəlifliyin  və  biotanın  tərkibinin  keyfiyyət  dəyişmələri 
üzərindəki  müşahidələr  (ilk  növbədə  onurğalı  heyvanlar  və  damarlı 
bitkilər üzərində aparılır); 

 
populyasiyaların vəziyyətinin araşdırılması məqsədi ilə aparılan 
müşahidələr: 
-Azərbaycanın  «Qırmızı  Kitabı»na  düşmüş  nadir  bitki  və  heyvan 
növləri üzərindəki müşahidələr;  
-qiymətli  sənaye-ovçuluq  əhəmiyyətli  və  epidemioloji  baxımdan 
maraq kəsb edən heyvan növləri, xüsusi əhəmiyyətli dərman bitkiləri, 
xüsusi sosial əhəmiyyətə malik digər növlər üzərindəki müşahidələr; 
-təbii birliklərin və ekosistemlərin edifikator-növlərinin və sistemin 
vəziyyətini bildirən indikator-növlərinin müşahidələri; 

 
ekosistemin vəziyyəti üzərindəki müşahidələr: 

 
«mühitin sağlamlığı»nın parametrləri üzərindəki müşahidələr; 

 
ekosistemin  vəziyyətinə  təsir  edən  abiotik  obyektlər  və 
hadisələr üzərindəki müşahidələr; 
3.  Problem  tədqiqatları.  Bu  sahədəki  prioritet  tədqiqatların 
əsas istiqaməti aşağıdakılardır: 

 
monitorinq metodlarının hazırlanması və təkmilləşdirilməsi; 

 
təbii  mühitin  normalarının  və  təbii  kompleksə  olan  təsirlərin 
zərərsiz həddinin müəyyənləşdirilməsi; 

 
təbii komplekslərin dinamikasındakı zərərli halların səbəblərinin 
araşdırılması,  onların  nəticələrinin,  eləcə  də  biosfer  rezervatın  təbii 
komplekslərinə 
mümkün 
zərərli 
təsirlərin 
nəticələrinin 
proqnozlaşdırılması; 

 
təbii  komplekslərin  və  obyektlərin  mühafizəsi  tədbirlərinin 
hazırlanması  və  təkmilləşdirilməsi,  pozulmuş  təbii  komplekslərin 
bərpası  yollarının  işlənib  hazırlanması,  nadir  bitki  və  heyvan 
növlərinin say tərkibinin stabilləşdirilməsi; 

 
nəsli  kəsilmək  təhlükəsi  altında  olan,  nadir  bitki  və  heyvan 
növlərinin,  populyasiyaların,  birliklərin  və  ekosistemlərin  ekoloji 
tədqiqatlarının aparılması; 

 
ekoloji maarifləndirmənin həyata keçirilməsi. 


 
96 
İnformasiyaların 
toplanması 
və 
elmi-tədqiqat 
işlərinin 
sistemləşdirilmiş  şəkildə  aparılması,  ölkə  ərazisinin  digər  xüsusi 
mühafizə  olunan  təbiət  əraziləri  ilə  əlaqələndirilməsi  üçün  aşağıdakı 
zəruri tədbirlər həyata keçirilməlidir: 

 
monitorinq  strukturunun  inventarizasiyasının  aparılması 
(obyektlər,  metodlar,  tədqiq  olunacaq  parametrlər,  model  sahələr, 
marşrutlar,  müşahidə  recimi  və  s.),  mövcud  strukturun  baza 
prinsiplərinə  uyğunluğunun  yoxlanılması,  bu  prinsiplər  pozulduqda 
vahid sistemə əsaslanmış təkliflərin hazırlanması; 

 
elmi-tədqiqat  işlərinin  prioritet  istiqamətlərinin  müəyyən-
ləşdirilməsi. 
 Toplanmış  informasiyaların  effektiv  mühafizə  sisteminin 
təşkili.  Elmi-tədqiqat  işləri  zamanı  rezervat  ərazisində  əldə  edilmiş 
informasiyaların  qorunması  və  saxlanılmasını,  lazım  gəldikdə  əldə 
etmək və yararlanmaq imkanlarını təmin etmək məqsədi ilə aşağıdakı 
tədbirlərin görülməsi vacibdir: 

 
biosfer rezervat ərazisinə aid olan bütün nəşr edilmiş işlərin və 
aparılmış  tədqiqatların  tam  biblioqrafiyasının  təşkili  və  elektron 
biblioqrafik materiallar bazasının hazırlanması; 

 
rezervat  ərazisinə  aid  olan  bütün  verilənlər  massivinin,  elmi 
hesabatların, kartoqrafik materialların və s., eləcə də digər təşkilatlar 
və  fiziki  şəxslər  tərəfindən  aparılmış  tədqiqat  hesabatlarının 
inventarizasiyasının aparılması; 

 
elektron metabazasının – əldə olunmuş bütün informasiyaların 
kataloqunun yaradılması; 

 
bütün  hesabatların,  xəritələrin,  əl  yazmalarının, «təbiət 
salnaməsi» 
cildlərinin, 
kartoqrafik 
sənədlərin, 
foto- 
və 
videomaterialların  tədricən  elektron  (rəqəmli)  versiyalarına  keçidinin 
həyata keçirilməsi; 

 
monitorinq  və  inventarizasiya  nəticələrinin  saxlanılması  üçün 
vahid  standartlar  əsasında 
elektron  verilənlər  bazası  sisteminin 
yaradılması; 

 
arxiv  və  kolleksiya  materiallarının,  herbarilərin  etibarlı 
saxlanılmasının təmin edilməsi; 
Biosfer 
rezervat 
ərazisində 
əldə 
edilmiş 
elmi 
informasiyaların 
effektiv 
istifadəsi. 
Rezervatın 
elmi 
məhsullarının əsas istehlakçısı məhz rezervatın özü olmalıdır. İndi isə 
elmi-tədqiqat işlərinin rezervat üçün əhəmiyyətini açıqlayaq. Ərazidə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə