Zakir bayramli


orta bal göstəricilərinə görə son 8 ildə ən yüksək göstəricilərə



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə78/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   74   75   76   77   78   79   80   81   ...   348
2018-997

orta bal göstəricilərinə görə son 8 ildə ən yüksək göstəricilərə 
nail olan məktəb kimi qeyd olunmuşdur. Rayon üzrə “ İlin ən 
yaxşı şagirdi” elan olunmuş 3 nəfər şagirdin 2 nəfəri məhz bu 
məktəbin şagirdi olub. 
2004/2005-
ci dərs ilində şagirdlərin arzusu və maraqları 
nəzərə alınaraq məktəbdə aşağıda adları qeyd edilən haqqı ödənilən 
dərnəklər fəaliyyət göstərib: 
Riyaziyyat (rəhbəri Tavat Babayeva), bədii özfəaliyyər 
(rəhbəri Esmira Məmmədova), xarici dil (rəhbəri Ruqiyyə Atakişi-
yeva), cildçilər (rəhbəri Məhvirət Hüseynova), rus dili (rəhbəri 
Rübabə Məmmədova), bədii yaradıcılıq (rəhbəri Sevinc Ağayeva), 
rəsm (rəhbəri Ağababa Fərmanov), rus dili (rəhbəri Gulnarə 
Qasımova) və s. 
Məktəbin 01.12.2004-cü il tarixli 158 №-li əmrinə əsasən 
ali 
təhsilli sinif müəllimi Zöhrə Cəbrayılova məktəbə 0,5 stavka 
hesabı ilə tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 
2004/2005-
ci tədris ilində olimpiadaların təşkilinə və 
keçirilməsinə diqqət daha da artırılıb. 28 noyabr 2004-cü il tarixdə 
məktəbdə keçirilən fənn olimpiadalarının birinci turunda həlledici 
yer tutan və rayon turuna iştirak üçün vəsiqə qazanan 85 nəfər VII-
XI sinif şagirdinin siyahısı RTŞ-nin təşkilat komissiyasına 
göndərilib (Əmr № 168 07.12.2004-cü il). O cümlədən: Azərbaycan 
dili və ədəbiyyatı fənni üzrə 13 nəfər, riyaziyyat fənni üzrə 16 nəfər, 
tarix fənni üzrə 10 nəfər, rus dili fənni üzrə 5 nəfər, fizika fənni üzrə 
9 nəfər, kimya fənni üzrə 4 nəfər, biologiya fənni üzrə 4 nəfər, 
ingilis dili fənni üzrə 9 nəfər, informatika fənni üzrə 1 nəfər, alman 
dili fənni üzrə 6 nəfər, coğrafiya fənni üzrə 8 nəfər. 
Məktəbin əmri ilə (Əmr № 69 30.05.2005-сi il) 2004/2005-ci 


120 
dərs ilinin yekun göstəricilərinə əsasən yarımillik və illik qiymətləri 
müvəffəq olan 976 nəfər şagird yuxarı siniflərə keçirilib. O 
cümlədən: 103 nəfər şagird I sinifdən II sinfə, 86 nəfər şagird II 
sinifdən III sinfə, 92 nəfər şagird III sinifdən IV sinfə, 103 nəfər 
şagird IV sinifdən V sinfə, 153 nəfər şagird V sinifdən VI sinfə, 115 
nəfər şagird VI sinifdən VII sinfə,129 nəfər şagird VII sinifdən VIII 
sinfə, 111 nəfər şagird VIII sinifdən IX sinfə, 84 nəfər şagird X 
sinifdən Xİ sinfə. 
2004/2005-
ci dərs ilində fəaliyyət göstərmiş dörd XI sinifdə 
orta məktəb kursu üzrə imtahanlardan müvəffəqiyyətlə keçən 81 
nəfər məzuna orta təhsil haqqında attestat verilib (Əmr № 73 
20.06.2005-
сi il). Həmin əmrin 2-ci paraqrafında isə göstərilir ki, 
məktəbin əsas təhsil kursunu bitirmiş 117 nəfər şagird natamam 
təhsil haqqında şəhadətnamə alıb. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə