Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə333/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   329   330   331   332   333   334   335   336   ...   348
2018-997

 
 
 
 
 
 
 
 
XIV 
BÖLMƏ 
MƏKTƏB-LİSEY RESPUBLİKAMIZIN
MƏTBUAT SƏHİFƏLƏRNDƏ 


449 
30 mart 2012 - 
№12
 
Q
ƏHRƏMANLAR UNUDULMURLAR 
 
Şabran şəhər Roman 
Yusifov adına 2 nömrəli 
texniki fənlər təmayüllü 
tam orta məktəbdə Azər-
baycanın Milli Qəhrəmanı 
Roman Yusifovun büstü 
açılmışdır. 
Azərbaycan xalqının 
azadlıq və müstəqillik uğ-
runda 
mücadiləsi tarixin-
də şanlı səhifələr çox ol-
muşdur. Xalqımızın igid 
və qəhrəman oğulları bu 
yol
da canlarından keçmiş, 
həyatlarını qurban ver-
mişlər.
Tariximizin belə səhifələrindən biri də 1995-ci ilin mart 
hadisələridir. O dövrdə ümummilli liderimiz Heydər Əliyevin 
yorulmaz 
fəaliyyəti nəticəsində atəşkəsə nail olunması, "Əsrin 
müqaviləsi"nin imzalanması, dövlətimizin qüdrətinin getdikcə 
artmasını gözü götürməyən, Azərbaycanda ictimai-siyasi sabitliyi 
pozmaq istəyən qüvvələr dövlət çevrilişinə cəhd etdilər. 
Mart ayının əvvəllərində Qazax rayonunda baş verən silahlı 
toqquşma, daha sonra martın 15-də Bakı şəhərində Daxili İşlər 
Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin dövlət çevrilişinə 
göstərilən cəhdləri ilə nəticələndi.Qiyamçılarla 3 gün aparılan 
danışıqlar heç bir nəticə vermədikdə üsyan hərbi güc tətbiq etməklə 


450 
yatırıldı. Təəssüf 
ki, 
o günlər Azər-
bay
can 
xalqına 
qar
şı cinayət edən-
lərin 
atəşindən, 
gül
ləsindən 
xal-
qımızın mərd, igid, 
cəsur övladları da 
həlak 
oldular. 
Onlardan iki nəfəri 
Roman Yusifov və 
Samir Zülfüqarov 
şabranlı idi. 
Ölkə Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 
Fərmanı ilə Azərbaycan Respublikasının Konstitusiya dövlət 
quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması 
və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi 
qəhrəmanlıq və şücaət göstərdiklərinə görə onlara Azərbaycanın 
Milli Qəhrəmanı adı və "Qızıl ulduz" medalı verilmişdir. 
Roman Yus
ifovun təhsil aldığı 2 nömrəli tam orta məktəb-lisey 
iftixarla onun adını daşıyır. Milli Qəhrəmanın yaşadığı küçəyə onun 
adı verilmiş, böyüyüb boya-başa çatdığı evinin qarşısında barelyefi 
vurulmuşdur. 
Qeyd etmək lazımdır ki, Roman Yusifovun məktəbin qarşısında 
qoyulmuş büstü ötən illərin, müstəqilliyimizin ilk dövrlərinin 
yadigarı idi və bu abidənin müasir şəkildə yeniləşməsinə ciddi 
ehtiyac vardı. Məktəbin Valideyn-Müəllim Assosiasiyasının təşəb-
büsü və Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə bu 
abidənin Milli Qəhrəmanın adına və xatirəsinə layiq olan bir şəkildə 
yenidən qurulması qısa bir zaman kəsiyində həyata keçirildi. Bu, 
məktəbin və rayonun fəxri, dövlətçiliyin qorunması yolunda ca-
nından keçən Vətən övladının, Azərbaycanın Milli Qəhrəmanı 
Roman Yusifovun xatirəsinə olan hörmət və ehtiramın nəticəsi idi. 
Martın 17-də, Milli Qəhrəmanın şəhid olduğu gündə onun 
şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirildi. Mərasimə 
Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilat-


451 
larının nümayəndələri, məktəb-liseyin müəllim və şagird kollektivi, 
Milli Qəhrəmanın və məktəbin digər şəhid məzunlarının ailə üzvləri 
toplaşmışdılar. 
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Rafiq Hüseynov 
açdı, Azərbaycanın Dövlət himni səsləndirildi. 
So
nra məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə 
təşkilatçısı G.Rzayeva Roman Yusifovun həyatı və döyüş yolu 
barədə ətraflı məlumat verdi. Məktəb-liseyin IX "b" sinfinin gənc 
heydərçiləri Milli Qəhrəmana həsr edilmiş şeirlər söylədilər. 
Daha sonra R
oman Yusifovun sinif rəhbəri olmuş riyaziyyat 
müəllimi Nəzifə Əlipoladova- Əliyeva öz xatirələrini danışdı. Söz 
Milli Qəhrəmanın anası Kübra Yusifovaya verildi. O, oğlunun 
xatirəsinin daim əziz tutulduğuna, göstərilən diqqətə və qayğıya 
görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə və məktəbin 
kollektivinə öz minnətdarlığını bildirdi. 
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov 
15-17 mart 1995-
ci ildə dövlətçiliyimizin sınağa çəkildiyi tarixi 
şərait, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata 
keçirilən tədbirlər və xalqın nümayiş etdirdiyi həmrəylik barədə 
ətraflı məlumat verdi. O bildirdi ki, bu silahlı toqquşmada həlak 
olan 32 nəfər döyüşçüdən ikisinin şabranlı olması bu torpağın yetiş-
dirdiyi oğulların Vətənə və dövlətçiliyimizə sədaqətinin nümu-
nəsidir. 
Şəmistan Əlizamanlının "İgid əsgər, möhkəm dayan" mahnı-
sının sədaları altında Şabran Rayon İcra Hakimiyyətinin başçısı 
Novruz Novruzov və Azərbaycanın Milli Qəhrəmanı Roman 
Yusifovun anası Kübra Yusifova büstün üzərindən ağ örtüyü 
götürdülər. 
Toplantı iştirakçıları büstün önünə gül dəstələri qoydular, Milli 
Qəhrəmanın valideynləri ilə xatirə şəkilləri çəkdirdilər. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə