Zakir bayramli


- M əktəbdə necə oxuyurdu, bu sahədə hansısa çətinliyi yox



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə330/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   326   327   328   329   330   331   332   333   ...   348
2018-997

- M
əktəbdə necə oxuyurdu, bu sahədə hansısa çətinliyi yox 
idi ki? 
- Xeyr, çox m
əsuliyyətli şagird idi Roman. Ev işlərində bizə 
yaxından kömək etməsi ilə yanaşı, məktəbə vaxtlı- vaxtında gedər, 

əllimlər tərəfindən verilmiş ev tapşırıqlarını bizim köməyimiz 
olmadan özü 
vaxtında yerinə yetirərdi. 

Romanın məktəbdə oxuduğu illərdə ən çox sevdiyi müəllim 
kim olub? 
- Riyaziyyat mü
əllimi Nəzifə müəllimə. Bu gözəl pedaqoq hər 
il 
Romanın anadan olduğu və anım günlərində dəfələrlə öz müəllim 
yoldaşları və şagirdləri ilə evimizdə olub. Roman təhsil aldığı 
ill
ərdə bütün məktəbin müəllimlərinin sevimlisi idi. İndi isə həmişə
m
əktəb-liseyin direktoru Rafiq müəllim məktəbdə hərbi 
v
ətənpərvərliklə bağlı keçirilən bütün tədbirlərə bizi dəvət edir. 
- C
əmi 21 il yaşayan qəhrəmanın bəyəndiyi, sevdiyi qız 
olubmu? 
- B
əli, olub. Əvvəllər biz bundan xəbərsiz idik. Hələ gənc 
olduğuna görə bizə bir kəlmə də bu barədə söz deməmişdi. Hər şey 
gizlind
ə idi. Ancaq əsgəri xidməti başa vurub, orduda müddətdən 
artıq işə qəbul olduqdan sonra hiss etmişdik ki, onun istədiyi qız var. 
- Sevgi m
əktubları necə? 
- Biz görm
əmişik və sağlığında da bu barədə eşitməmişdik. 
Biz
ə o, bu barədə heç nə bildirməyib. Ancaq şəhid olduqdan sonra 
birc
ə onu eşitdik ki, sevdiyi qız təsəlli tapmaq üçün yeni qurduğu 
ail
ədə dünyaya gələn körpəsinə Romanın adını qoyub. 


445 
3. Romanın əsgər məktubları 
Bu yazı ilə əlaqədar Yusifovlar ailəsinin arxivini nəzərdən 
keçir
ərkən Milli Qəhrəman Romanın 5 əsgər məktubunu tapdıq. 
M
ənə psixoloji cəhətdən çətin və əziyyətli olsa da , mən həmin 
m
əktubları bir neçə dəfə oxudum. Ancaq necə oxudum, onu bir 
Allah bilir. Görünür Romanın taleyi, qisməti belə imiş. Qəlbimi 
böyük h
əyəcan hissi bürüdü, kədərimi, qəhərimi, heç cür boğa 
bilm
ədim, bu anda coxdan yazdığım bir şeirin qəmli misraları
köm
əyimə gəldi və təsəlli verərək məni azacıq da olsa bir qədər 
sakitl
əşdirdi: 
Köç
ən adamların say-hesabı yox. 
Qan verir ür
əyim, sanki dəyib ox,
Onlardan bir q
ədər yaşasam da çox,
Ruhum uçub gedib, boş qalıb bədən 
N
ə deyim Fələyə, ah nə deyim mən! 
 
H
əmin məktubların əksər hissəsi böyük həcmli olduğuna görə 
onları olduğu kimi kitaba yazmaq mümkün olmadı. Ona görə də
ümumi sujet x
əttini saxlamaqla həmin məktubları yalnız yığcam və 
qısaldılmış şəkildə bu kitabda verilməsini münasib hesab etdik: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə