Yusifov E. F., Hacıyev V. C



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix24.10.2017
ölçüsü2,82 Kb.
#6499
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 
91 
Normalar  seçilərkən  meylli  ərazilərin  və  yamacların  rekreasiya 
təzyiqi  azaldılmalıdır.  Çünki,  belə  ərazilərin  tarazlıq  dərəcəsi  aşağı 
olduğundan  onların  bitki  örtüyü  dağılmağa  daha  çox  meyllidirlər. 
Növbəti  cədvəldə  maili  ərazilərdəki  meşə  massivlərinə  düşən 
rekreasiya təzyiqinin azaldılma şərtləri verilmişdir: 
Cədvəl  19 
 
Yamacın meyli, dərəcə 
Təzyiqin azaldılma həddi, % 
3 – 8 
25 
8 – 30 
50 
30-dan çox 
100 
 
Sonda  onu  demək  lazımdır  ki,  ilk  empirik  hesablamalar  zamanı 
ərazinin  xəritəsi  əsasında,  müxtəlif  torpaq  kateqoriyaları  və  bitki 
örtükləri  üçün  fərqli  olan 
rekreasiyanın  zərərsiz  həddinin  ekosistem 
zonallaşmasının xəritəsi tərtib edilməlidir. Start halı üçün ilkin olaraq 
belə sərhədd şərtləri qəbul etmək olar: 
 
Cədvəl  20 
 
Ekosistemlər 
RZH, 
nəfər/ha 
Bataqlıq ərazilər 
0.5-ə qədər 
Meşə sahələri 
1 - 2 
Qeyri meşə sahələri, antropogen təsirə məruz 
qalmış ərazilər (yaşayış yerləri, yollar, şumluqlar, 
əkin sahələri, otlaqlar və s.) 
2 - 5 
Çəmənliklər və bozqır sahələr 
3 - 5 
Qumlu-çınqıllı çimərliklər 
85 - 100 
Qayalıq ərazilər 
85 - 100 
 


 
92 
II BÖLMƏ 
 
 Biosfer Rezervat ərazisindəki təbiət komplekslərinin  
və abidələrinin mühafizəsinin təşkili 
 
Təbiət  komplekslərinin  və  abidələrinin  effektiv  mühafizəsinin 
təşkili  məsələsi  yaxın  gələcəkdəki  ən  mühüm  məsələlərdən  biridir. 
Bunun üçün aşağıdakı tədbirldərin həyata keçirilməsi zəruridir: 

 
Rezervatın  mühafizəçilərinin  əmək  haqqının  ödənilməsi 
sisteminin köklü surətdə dəyişdirilməsi; 

 
Nəzarətçi  heyəti  öz  peşə  fəaliyyətinə  daha  aktiv  sövq  etmək 
məqsədi  ilə  maddi  stimullaşdırma  sisteminin  gücləndirilməsi  (maaşa 
əlavələr, mükafatlar); 

 
Biosfer Rezervatın rəhbər işçilərinin peşəkarlıqlarının artırılması 
məqsədi ilə onların iki həftəlik kurslara cəlb edilməsi; 

 
Nəzarətçi  heyətin  savadının  artırılması  məqsədi  ilə  müasir 
tələblərə cavab verən texniki ixtisasartırma kurslarına cəlb olunması; 

 
Regional metodik seminarların keçirilməsi; 

 
Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri (XMTƏ) üzrə nəzarətçi 
inspektorların  hazırlanması  üçün  peşəkar  hazırlıq  mərkəzlərinin 
yaradılması; 

 
XMTƏ-nin  mühafizəsinin  təşkili  üzrə  metodik  vəsaitlərin 
hazırlanması; 

 
Nəzarətçi  heyətə  qarşı  sövqedici  mənəvi  stimullaşdırma 
metodlarının tətbiqi («ən yaxşı nəzarətçi», «Təbiətin mühafizəsindəki 
xidmətlərinə  görə»  Şərəf  Nişanı,  Döş  Nişanı,  dövlət  təltiflərinə 
təqdimetmə praktikası və s. ola bilər); 

 
Biosfer  Rezervatın  maddi-texniki  təminatı  üzrə  investisiya 
layihələrinin hazırlanması; 

 
Beynəlxalq  təcrübə  əsasında  XMTƏ-nin  meşə  zolaqlarının 
yanğından  mühafizəsi  strategiyasının  hazırlanması  (coğrafi,  landşaft 
və iqtisadi aspektləri nəzərə almaqla); 


 
93 
III BÖLMƏ 
 
Biosfer Rezervatın elmi-tədqiqat fəaliyyəti 
 
Biosfer  Rezervatın  fəaliyyəti  zamanı  qəbul  edilmiş  qərarlar  elmi 
əsaslandırılmalıdır.  Bu  elmi  nəticələr  nəinki  biosfer  rezervat 
ərazisində,  həmçinin  digər  təbiət  ərazilərində  də  nəzərə  alına  bilər. 
Effektiv,  mərkəzləşdirilmiş  və  əlaqəli  elmi-tədqiqat  fəaliyyəti  sistemi 
yaratmaq üçün ilk növbədə aşağıdakı məsələlərin həlli vacibdir: 

 
Biosfer  Rezervatın  elmi-tədqiqat  fəaliyyətinin  idarəetmə 
sisteminin təkmilləşdirilməsi; 

 
Elmi  tədqiqatların  təşkilinin  və  elmi  informasiyaların 
toplanmasının optimallaşdırılması; 

 
Toplanmış  informasiyaların  effektiv  və  etibarlı  mühafizə 
sisteminin təşkili; 

 
Əldə  edilmiş  elmi  informasiyaların  və  məlumatların  effektiv 
istifadə olunması;  

 
Elmi  şöbənin  kadr  tərkibinin  optimallaşdırılması  və 
əməkdaşların səviyyəsinin yüksəldilməsi. 
İndi isə bu müddəaları ayrı-ayrılıqda araşdıraq: 
Biosfer  Rezervatın  elmi-tədqiqat  fəaliyyətinin  idarəetmə 
sisteminin  təkmilləşdirilməsi.  Düşünürük  ki,  alınmış  məlumatlar 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  nəzdində  fəaliyyət  göstərən 
uyğun strukturun analitik-informasiya mərkəzində cəmlənməlidir. Bu 
strukturun əsas fəaliyyəti biosfer rezervatın mərkəzləşdirilmiş şəkildə 
planlaşdırılması,  koordinasiyası,  biosfer  rezervatların  metodik 
vəsaitlərlə  təmin  edilməsi,  alınmış  məlumatların  toplanması, 
saxlanılması,  ümumiləşdirilməsi  və  digər  elmi  fəaliyyətlərin 
təşkilindən  ibarət  olmalıdır.  Biosfer  rezervatın  fəaliyyətinin  strateci 
məsələlərinin  həllində  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  Elmi-
Texniki Şurası və Elm Şöbəsi effektiv iştirak edə bilər.  
Elmi  tədqiqatların  təşkilinin  və  elmi  informasiyaların 
toplanmasının  optimallaşdırılması.  Ən  əvvəl  ərazidəki  flora  və 
bitki örtüyünün qorunması, təbii halda saxlanması, bitkilərin bərpası, 
florada  olan  bitki  tiplərinin  pasportlaşdırılması,  qurumuş  ağacların 
məhv edilməsi, adventik və karantin tipli növlərin araşdırılaraq məhv 
edilməsi  vacibdir.  İri  miqyaslı  bitki  örtüyü  xəritəsinin  yaradılması, 
monitorinq,  elmi  və  təsərrüfat  işlərinin  aparılması  da  çox  mühüm 
məsələlərdən  biridir.  Digər  tərəfdən,  zəruri  tədbirlərdən  biri  də 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə