Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

 
70 

 
Müxtəlif  sahil  obyektləri  (körfəzlər,  buxtalar,  yarımadalar, 
laqunlar); 

 
Canlı  və  cansız  təbiətin  ayrıca  elementləri  (quşların  yuvalama 
yerləri,  qocaman  tarixi-memorial  əhəmiyyətli  ağaclar,  qəribə  formalı 
bitkilər, tək-tək qalmış ekzot və relikt nümunələr, vulkanlar, təpələr, 
buzlaqlar,  qayalar  və  qaya  parçaları,  şəlalələr,  qeyzerlər,  termal  və 
mineral  sular,  müalicəvi  palçıq  mədənləri,  bulaqlar,  çay  mənbələri, 
yarğanlar, mağaralar, zağalar, kahalar və s.). 
Özünün  unikallığından,  ekoloji,  elmi  və  digər  dəyərlərindən  asılı 
olaraq   təbiət abidələri dünya, dövlət və regional əhəmiyyətli xüsusi 
mühafizə  olunan  təbiət  əraziləri  sırasına  aid  edilə  bilər.  Bəşəri 
əhəmiyyətli təbiət abidələri YUNESKO-nun Bəşəri İrsi Siyahısına daxil 
edilir.  Hal-hazırda  bu  Siyahıya  dünyanın  189  dövlətinin  128  təbiət, 
480 mədəni və 22 təbiət-mədəni abidələri daxid edilmişdir. 
Hirkan  Biosfer  Rezervatı  ərazisi  ölkəmizin  zəngin  və  nadir  təbiət 
abidələrinə  malik  ərazilərindəndir.  Bu  ərazidə  yüzdən  çox  təbiət  və 
mədəni  abidələr  mövcuddur.  Bu  mövzu  monoqrafiyanın  əsas 
mövzusu  olmadığından  biz  sadəcə  bu  abidələrin  bəzilərinin  adlarını 
çəkəcəyik.  Qeyd  etmək  lazımdır  ki,  bu  abidələrin  xeyli  hissəsinin 
qayğıya ehtiyacı vardır. 
Ən  zəngin  meşəlik  təbiət  abidələrindən  Astara  rayonu  Züngüləş 
kəndi  ərazisindəki  «Quru  Nəbi» («Nəbinin  goru»)  pirini  göstərmək 
olar.  Təxminən  1  ha  ərazi  tutan,  əsasən  azat,  dəmirağac,  vələs  və 
şümşad ağaclarından ibarət olan bu yer əsrarəngiz və yüksək estetik 
təsir  bağışlayır.  Digər  təbiət  abidəsi  sıx  şümşadlıqdan  ibarət  olan 
«Düryə Piri»dir. Lerik rayonu ərazisindəki müqəddəs sayılan meşəlik 
ərazilərdən  «Baba  Gil»  türbəsini  göstərmək  olar.  Mövzudan  kənara 
çıxaraq onu da qeyd etmək istəyirik ki, Lənkəran rayonu, Şıxəkəran 
kəndində  «Şeyx  Zahid  Türbəsi»  yerləşir.  Tarixi  mənbələrə  əsasən 
dövrünün  zəngin  elmi  biliklərinə  yiyələnmiş  bu  şəxs  «Səfəvilər» 
sülaləsinin  və  «qızılbaş-səfəviyyə  dərviş  ordeni»nin  banisi  Şeyx 
Səfiəddin İshaq Ərdəbilinin müəllimi və qaynatası olmuşdur. 
Aşağıdakı  cədvəldə  bu  ərazilərdəki  bəzi  qocaman  ağacların 
dendroloji parametrlərini veririk (ölçmələr 2004-cü ilin hesablamaları 
əsasında tərtib edilmişdir): 


 
71 
 
 
№ 
 
Obyektin adı 
S
ayı
 
 
Məkanı 
Parametrləri 
D
ia
me
tr
i, 
sm
 
H
ünd
ür
lüy
ü

m
 
Y
aşı
, i

1. 
Platanus orientalis L. 
8  Lənkəran ş. 
162 
40  280 
2. 
Castanea satvia Mil. 
1  Lənkəran ş. 
107 
36  180 
3. 
Acer hyrcanum Fisch.  6  Lənkəran ş. 
96 
32  230 
4. 
Cuglans nigra L. 
1  Lənkəran ş. 
70 
35  230 
5.  Zelkowa hyrcana 
A.Grossh. 
2  Lənkəran r.,  
Xolmili k. 
229 
28  430 
6.  Quercus castaneifolia 
C.A.Mey. 
1  Hirkan Milli  
Parkı 
235 
35  400 
7. 
Platanus orientalis L. 
1  Lerik r.,  
Nısomuya çayı 
565 
25  800 
8.  Zelkowa hyrcana 
A.Grossh. 
1  Lerik r., Vistən k.  151 
20  250 
9. 
Acer hyrcanum Fisch.  1  Lerik r., Vistən k. 
meşə ərazisi 
226 
40  400 
 
 


 
72 
 
 
 
 
 
III HİSSƏ 
 
HİRKAN BİOSFER REZERVATI ÜZRƏ  
FƏALİYYƏTİN GƏLƏCƏK İSTİQAMƏTLƏRİ  
HAQQINDA 
 
 
 
 
 
 
 
I Bölmə. Ekoloji turizm, rekreasiya və turizm 
potensialından davamlı istifadə 
 
II Bölmə. Biosfer Rezervat ərazisindəki təbiət 
komplekslərinin və abidələrinin 
mühafizəsinin təşkili 
 
III Bölmə. Elmi-tədqiqat fəaliyyəti 
 
IV Bölmə. Ekoloji-maarifləndirmə fəaliyyətinin və yerli 
əhali ilə işin təşkili 
 
V Bölmə. Ekoloji-ekskursiya fəaliyyəti və öyrədici 
turizm formasının tətbiqi və inkişafı 
 
VI Bölmə. Maliyyə-təsərrüfat, kadr və digər məsələlər 
 
 
 
 
 


 
73 
I BÖLMƏ 
 
Ekoloji turizm, rekreasiya və turizm potensialından  
davamlı istifadə 
 
Son  vaxtlarda  davamlı  inkişaf  konsepsiyasının  beynəlxalq 
miqyasda  geniş  tətbiqi  ilə  əlaqədar  olaraq  ekoloji  davamlı  turizm 
fəaliyyətinin  rolu  xeyli  yüksəlmişdir.  UNEP-in  ətraf  təbii  mühit  üzrə 
1995-ci il proqramı, «YUNESKO-nun davamlı turizm xartiyası, 1995» 
və  «Biosfer  rezervatlar  üçün  Sevilya  strategiyası, 1995», Asiya  və 
Sakit  Okean  regionu  nazirlərinin  1997-ci  ildə  qəbul  etdiyi  «Turizmin 
davamlı  inkişafı  Deklarasiyası», 1997-ci  ildə  qəbul  edilmiş  «Bioloji 
müxtəliflik və davamlı turizm üzrə Berlin deklarasiyası», 2000-ci ildə 
UNEP-in  ekoloji  cəhətdən  davamlı  turizm  prinsipləri  və  bu  sahədə 
qəbul edilmiş bir çox digər sənədlər buna misaldır.  
Ekoturizmin  müasir  konsepsiyası,  prinsipləri  və  anlayışları  haqqında 
onu demək olar ki, «ekoturizm» anlayışı geniş ədəbiyyatda keçən əsrin 
80-ci illərindən istifadə edilməyə başlamışdır.  
Ekoloji  turizm  və  ya  ekoturizm  –  ətraf  təbii  mühit 
qarşısındakı  məsuliyyəti  dərk  etməklə,  təbiəti  və  yüksək 
əhəmiyyətli  mədəni-irsi  abidələri  öyrənmək  və  ondan  zövq 
almaq  məqsədi  ilə,  ətraf  təbii  mühitin  mühafizəsinə 
yönəlmiş,  ona  «yumşaq»  təsir  edən,  bu  tədbirdə  yerli 
əhalinin aktiv sosial-iqtisadi iştirakını təmin edən və onların 
bu  fəaliyyətdən  üstünlüklər  əldə  etməsinə  şərait  yaradan 
səyahət növüdür
Ekoturizmin  digər  turizm  formalarından  əsas  fərqli  cəhətləri 
aşağıdakılardır: 
1.
 
Daim təbiətlə ünsiyyətdə olmaq həvəsinə sövq edilməsi; 
2.
 
Əsas  məğzi  canlı  təbiət  və  yerli  adət-ənənələrlə  tanışlıqdan 
ibarət olan müxtəlif təbiət səyahətlərinin təşkili; 
3.
 
Təbiətə  və  yerli  mədəniyyətə  qarşı  olan  mənfi  təsirlərin 
qarşısının alınması; 
4.
 
Ekoloji  və  sosial-mədəni  xarakterli  fəsadların  minimuma 
endirilməsi, mühitin ekoloji tarazlığının qorunması; 
5.
 
Təbiətin və yerli sosio-mədəni mühitin mühafizəsi; 
6.
 
Təbiətin və təbii resursların mühafizəsinə yardım etmək; 
7.
 
Ekoloji təhsil və maarifləndirmə işinə yardım; 
8.
 
Turizm fəaliyyətində yerli əhalinin yaxından iştirakını və ondan 
iqtisadi fayda əldə edilməsinə təminat; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə