Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

 
80 
Rekreasiya  –  insanların  yaşadıqları  şəraitdən  kənarda,  təbiət 
qoynunda  öz  güc  və  sağlamlıqlarını  bərpa  etməsi  prosesidir. 
Rekreasiya təşkil olunmuş, təşkil olunmamış və stasionar formalarda 
olaraq  istənilən  halda  ətraf  təbii  mühitə  mənfi  təsir  göstərir.  Digər 
tərəfdən  əhalinin  sağlamlığı  təmin  olunmazsa  davamlı  inkişafın 
mümkün  olmadığından  rekreasiya  insan  sağlamlığı  üçün  çox 
zəruridir.  Hirkan  biosfer  rezervatının  əsas  hissəsi  meşə  sahələri 
olduğundan təbiətdən istifadənin rekreasiya forması buradakı ümumi 
rekreasiyanın əsasını təşkil edir.  
Xalqımız  çox  qədim  rekreasiya  mədəniyyətinə,  zəngin  istirahət 
ənənələri tarixinə malikdir. Əbdürrəşid əl-Bakuvi «Təlxis əl-əsər»inin 
V  iqlimində  (XVII  punkt)  qeyd  edir  ki,  hələ  XV  əsrin  əvvəllərində 
«Bakı  sakinlərinin  bağları  şəhərdən  kənarda  yerləşir  və  şəhər 
sakinlərinin əksəriyyəti oraya yay mövsümündə gedərək müəyyən bir 
müddətdə orada yaşayır, sonra yenidən şəhərə qayıdırlar. Onlar hər il 
belə  edirlər».  Həmin  əsərin  XXV  bölməsində  Gəncə  (Canza) 
sakinlərinin  də  yay  mövsümündə  şəhərdən  kənarda  yerləşən  ətirli 
otlar, bağlar və su çeşmələri ilə zəngin olan Xarak (Harak) ərazisində 
istirahət etdiklərini bildirir. 
Meşələrdən  istifadənin  rekreasiya  forması  zamanı  adətən  ekoloji 
normativlər  tətbiq  edilir.  Meşələr  üçün 
rekreasiya  təzyiqinin 
zərərsiz həddi (rekreasiyanın zərərsiz həddi) aşağıdakı düstur 
vasitəsi ilə təyin edilir: 
 
N
TZH
 = S/ M ∙ 
 
Burada, 
S – ərazinin parametri (sahəsi, yaxud cığırın uzunluğu); 
M – vahid zamandakı (birdəfəlik) gələn insanların sayı; 
k–  vahid  andakı  təzyiqin  limit  qiyməti  olub  0.1  –  1  intervalında 
dəyişir. 
 
Rekreasiya  təzyiqinin  qiyməti  zərərsiz  hədd  normasını  aşdıqda 
ərazidə rekreasiya suksessiyası hadisəsi baş verir. Bu rekreasiya təsiri 
nəticəsində  baş  vermiş  ekoloji  suksessiyadır.  Nəticədə  ot  örtüyü 
pozulur,  yeni  cücərtilər  və  yeniyetmələr  məhv  olur,  torpaq  sıradan 
çıxır, meşəaltı döşənək itir. Ağacların radial inkişafı azalır, kök sistemi 


 
81 
xəstəlikləri  artaraq  onların  qurumasına  səbəb  olur.  Nəticədə  meşə 
quşlarının yerini insan müşayiətçisi olan quşlar (qarğa, sərçə) tutur. 
Meşədə qalanmış adi tonqal həmin yerin 5-7 il müddətində tamamilə 
sıradan çıxmasına səbəb olur. Səs-küy quşları və məməli heyvanları 
hürküdərək  onların  normal  həyatı  və  çoxalmasında  problemlər 
yaradır.  Budaqların  qırılması,  ağac  gövdələrindəki  yazılar  və  digər 
mexaniki  zədələnmələr  ağacların  ziyanverici  həşəratlar  tərəfindən 
müxtəlif xəstəliklərə yoluxmasına səbəb olur. 
Rekreasiya təzyiqləri üç qrupa bölünür:  

 
təhlükəsiz  rekreasiya  təzyiqi  (buraya  aşağı  və  zərərsiz 
təhlükəsizlik həddi daxildir); 

 
təhlükəli rekreasiya təzyiqi; 

 
kritik rekreasiya təzyiqi (rekreasiya təzyiqinin böhran həddi); 

 
katastrofik rekreasiya təzyiqi. 
Təhlükəsiz  rekreasiya  təzyiqi  təzyiqin  elə  həddidir  ki,  bu  zaman 
təbii  komplekslərdə  dönməz  proseslər  baş  vermir  və  sistem  öz 
əvvəlki  vəziyyətinə  qayıdaraq  özünü  bərpa  edir.  Belə  təzyiqlər  təbii 
komplekslərin  diqressiyanın  II  və  III  stadiyasına  keçməsinə  səbəb 
olur. II stadiyaya uyğun olan təzyiqi şərti olaraq «aşağı» rekreasiya 
təzyiqi  adlandırırlar.  Belə  vəziyyətlər  zamanı  sistemin  yüklənmə 
qabiliyyəti  və  bərpaolma  qüvvəsi  hələ  yüksək  olur.  Rekreasiya 
təzyiqinin zərərsiz həddinə yaxınlaşması təbii sistemi diqressiyanın III 
stadiyasına  keçirir.  Əgər  təbii  kompleks  diqressiyanın  III 
stadiyasından  IV  stadiyayasına  keçirsə,  başqa  sözlə  desək  tarazlıq 
həddini  adlayırsa  rekreasiya  təzyiqinin  bu  haldakı  qiyməti  təhlükəli 
hədd  hesab  edilir.  Kritik  təzyiq  fitosenozun  diqressiyasının  IV 
stadiyasına  uyğundur.  Katastrofik  təzyiq  təbii  kompleksin 
diqressiyanın  V  stadiyasına  keçməsinə  səbəb  olur.  Bu  zaman  təbii 
kompleksin  komponentləri  və  onların  tərkib  hissələri  arasındakı 
əlaqələr pozulur.  
Meşə  rekreasiyası  ilə  bağlı  bir  sıra  terminlərin  izahına  ehtiyac 
duyulduğundan onlara qısa nəzər salaq: 
Meşə rekreasiyası – insanların sosial-mədəni, turizm və idman-
sağlamlıq  məqsədləri  ilə  meşə  ilə  örtülü  torpaq  sahələrində 
iştirakından  ibarətdir.  Meşə  rekreasiyası  əsasən  aşağıdakı  növlərə 
bölünür: 
Kempinq  meşə  rekreasiyası  – 
meşəlik  ərazilərdə,  xüsusi 


 
82 
quraşdırılmış  komplekslərdə  insanların  gecələmək  şərti  ilə  bir  neçə 
günlük  müddətində  istirahət,  fiziki  inkişaf,  əyləncə  məqsədi  ilə 
qalması; 
Gündəlik  meşə  rekreasiyası  –  insanların  meşəlik  ərazilərdə 
gecələməmək  şərti  ilə  istirahət,  fiziki  inkişaf,  əyləncə  məqsədi  ilə
 
qalması;  
Kütləvi-idman  tədbirləri  –  insanların  meşə  ərazilərində 
gecələməmək  şərti  ilə  yarış,  idman  ovçuluğu,  balıq  tutma  da  daxil 
olmaqla  fiziki  məşğələlərin  müxtəlif  kompleksləri  üzrə  təlim-məşq 
tapşırıqlarının həyata keçirilməsi məqsədi ilə qısamüddətli qalmasıdır.  
Meşə  turizmi  –  meşə  ərazilərində  müəyyənləşdirilmiş  marşrutlar 
üzrə,  istirahət,  fiziki  inkişaf,  öyrənmə,  turist  normativlərini  yerinə 
yetirmək  məqsədi  ilə  insan  qruplarının  gecələmək  şərti  ilə  bir  neçə 
günlük səyahətidir;  
Meşə  ekskursiyaları  –  insanların  meşə  ərazilərindəki  görməli 
yerlərə təlim, öyrənmə və istirahət məqsədi ilə gecələməmək şərti ilə 
qısamüddətli səyahətidir. 
 Rekreasiya  təzyiqini  müəyyənləşdirmək  məqsədi  ilə  bəzən  əlavə 
göstəricilərdən istifadə edilir: 
Rekreasiya  sıxlığı  -  müəyyən  zaman  müddətində  vahid  ərazidə 
müəyyən meşə rekreasiyası növü iştirakçılarının birdəfəlik sayı; 
Rekreasiya iştirakı – meşə rekreasiyası iştirakçılarının vahid zaman 
və vahid ərazidəki ümumi sayı; 
Rekreasiya  intensivliyi  -  müşahidə  dövrü  zamanı  vahid  ərazidəki 
rekreasiya növü üzrə ümumi vaxt. 
Rekreasiya  təzyiqinin  zərərsiz  həddi  –  biogeosenozun  həyat 
qabiliyyətini tam şəkildə saxlaya bildiyi maksimal rekreasiya təzyiqi. 
Rekreasiya  diqressiyasının  stadiyası 
–  rekreasiya  təzyiqi 
nəticəsindəki biogeosenozda baş vermiş dəyişmələrin mərhələləri; 
Rekreasiya  diqressiyaları  şərti  olaraq  5  stadiyaya  bölünür.  Bu 
stadiyalar aşağıdakı cədvəldə verilmişdir: 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə