Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

 
74 
9.
 
İqtisadi  effektivlik  və  ərazinin  sosial-iqtisadi  inkişafının 
təminatı; 
10.
 
Regionun davamlı inkişafına kömək. 
Turizm  sahəsindəki  davamlılıq  deyəndə  ilk  öncə  turizmin  ekoloji, 
sosial-mədəni və iqtisadi təsirlərinin ümumi müsbət balansı nəzərdə 
tutulur.  Başqa  sözlə  desək,  davamlı  turizm  iqtisadi  və  sosial  inkişaf 
baxımından  ən  yüksək  müsbət  effektlərin  cəminə  malik  olan  turizm 
fəaliyyəti  növləridir.  Davamlı  turizm  –  resursların  qeyri  məhdud 
zaman  intervalında  istifadəsini  nəzərdə  tutan  turizm  növüdür.  Ətraf 
təbii  mühitin  mühafizəsi  baxımından  davamlı  turizm  prinsipləri 
aşağıdakılardır: 

 
təbii sərvətlərin davamlı və rasional istifadəsi; 

 
ifrat istehlakın və tullantıların azaldılması; 

 
dəqiq  planlaşdırma,  kompleks  yanaşma  və  ekoturizmin 
regional inkişafla inteqrasiyası; 

 
yerli iqtisadiyyata kömək; 

 
yerli əhalinin turizmin inkişafında, bu fəaliyyətdən yaranan maliyyə 
və digər üstünlüklərin əldə edilməsini təmin etmək; 

 
bu işdə maraqlı tərəflər arasında və ictimaiyyətlə məsləhətlərin 
aparılması; 

 
turizm marketinqinin aparılması. 
 
Ekoturizm və onun növlərinə gəldikdə isə onu demək lazımdır 
ki,  çox  vaxt  ekoturizm  digər  turizm  növləri  ilə  səhv  salınır.  Müasir 
şəraitdə turizmin bir sıra növləri mövcuddur 
Təbiət  turizmi  (nature  tourism,  nature-based  or  nature 
oriented tourizm) - təbii resursların istifadəsindən (landşaft, relyef, 
su, bitki örtüyü və yabanı heyvanlar və s.) asılı olan istənilən turizm 
növüdür.  Burada  ekoloji  turizmdən  fərqli  olaraq  ancaq  turistlərin 
motivasiyası  və  fəaliyyət  xarakteri  əsas  rol  oynayır  və  səyahətlərin 
ekoloji,  mədəni  və  iqtisadi  təsirləri  nəzərdən  qaçır.  Ekoturizm 
kompleks  xarakterli  konsepsiya  olub  təbii  sərvətlərin  rasional 
istifadəsini,  bioloji  müxtəlifliyin  gələcək  nəsillər  üçün  qorunub 
saxlanılmasını,  turist  fəaliyyətinin  planlı  surətdə  həyata  keçirilməsini 
və  idarə  olunmasını  nəzərdə  tutur,  turistlərin  maraqlarından  əlavə 
cəmiyyətin  ümumi  maraqlarına  da  diqqət  yetirir.  Yerli  əhali  ilə 
münasibətlərin  qurulması  və  ərazidə  əlverişli  iqtisadi  şəraitin 
yaradılmasına  kömək  ekoturizmin  ayrılmaz  hissəsidir. «Ənənəvi» 
turlar  təklif  edən  birincilərin  ekoloji  turoperatorlardan  fərqi  ondan 
ibarətdir  ki,  onlar  öz  öhdəliklərinə  təbiəti  mühafizə  və  ya  təbiət 


 
75 
ərazilərinin  idarə  olunması  məsələlərini  götürməyərək  müştərilərə 
ancaq  nadir  yerlərə  səfərlər  etmək  və  yerli  əhalinin  mədəniyyəti  ilə 
tanış olmağı təklif edirlər. İkincilər isə mühafizə olunan təbiət əraziləri 
və  yerli  əhali  ilə  tərəfdaşlıq  münasibətləri  yaradır,  biznesin  təbiətin 
mühafizəsinə  və  yerli  əhalinin  rifahının  yüksəlməsinə  real  zəmin 
yaratmasına  çalışırlar.  Ekoturizm  -  turistlər  ilə  yerli  əhali  arasında 
qarşılıqlı  anlaşmanın  yaranmasına  çalışır.  Bəzən  təbiət  turizminin 
forması  kimi 
bioturizm  (w ildlife  tourizm)  və  yabanı  təbiətə 
səyahət (w ilderness travel)  formaları  təklif  edilir. Burada  turizm 
obyekti  canlı  təbiətin  istənilən  forması  ola  bilər.  Bəzən  ekoturizm 
macəra  turizmi  (adventure  tourizm)  ilə  də  uzlaşdırılır.  Lakin 
istənilən  macəra  turları  ekoloji  turizm  kriteriyalarına  uyğun  gəlmir 
(xüsusilə  təbii  ehtiyatlardan  davamlı  istifadə  konsepsiyası 
baxımından).  Məsələn,  ov  qəniməti  kimi  vurulmuş  heyvanlar,  nəyin 
bahasına olursa-olsun  idman  nəticələri əldə  etmək məqsədi  daşıyan 
(canlı  ağacların  kəsilərək  onlardan  salların  hazırlanması)  idman 
xarakterli  və  safari  turlar  daha  çox  antiekoloji  xarakter  daşıyır.  Hal-
hazırda ABŞ və bir sıra Qərbi Avropa ölkələrində 
yaşıl kənd turizmi 
və  ya  aqroturizm  (agrotourizm)  –  kənd  ərazilərində  istirahət 
(kəndlərdə,  rahat  kənd  evlərində)  çox  geniş  yayılmışdır.  Turistlər 
müəyyən müddət ərzində təbiət qoynunda kənd həyat tərzini yaşayır, 
milli xalq mədəniyyətinin və incəsənətinin dəyərləri ilə, milli mahnı və 
rəqslərlə,  yerli  adət-ənənələrlə  tanış  olur,  ənənəvi  kənd  əməyində, 
xalq  bayramlarında  və  festivallarda  iştirak  edirlər. 
Yaşıl  turizm 
(green tourizm) turist sənayesinə ekoloji metod və texnologiyaların 
tətbiq  edilməsi  məqsədini  güdür.  Alman  dilli  ölkələrdə  «ekoloji»  və 
«yaşıl»  sözönləri  praktiki  olaraq  işlənməyərək  əsasən  «incə  turizm» 
və  ya  «ekoloji-sosial  cavabdehli  turizm»  kimi  anlayışlara  daha  çox 
üstünlük  verilir. «İncə  turizm»  və  «sərt  turizm»  formalarının  fərqli 
cəhətləri aşağıdakılardır. 


 
76 
 
Cədvəl 13 
 
«Sərt turizm» 
«İncə turizm»  
Kütləvilik 
Fərdi, kiçik qruplar şəklində və 
ailəvi turlar 
Qısamüddətli səfərlər 
Uzunmüddətli səfərlər 
Sürətli hərəkət vasitələri 
Asta və mülayim sürətli hərəkət 
vasitələri 
Əvvəlcədən razılaşdırılmış proqram Spontan tədbirlər 
«Xarici» motvasiya  
«Daxili» motivasiya 
Gətirmə həyat tərzi 
Yerli ərazinin mədəniyyətinə 
uyğunlaşdırılmış həyat tərzi 
«Görməli yerlər» 
«Təəssüratlar» 
Komfort və passivlik 
Aktivlik və tərzlər müxtəlifliyi  
Turist özünü «qulluq xidmətinə 
malik sahib» statusunda hiss edir 
Turist təbiət haqqında yeni biliklər 
və yeni mədəniyyət ilə tanış olur 
Əsas ticarət istehlak (istifadə) və 
standart xarakter daşıyır 
Əsas ticarət xatirə xarakteri daşıyır 
Səfərdən sonra xatirə olaraq 
ancaq standart suvenirlər qalır 
Səfərdən yeni biliklər, təəssüratlar, 
xatirə və emosiyalar qalır 
Turist görməli yerlərin açıqçalarını 
əldə edir 
Səyahətçi naturdan çəkir yaxud 
fotosurət alır 
Səs-küy, şou xarakteri daşıyır 
Mülayim, ahəstə tonlu xarakter 
daşıyır 
 
Dünya  Ticarət  Təşkilatı  (WTO)  və  Turizm  üzrə  Beynəlxalq 
Təşkilatın (WTTC) birgə rəyinə görə «davamlı turizm həm turistlərin, 
həm də ərazidəki yerli əhalinin maraqlarına cavab verir, sonuncuların 
gələcək inkişafına zəmin yaradır. Resurslar iqtisadi, sosial və estetik 
tələbatların birgə ödənilməsi şərtləri ilə istifadə edilir. Bu zaman nadir 
mədəni xüsusiyyətlər, mühüm ekoloji özəlliklər, bioloji müxtəliflik və 
həyati vacib sistemlərin mühafizəsi birgə təmin edilir».  
Ektorurizmin  növləri.  Ekoloji  və  onunla  bilavasitə  bağlı  turizm 
növləri  uzunmüddətli  elmi  ekspedisiyalardan  tutmuş  təbiət 
qoynundakı  qısamüddətli  istirahət  növünədək  çox  geniş  fəaliyyət 
spektrinə malikdir. Ümumiləşdirilmiş halda onlar şərti olaraq müxtəlif 
meyarlar  əsasında  (səyahətçi  qruplaşmalarına,  əsas  səyahət 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə