63
qalın olmur, təmiz olur, lianlar oradakı ağacları aşağı qurşaqlarda
olduğu kimi boğa bilmirlər, meşədə hərəkət etmək və gəzmək yaxşı
təsəvvür bağışlayır. Bu qurşaqda meşə cinsləri yaxşı inkişaf edirlər,
hündür boylu, 20-25 m, bə’zən də 30 m-ə çatır. Meşə çox işıqlı olur.
Ağacların diametri normal olduğu üçün ən aşağı mərtəbələrə, torpaq
yanı ot bitkilərinə çox yaxşı şərait yaradırlar ki, onlar da qazon tipli,
taxıl bitkiləri hesabına çəmənlik yarada bilirlər. Turistlər üçün bu
qurşaq bitkiliyi çox önəmli ola bilər.
Orta qurşaqların şimal yamaclarında
Fagus orientalis birinci plana
keçərək yenə qarışıq Hirkan meşəliyi yaratmaqla bərabər meşəaltı
bitkilər çoxluq təşkil edirlər. Burada
Hedera pastuchowii meşənin iri
ağaclarına dolaşmaqla lian tipli mühit yarada bilir. Meşəaltı bitkilərdən bu
yamacında
İlex, Danae, Mespilus, Grataegus cinslərinin bir neçə
növlərinə rast gəlinir. Bunlardan başqa şimal yamacda tək-tək
Sorbus
torminalis, Cydonia oblonga, Pyrus, Roza, Rubus və başqa kol bitkilərinin
bir-iki növləri rast gəlir. Ot bitkiləri isə bu yamacda bolluq təşkil edirlər.
Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla –
Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və
kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov
kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada
Taxus baccata-
dan başqa
Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin
32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə
(akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox
düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah
edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır.
Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır. Məhz ona görə sonradan
bərpa olunan bitkilərin əksəriyyəti kserofit təmayüllü bitki
nümayəndələrindən ibarət olmuşdur.
Dəniz səthindən hündürlüklərə qalxdıqca relyef sərtləşir,
qayalıqlar artır, dağların mailliyi çoxalır, meşəlik isə öz normal
inkişafını davam etdirir. Ancaq landşaftda bir qədər dəyişiklik hiss
olunur. Meşələr aşağı qurşaqlarda olduğu kimi yox, geniş ləkələr
formasına düşür. Görünür bütün bunlar sərt dağ qayalıqlarının, kasıb
qruntlu yamacların, torpaq qatının kasıb və daşlı, qayalı olmasından
irəli gəlir. Bu tip meşəliklərdə
Quercus macranthera birinci yerdə,
Carpinus orientalis isə ikinci yerdə durmaqla, çox komponentli qarışıq
meşəliklər yaradırlar. Bu tip meşəliklərdə 3 növ ağcaqayın
(Acer
laetum, A. velutinum, A. campestre, Carpinus caucasica, Quercus
costaneifolia, Fraxinus excelsior, İlex hyrcana, Mespilus germanica, 3
növ
Grataegus, Euonymus latifolius, Pyrus, Rubus və Lonicera
64
cinslərinin bir neçə növləri rast gəlinir. Sarmaşıqların (Lian) bu
meşələrdə olmaması ilə yanaşı ot bitkiləri həddən artıq çoxdur. Məs.:
taxıllardan –
Poa nemoralis, Dactylis glomerata, Poa pratensis,
Brachypodium silvaticum, Agrostis tenuis, müxtəlif otlardan isə
Dryopteris filix mas, Sanicula europaea, Campanula rapunculoides,
Digitalis nervosa, Geum urbanum, Fragaria vesca, Orobus, Stachys,
Carex, Primula, Stellaria, Calamintha, Silene, Asplenium, Luzula,
Centaurea, Lilium, Melica, Trifolium, Briza, Bromus cinslərinin bir-iki
növləri rast gəlinir. Bu tip meşələrdə ot örtüyü 55 növdən ibarət
olduğu göstərilmişdir
(Гаджиев В.Д. и др., 1979). Tək Trifoliumun bu
tip meşəliklərdə 5 növü mövcuddur. Ot bitkilərinin bu tip meşəliklərdə
az-çox rast gəlmələri edifikatorların bolluğundan və meşənin dağın
hansı cəhətində olmasından və tərkibindən asılı olur. Endemik
Paeonia
mlokosewitschii və Lilium ledebourii də bu tip meşəlikdə tez-tez rast
gəlinir.
Yuxarı qurşaqlarda, o yerdə ki, meşələr tükənir - qayalıqlarda kol
cəngəlliyi çoxillik ot bitkiləri ilə birlikdə özlərinə məxsus cəngəlliklər
yaradırlar. Bu cəngəlliklərdə demək olar ki, meşə ağaclarının bərpası
hiss olunmur. Baxmayaraq ki, meşə toxumları bu cəngəlliklərə
düşürlər, ancaq çim qatı toxumların cücərməsinə şərait yarada bilmir,
məhz ona görə də bərpa hiss olunmur. Meşə yerə yayılan və yaxud
frigana tipli dağ-kserofit kollarla və çoxillik otlarla əvəz olunur.
65
V BÖLMƏ
Friqana və ya dağ-kserofit bitki örtüyü
Bu bitkilik tipləri ən çox relyefi sərt, mürəkkəb yamaclı sıldırım
dağlarla, qayalarla örtülü quru yamaclarda rast gəlinir. Dağ-kserofit
və friqana tipli bitkiliklər ərazinin bütün qurşaqlarında, ən çox isə
cənub və cənub-şərq yamaclarında müxtəlif tərkibdə formalaşırlar.
A.A.Qrossheymə (1948) görə bu tip bitkiliyə ən qədim – üçüncü
dövrün qalıqları kimi baxılmalıdır. L.İ.Prilipkoya görə Hirkan
yüksəkliyində, açıq dağ mühitində, bu tip bitkilik ən çox təbaşir
tərkibli yamaclarda formalaşırlar. Erkən yazda (terofitlər) yamacda
çiçəkləməyə başlayırlar. Xüsusilə, soğanaqlılar və kökü yumrular
(Gagea, Ophrus, Crocus, Orchis, Allium, Colchicum, Puschkinea,
Muscare, Merendera, Ornitogalum və b.). Yaz fəslində dağ ərazinin
yamacları müxtəlif rəngli (sarı, qırmızı, ağ və b.) çiçəklərlə bəzənir.
Yaz çiçək landşaftı ilin 55-60 yaz gününü əhatə edir. Yaz spektri yay
spektri ilə əvəz olunanda çiçəkli bitkilərdə bir-birini əvəz edirlər.
Frigana tipli yamaclarda
Allium və İris növləri onların çiçək qrupları
və rəngləri bir-birini əvəz etməklə yaşıllığı gülçülüyə çevirir. Burada
4-5 növ süsənə
(İris zuvandicus, İ. hyrcana, İ. medwedewii və İ.
lineolata) rast gəlinir. Azərbaycanın 44 yabanı Allium növlərindən
yalnız 17-18 növə ərazimizin quru dağ yamaclarında rast gəlir ki,
bunların da 5-i endemik bitkidir
(Allium virida Grossh., A.
dictyoprasum
C.A.M.,
A.
transcaucasicum
Grossh.,
A.
synthamanthum C. Koch., A. lenkoranicum Misch.), Qaz soğanlardan
isə bu yamaclarda 2 növ endemik
(Gagea alexeenkoana Miscz. və G.
caroli-kochii Grossh.) bitkiyə rast gəlinir. Dekorativ çoxillik kserofit
kollardan və çoxillik otlardan
– Acontholimon, Hedysarum, Stachys,
Salvia, Dianthus, Roza cinslərinin bir çox dekorativ növləri bu
bitkiliyin əsas komponentlərindən sayılırlar.
Dağ-kserofit və friqana – tip bitki örtüyü, iki formasiyada özünü
formalaşdırır: Trakakantlı və Akontolimonlu formasiyalar. Sahənin
ekoloji, geomorfoloji quruluşlarına görə hər iki formasiya eyni floristik
tərkibdə olmaqla, ekoloji varlıqda demək olar ki, eynidir. Bunları bir-
birindən ayıran torpaqların tərkibidir. Trakakant torpağı təbaşir
önəmli olsa da, torpaq xırda daşlıqlardan və kasıb torpaqdan
ibarətdir. Akontolimon bitən torpaqların isə bir qədər humus qatı
vardır. Flora tərkibləri eyni olsa da Akontolimonlu növlərin sayı
Dostları ilə paylaş: |