74
9.
İqtisadi effektivlik və ərazinin sosial-iqtisadi inkişafının
təminatı;
10.
Regionun davamlı inkişafına kömək.
Turizm sahəsindəki davamlılıq deyəndə ilk öncə turizmin ekoloji,
sosial-mədəni və iqtisadi təsirlərinin ümumi müsbət balansı nəzərdə
tutulur. Başqa sözlə desək, davamlı turizm iqtisadi və sosial inkişaf
baxımından ən yüksək müsbət effektlərin cəminə malik olan turizm
fəaliyyəti növləridir. Davamlı turizm – resursların qeyri məhdud
zaman intervalında istifadəsini nəzərdə tutan turizm növüdür. Ətraf
təbii mühitin mühafizəsi baxımından davamlı turizm prinsipləri
aşağıdakılardır:
•
təbii sərvətlərin davamlı və rasional istifadəsi;
•
ifrat istehlakın və tullantıların azaldılması;
•
dəqiq planlaşdırma, kompleks yanaşma və ekoturizmin
regional inkişafla inteqrasiyası;
•
yerli iqtisadiyyata kömək;
•
yerli əhalinin turizmin inkişafında, bu fəaliyyətdən yaranan maliyyə
və digər üstünlüklərin əldə edilməsini təmin etmək;
•
bu işdə maraqlı tərəflər arasında və ictimaiyyətlə məsləhətlərin
aparılması;
•
turizm marketinqinin aparılması.
Ekoturizm və onun növlərinə gəldikdə isə onu demək lazımdır
ki, çox vaxt ekoturizm digər turizm növləri ilə səhv salınır. Müasir
şəraitdə turizmin bir sıra növləri mövcuddur
Təbiət turizmi (nature tourism, nature-based or nature
oriented tourizm) - təbii resursların istifadəsindən (landşaft, relyef,
su, bitki örtüyü və yabanı heyvanlar və s.) asılı olan istənilən turizm
növüdür. Burada ekoloji turizmdən fərqli olaraq ancaq turistlərin
motivasiyası və fəaliyyət xarakteri əsas rol oynayır və səyahətlərin
ekoloji, mədəni və iqtisadi təsirləri nəzərdən qaçır. Ekoturizm
kompleks xarakterli konsepsiya olub təbii sərvətlərin rasional
istifadəsini, bioloji müxtəlifliyin gələcək nəsillər üçün qorunub
saxlanılmasını, turist fəaliyyətinin planlı surətdə həyata keçirilməsini
və idarə olunmasını nəzərdə tutur, turistlərin maraqlarından əlavə
cəmiyyətin ümumi maraqlarına da diqqət yetirir. Yerli əhali ilə
münasibətlərin qurulması və ərazidə əlverişli iqtisadi şəraitin
yaradılmasına kömək ekoturizmin ayrılmaz hissəsidir. «Ənənəvi»
turlar təklif edən birincilərin ekoloji turoperatorlardan fərqi ondan
ibarətdir ki, onlar öz öhdəliklərinə təbiəti mühafizə və ya təbiət
75
ərazilərinin idarə olunması məsələlərini götürməyərək müştərilərə
ancaq nadir yerlərə səfərlər etmək və yerli əhalinin mədəniyyəti ilə
tanış olmağı təklif edirlər. İkincilər isə mühafizə olunan təbiət əraziləri
və yerli əhali ilə tərəfdaşlıq münasibətləri yaradır, biznesin təbiətin
mühafizəsinə və yerli əhalinin rifahının yüksəlməsinə real zəmin
yaratmasına çalışırlar. Ekoturizm - turistlər ilə yerli əhali arasında
qarşılıqlı anlaşmanın yaranmasına çalışır. Bəzən təbiət turizminin
forması kimi
bioturizm (w ildlife tourizm) və yabanı təbiətə
səyahət (w ilderness travel) formaları təklif edilir. Burada turizm
obyekti canlı təbiətin istənilən forması ola bilər. Bəzən ekoturizm
macəra turizmi (adventure tourizm) ilə də uzlaşdırılır. Lakin
istənilən macəra turları ekoloji turizm kriteriyalarına uyğun gəlmir
(xüsusilə təbii ehtiyatlardan davamlı istifadə konsepsiyası
baxımından). Məsələn, ov qəniməti kimi vurulmuş heyvanlar, nəyin
bahasına olursa-olsun idman nəticələri əldə etmək məqsədi daşıyan
(canlı ağacların kəsilərək onlardan salların hazırlanması) idman
xarakterli və safari turlar daha çox antiekoloji xarakter daşıyır. Hal-
hazırda ABŞ və bir sıra Qərbi Avropa ölkələrində
yaşıl kənd turizmi
və ya aqroturizm (agrotourizm) – kənd ərazilərində istirahət
(kəndlərdə, rahat kənd evlərində) çox geniş yayılmışdır. Turistlər
müəyyən müddət ərzində təbiət qoynunda kənd həyat tərzini yaşayır,
milli xalq mədəniyyətinin və incəsənətinin dəyərləri ilə, milli mahnı və
rəqslərlə, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd əməyində,
xalq bayramlarında və festivallarda iştirak edirlər.
Yaşıl turizm
(green tourizm) turist sənayesinə ekoloji metod və texnologiyaların
tətbiq edilməsi məqsədini güdür. Alman dilli ölkələrdə «ekoloji» və
«yaşıl» sözönləri praktiki olaraq işlənməyərək əsasən «incə turizm»
və ya «ekoloji-sosial cavabdehli turizm» kimi anlayışlara daha çox
üstünlük verilir. «İncə turizm» və «sərt turizm» formalarının fərqli
cəhətləri aşağıdakılardır.
76
Cədvəl 13
«Sərt turizm»
«İncə turizm»
Kütləvilik
Fərdi, kiçik qruplar şəklində və
ailəvi turlar
Qısamüddətli səfərlər
Uzunmüddətli səfərlər
Sürətli hərəkət vasitələri
Asta və mülayim sürətli hərəkət
vasitələri
Əvvəlcədən razılaşdırılmış proqram Spontan tədbirlər
«Xarici» motvasiya
«Daxili» motivasiya
Gətirmə həyat tərzi
Yerli ərazinin mədəniyyətinə
uyğunlaşdırılmış həyat tərzi
«Görməli yerlər»
«Təəssüratlar»
Komfort və passivlik
Aktivlik və tərzlər müxtəlifliyi
Turist özünü «qulluq xidmətinə
malik sahib» statusunda hiss edir
Turist təbiət haqqında yeni biliklər
və yeni mədəniyyət ilə tanış olur
Əsas ticarət istehlak (istifadə) və
standart xarakter daşıyır
Əsas ticarət xatirə xarakteri daşıyır
Səfərdən sonra xatirə olaraq
ancaq standart suvenirlər qalır
Səfərdən yeni biliklər, təəssüratlar,
xatirə və emosiyalar qalır
Turist görməli yerlərin açıqçalarını
əldə edir
Səyahətçi naturdan çəkir yaxud
fotosurət alır
Səs-küy, şou xarakteri daşıyır
Mülayim, ahəstə tonlu xarakter
daşıyır
Dünya Ticarət Təşkilatı (WTO) və Turizm üzrə Beynəlxalq
Təşkilatın (WTTC) birgə rəyinə görə «davamlı turizm həm turistlərin,
həm də ərazidəki yerli əhalinin maraqlarına cavab verir, sonuncuların
gələcək inkişafına zəmin yaradır. Resurslar iqtisadi, sosial və estetik
tələbatların birgə ödənilməsi şərtləri ilə istifadə edilir. Bu zaman nadir
mədəni xüsusiyyətlər, mühüm ekoloji özəlliklər, bioloji müxtəliflik və
həyati vacib sistemlərin mühafizəsi birgə təmin edilir».
Ektorurizmin növləri. Ekoloji və onunla bilavasitə bağlı turizm
növləri uzunmüddətli elmi ekspedisiyalardan tutmuş təbiət
qoynundakı qısamüddətli istirahət növünədək çox geniş fəaliyyət
spektrinə malikdir. Ümumiləşdirilmiş halda onlar şərti olaraq müxtəlif
meyarlar əsasında (səyahətçi qruplaşmalarına, əsas səyahət
Dostları ilə paylaş: |