Zakir bayramli


dil- ədəbiyyat müəllimi Həqiqət Əzimova haqqında məqalə çap



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə80/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   76   77   78   79   80   81   82   83   ...   348
2018-997

dil-
ədəbiyyat müəllimi Həqiqət Əzimova haqqında məqalə çap 
olunub.
Məktəbin 15.09.2005-ci il tarixli 124 №-li əmri ilə ibtidai 
siniflər üzrə məktəb direktorunun müavini Nurbala Hüseynov 
tut
duğu vəzifədən azad edilərək həmin məktəbdə ixtisası üzrə 
müəllim saxlanılıb. 
2005/2006-
cı tədris ilinin sonunda məktəbin IX sinfini 
bitirmiş 108 nəfər şagird əsas məktəb kursu üzrə şəhadətnamə alıb. 
Məktəbin XI sinfini bitirmiş 84 nəfər məzuna isə orta təhsil kursunu 
başa çatdırması barədə attestat verilib. 
Məktəbin 15.09.2006-cı il tarixli 111 №-li əmrilə 
ali təhsilli 
xarici dil müəllimi Məlahət Hüseyn qızı Həsənova məktəbə 0,5 
stavka ilə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 
14 aprel 2006-
cı il tarixdə məktəbin müəllimi və məktəb 
həmkarlar ittifaqı komitəsinin sədri Zöhrə Cəbrayılova “ Gənc 
nəslin təlim-tərbiyəsindəki xidmətlərinə, ittifaq üzvlərinin 
hüquqlarının qorunmasındakı uğurlarına və fəal ictimai işinə 
görə” Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan 
Respublika Komitəsi tərəfindən fəxri fərmanla təltif olunub. 
Məktəbdə təhsil alan şagirdlərin Vətənə, torpağa, millətə və 
dövlətə məhəbbət ruhunda tərbiyə edilməsi sahəsində bir sıra 
tədbirlər həyata keçirilib. Bunu məktəbin 29.01.2007-ci il tarixli 15 
№-li əmrindən daha aydın görmək olar. Əmrdə qeyd edilib ki, 
şagirdlərdə dövlətçilik hisslərini gücləndirmək, vətənini, millətini, 
dövlətini sevən, müstəqil yaradıcı düşünən sağlam gənclər yetiş-
diril
məsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ 
Vətən sərhəddən başlanır” devizi altında keçirilən rəsm və inşa 
müsabiqəsinin məktəb mərhələsində nəzərdə tutulan bütün siniflərin 
şagirdləri yaxından iştirak edib. Qaliblər fəxri fərmanla və diplomla 


122 
mükafatlandırılıblar.
Azərbaycan Respublikası Prezidenti 09.02.2007-ci il tarixli 
Sərəncamı ilə 2007-ci ili “Gənclər ili” elan etmişdir. Bu məsələ ilə 
əlaqədar olaraq məktəbdə tədbirlər planı tərtib edilmiş və onun 
icrası üçün 8 nəfərdən ibarət təşkilat komitəsi yaradılmışdır (Əmr 
№ 46 16.03.2007- ci il). Əmrdə təşkilat komitəsinə tapşırılıb ki, 
Respublika Prezidentinin həmin Sərəncamından irəli gələn vəzifə-
lərin vaxtında həyata keçirilməsinə nail olsun. 
Şagirdlərin hərbi vətənpərvərlik ruhunda, eləcə də Vətənə və 
xalqa 
məhəbbət, torpağa sevgi, dövlətçiliyə və qanunlarımıza hör-
mət ruhunda tərbiyə edilməsi üçün hər il məktəbdə fasiləsiz olaraq 
maarifləndirmə işi aparılıb. Məktəbdə vaxtaşırı keçirilmiş belə 
tədbirlər əmr kitablarında da geniş əks olunub. Belə tədbirlərə
“20 Yanvar faciəsi”, “26 fevral - Xocalı günü”, “31 Mart - Azərbay-
canlıların Soyqırımı günü” və başqa tədbirlərin adlarını qeyd etmək 
olar. Hər il məktəbdə bu qəbildən olan tədbirlərin keçirilməsi 
şagirdlərdə Vətənə məhəbbət, torpağa və dövlətçiliyimizə olan 
sevgi ruhunun daha da artırılmasına səbəb olub. Həmin tədbirlər 
məktəbin müəllim və şagird kollektivini baş vermiş bu faciələri heç 
zaman unutmamağa, işğal edilmiş torpaqlarımızın azad olunması 
uğrunda mübarizəyə səsləyib. 
Tarixi günlərə aid keçirilən tədbirlərlə bağlı məktəbdə müəl-
lim və şagirdlər arasında həmişə böyük canlanma hiss olunmaq-
dadır. Vaxtaşırı keçirilən şeir, rəsm və inşa müsabiqələri bu təhsil 
müəssisəsində şagirdlərin mübarizlik ruhunu daha da artırmışdır. 
Yüksək səviyyədə tərtib edilmiş xüsusi proqram əsasında təntənəli 
şəkildə qeyd olunan bu tədbirlər şagirdlərin ideya siyasi tərbiyəsinin 
inkişafına müsbət təsir göstərmişdir. Onların Vətən torpaqlarının 
düşmən tapdağı altından azad edilməsi uğrunda mübarizə ruhunda 
köklənməsinə səbəb olmuşdur. 
2006/2007-
ci tədris ilinin sonunda (Əmr №70 29.05.2007- ci 
il) IX sinifdən 126 nəfər, XI sinifdən isə 96 nəfər şagird buraxılış 
imtahanlarına buraxılıb. 
Məktəbin əmri ilə (Əmr №74 01.06.2007-сi il) 96 nəfər şagird 
I sinifdən II sinfə, 66 nəfər II sinifdən III sinfə, 98 nəfər III sinifdən 
IV sinfə, 87 nəfər IV sinifdən V sinfə, 96 nəfər V sinifdən VI sinfə, 


123 
100 nəfər VI sinifdən VII sinfə, 150 nəfər VII sinifdən VIII sinfə, 
111 nəfər VIII sinifdən IX sinfə, 91 nəfər isə X sinifdən XI sinfə 
keçirilmişdir. Sinifdən-sinfə keçirilən şagirdlərin sayı 9 nəfər sağ-
lamlıq imkanı məhdud olan şagirdlə birlikdə 904 nəfər təşkil edib. 
2006/2007-
ci dərs ilinin sonunda IX sinfi bitirmiş 123 nəfər 
şagirdə əsas məktəb kursu üzrə şəhadətnamə, XI sinifdə təhsilini 
başa vurmuş 89 nəfər məzuna isə orta məktəb kursunu bitirməsi 
haqqında attestat verilib. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə