Zakir bayramli


  Hərbi nazirliyin məktubu



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə328/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   324   325   326   327   328   329   330   331   ...   348
2018-997

1. 
Hərbi nazirliyin məktubu 
Romanın əsgər məktublarını nəzərdən keçirərkən 21 il 
bundan 
öncə Azərbaycan Respublikası Hərbi Nazirliyinin 1996-cı 
ildə Novruz bayramı münasibətilə Yusifovlar ailəsinə ünvanladığı 
bir təbrik məktubu üzə çıxdı. Həmin məktubu eyni ilə oxucuların 
diqqətinə çatdırırıq: 
Hörmətli Yusifovlar ailəsi! 
Sizi, 
xalqımızın ən əziz günü olan Novruz bayramı müna-


442 
sibətilə səmimi qəlbdən təbrik edirəm. 
Öz gəlişilə yurdumuza əmin-amanlıq, sevinc, şadlıq gətirəcək 
ilk baharda qoy 
Sizin arzularınız çiçək açsın, zəfər soraqlı xoş 
sabahlara qovuşasınız! 
Hörmətlə, 
Azərbaycan Respublikasının Müdafiə Naziri
General-leytenant S.
Əbiyev 
19 mart 1996-
cı il 
2. 10 suala 10 cavab. 
Romanın anası Kübra xanımla söhbə-
tim zamanı ona Roman barədə bir neçə sual verdim. Qəhrəmanın 
anası ilə apardığım müsahibəyə heç bir dəyişiklik etmədən onu 
oxuculara olduğu kimi təqdim edirəm: 
Kübra xanım, rəhmətlik oğlunuz Romanı necə xatırla-
yırsınız?

Roman ailəmizin dördüncü övladı idi. Lakin o, yaşadığı az 
vaxtda a
ğlı-kamalı, yerişi-duruşu, sözü-söhbəti, hərəkəti və əməlləri 
ilə ailəmizdə böyük hörmət qazanmışdı. 

Xasiyyəti necə idi, ərköyün deyildi ki? - 
Xey
r, ərköyünlüyü 
yox idi. Mülayim, valideynlərini eşidən, onların dediklərini canla- 
başla yerinə yetirən, bir sözlə, tez yola gələn bir uşaq idi. 

Övladınızın şəhid olmasından artıq 22 il vaxt keçir. İndi də 
evinizdə onun yeri görünürmü? 

Bəli, görünür. O, ailə üzvləri arasında sanki bir şah idi. Ağlı-
kamalı, ata-anaya canıyanan olması, evə-eşiyə bağlılığı, uzaq-
görənliyi, ailəyə, el-obaya sədaqətli olması ilə o biri övladlarımdan 
köklü surətdə fərqlənirdi. Qəribə uşaq idi. Yaşından 10-20 il qabağı 
görürdü. Daim yaşlı adam kimi bizim hamımıza dəyərli məsləhətlər 
verirdi. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə