Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

 
66 
Trakakantlığa  nisbətən  çox  olur.  Trakakantlığın  birinci  edifikatoru 
Astragalus  aureus,  A.  lagurus,  A.  picnophullus,  A.  strictiformis  və 
kolcuqlardan  buynuzlu  xaşa  — 
Onobrychis  cornuta-dır.  Çoxillik  taxıl 
bitkilərindən  isə 
Stipa  szovitsiana  formasiyanın  bozqır,  çəmən  və 
bozqırlaşmış  çəmənlər  təşkil  etməklə,  layihə  örtüyü  40-60%,  flora 
tərkibi  67-70  növ  daxilindədir.  Taxıl  bitkilərindən 
Stipa  szowitsiana, 
Festuca  sulcata,  Bromus  tectorum,  B.  squarrosa,  sudduyənlərdən  – 
Euphorbia  marschalliana,  Cousinia  (3  növü),  Nepeta,  Lactuca, 
Teucrium,  Scutellaria,  Cirsium,  Phlomis,  Ziziphora,  Verbascum, 
Gypsophylla  və  bir  çox  başqa  cinslərin  bir,  iki  və  üç  növünə  rast 
gəlinir.  Bu  senozda  təxminən  82  növ  bitki  qeydə  alınmışdır. 
Tərkibində çim əmələ gətirən növlər – Akantolimon formasiyasında 2 
növdən 
Acantholimon  hohenackeri  və  A.  Sp.  növlərinin  bolluğu  ilə 
formalaşaraq  layihə  örtüyünün  68-80%-ə  çatır.  Zəngin  floraya 
malikdir.  Burada  tək 
Cousiniya-nın  (3  növü),  Cirsium-un  (2  növü), 
Achillea-nın  (2  növü),  Plantago-nun  (2  növü)  senozda  çim  əmələ 
gətirən  taxıllardan  – 
Festuca  sulcata,  Stipa  (2  növ),  Poa  pratensis, 
Phleum  phleoides,  Astagalus  aureus  və  Cuniperus  oblonga  cəmi  97 
növ  bitki  rast  gəldiyi  qeydə  alınmışdır.  Qeyd  etməliyik  ki,  Hirkan 
biosfer  rezervatının  dağ-kserofit  bitkiliyinin  yaxın  Naxçıvan  və  İran 
dağ-kserofit  bitkiliyi  ilə  çox  yaxınlığı  vardır.  Yalnız  bu  yaxınlıq 
haqqında  onu  demək  olar  ki,  Hirkanda  floranın  əksər  növləri 
uzunboylu və yalnız Hirkana xas olan bitkilərdir.  
  


 
67 
VI BÖLMƏ 
 
Bozqırlıq, çəmənlik və bozqırlaşmış çəmənlər 
 
 
Ərazinin orta və yuxarı dağ qurşaqlarında, yəni meşəsiz sahələrdə 
və  yaxud  cənubda  olan  meşə  talalarında  bozqırlar  və  bozqırlaşmış 
çəmənlər  ləkə-ləkə  geniş  olmayan  sahələrdə  müxtəlif  tərkiblərdə  və 
müxtəlif  bioekoloji  sahələrdə  formalaşmış  quruluşda,  çəmənlər  isə 
dəniz  kənarı  sahələrdə,  meşə  talalarının  şimal  yamaclarında  böyük 
olmayan sahələrdə formalaşmışdır.  
 
 
 
 
 
 
 
 
 Cədvəl 12 
 
Bozqırlarda yalnız 
kserofit bitkilər 
formalaşmışdır 
Bozqırlaşmış 
çəmənlərdə mezo-
kserofit bitkilər 
formalaşmışdır 
Çəmənlərdə 
mezofil təməlli 
bitkilər 



Festuca sulcata L. 
Festuca sulcata L. 
Poa pratensis L. 
Koeleria caucasica Dom.  Koeleria caucasica 
Dom. 
Betonica grandiflora 
W. 
Phleum phleoides Simk.  Vicia dasycarpa Ten.  Dactylis glomerata L. 
Thymus trautvetteri 
Klok. 
Achillea setacea W.  Alopecurus pratensis 
L. 
Achillea setacea W. 
Cynodon dactylon 
Pers. 
Carex verna Chaix. 
Onobrychis cornuta 
Desv. 
Zerna variegata 
Nevski.  
Trifolium pratense L. 
Carex divisa Huds. 
Lolium rigidum Gand.  Galium verum L.  
Astragalus lagurus W. 
Carex silvatica Huds.  Rumex confertus  
Agrostis capillaris Boiss.  Astragalus aureus W.  Coronilla varia L. 
Teucrium chamaedrys L.  Teucrium polium L.  Plantago minor 
Poa bulbosa L. 
Cirsium arvense (L.) 
Scop. 
Phlomis caucasica 
Bromus arvensis L. 
Plantago saxatilis 
Bieb. 
Thymus trautvetteri 
Klok. 


 
68 



Onobrychis cyri Grossh.  Centaurea ovina L.  Trifolium pratense 
Carex diluta Bieb. 
Lotus ciliatus  
Hordeum crinitum 
Dactylis glomerata L. 
Stachys lanata 
Crantz. 
Cartamus lanatus L. 
Verbascum puramidatum 
Bieb.  
Belonica grandiflora 
W. 
Achillea setaceae W. 
Stipa szowitsiana Trin.  Leontodon hispidus  Aster alpinus L. 
Astragalus strictifoliys 
Boiss. 
Trifolium repens 
Papaver talyschense 
Grossh. 
 
Aster alpinus L. 
Cirsium arvense (L.) 
Scop. 
  
 
Hirkan ərazisinin meşəliyində, meşə talalarında və meşənin yuxarı 
qurtaracaq  sahələrində  mal-qara  üçün  çox  qiymətli  yem  bitkiləri, 
dərman,  efiryağlı,  rəng  verən,  vitamin  tərkibli,  dekorativ  bitkilər 
çoxdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
69 
VII BÖLMƏ 
 
Ərazinin təbiət abidələri 
 
Təbiət  abidələri  öz  xüsusiyyətlərinə,  vəzifə  və  funksiyalarına 
görə xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddirlər. Azərbaycan 
Respublikasının «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri 
haqqında»  Qanununda  bildirilir  ki,  xüsusi  mühafizə  olunan  təbiət 
əraziləri  və  obyektləri  Azərbaycan  Respublikasının  milli  sərvətidir  və 
xüsusi  ekoloji,  elmi,  mədəni  və  estetik  dəyərə  malikdir 
(Azərbaycan 
Respublikasının  ətraf  mühitə  dair  qanunvericilik  toplusu, 2002). 
Başqa  sözlə,  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  obyektləri  - 
elmi,  mədəni,  estetik  və  sağlamlaşdırma  dəyəri  olan,  nadir,  nəsli 
kəsilmək təhlükəsi qarşısında olan, səciyyəvi, xüsusi mühafizə recimli, 
zooloji  botanik,  dendroloji,  hidroloji,  geoloji,  geomorfoloji, 
hidrogeoloji, meşə, landşaft və torpaq obyektləridir. 
Təbiət  abidələri  öz  xarakterinə  görə  canlı  (bioloji)  və  cansız  
(geoloji, paleontoloji)  təbiət abidələri kimi iki  növə ayrılırlar. Təbiət 
abidələri xüsusi mühafizə recimi tətbiq edilmiş unikal,  əvəzolunmaz, 
elmi, ekoloji, mədəni və estetik mənada yüksək dəyərə malik təbiət 
kompleksləri, təbii və süni mənşəli obyektlərdirlər. Hər hansı bir quru 
və  su  tutarı  sahəsi,  eləcə  də  tək  bir  obyekt  də  təbiət  abidəsi  elan 
oluna bilər. Aşağıda təbiət abidələrinə misallar göstərilmişdir: 

 
Mənzərəli  ərazilərin  bir  hissəsi  və  ya  toxunulmamış  təbiət 
əraziləri; 

 
Mədəni landşaftın üstünlük təşkil etdiyi ərazilər (qədim parklar, 
xiyabanlar və s.); 

 
Relikt,  azsaylı,  nadir  və  nəsli  kəsilmək  təhlükəsi  altında  olan 
bitki və heyvanlar və onların məskunlaşdığı ərazilər; 

 
Öz  xarakterinə  görə  xüsusilə  qiymətli  sayılan  meşə  massivləri 
və meşə əraziləri; 

 
Unikal  relyef  formaları  və  təbiət  landşaftları  (dağlar,  dərələr, 
mağaralar,  qum  təpələri,  barxanlar,  stratotipik  kəsiklər,  geoloji 
qırışlar və s.); 

 
Nadir  və  xüsusi  əhəmiyyətli  paleontoloji  obyektlərin yerləşdiyi 
ərazilər; 

 
Çay, göl, su-bataqlıq kompleksləri, su ambarları əraziləri,  kiçik 
çaylar və su hövzələri; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə