Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə334/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   330   331   332   333   334   335   336   337   ...   348
2018-997

Rafiq Hüseynov
Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər 
 
təmayüllü tam orta məktəb-liseyin direktoru 


452 
29 İyun 2012 - №25 
YARIMÇİQ QALAN MÜƏLLİM ÖMRÜNÜN
XATİRƏ İŞIĞINDA 
Müəllim! Hamıdan ötrü əziz, müqəddəs olan varlıq! Bu insanın 
ömrü işığa, istiliyə dönüb qətrə-qətrə axır, başqalarının gözünə ziya, 
qoluna güc, canına taqət verir, onları gələcək qələbələrə səsləyir. Bu 
ömürdən dərs dediyi şagirdlərin hamısına pay düşür, özü də bu pay 
əziz bir xatirəyə dönüb daim yaşayır. İnsan ömründə mərhələyə 
dönən anlar, dəqiqələr, günlər, illər zaman-zaman yaşayır, öz təkrarı 
ilə hansısa əziz xatirəni yada salır. Bu tarix insan yaddaşına pozul-
maz naxışlarla yazılır, bir ömrün salnaməsinə çevrilir.
Belə hadisələrdən biri də məhz bu günlərdə Şabran şəhər 
R.Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə 
böyük təntənə ilə qeyd edilən bir insanın doğum günüdür.O insanın 
ki, artıq dünyasını dəyişib, iş yoldaşlarına, rəfiqələrinə, şagirdlərinə, 
övladlarına və nəvələrinə sevgi, məhəbbət dolu çələng bəxş edən 


453 
müəllim, ana, böyük bacı, nəhayət, qayğıkeş bir insan kimi 
xatirələrdə dərin iz buraxmışdır. 
Məktəbin pedaqoji kollektivi,rayon ictimaiyyətinin nümayən-
dələri çox həzin, kövrək hisslərlə əziz bir insanın doğum gününə 
toplaşmışdılar. Məktəbin geniş akt zalında böyük pedaqoq və 
müəllim, tərbiyəçi və yaxın sirdaş, fəal ictimaiyyətçi və məktəb 
direktoru, mehriban ana və qayğıkeş ailə başçısı Sədaqət Əziz qızı 
Əsgərovanın ömür yolundan bəhs edən xatirə şəkilləri, fotostendlər, 
medal və fəxri fərmanlar düzülmüşdü. Səhnədə yanan şamlar yarım-
çıq qalan bir ömrün şam kimi əridiyinə elə bil bir nişanə idi. Zalda 
sakitlik, bir səssizlik hökm sürürdü. Bu səssizliyi K.Xasıyevanın ifa 
etdiyi "Ana həsrəti" musiqisinin lent yazıları pozurdu. Gözlərdə yaş, 
ürəklərdə bir nisgil...
Tədbiri məktəbin direktoru R.Hüseynov açaraq dedi: "Ömrü-
nün çox hissəsini elmə, təhsilə, insanlara xidmətə həsr edən bu 
insan 
heç vaxt yorulmamışdı. Şagirdlərinə sevə-sevə biliklərin sirri-
ni aşılamış, fəal ictimaiyyətçi olmuşdu. Sədaqət müəllimə həqiqətən 
də mənəviyyatca zəngin bir ömür yaşamış, fədakar bir insan kimi 
mənalı həyat yolu keçmişdir. Biz onun xatirəsini daim yaşadacaq, 
yarımçıq qalmış işlərini davam etdirəcəyik".
S.Əsgərovanın həyat və fəaliyyəti haqqında məktəbin təşkilatçı 
müəllimi G.Rzayeva məlumat verdi. Onun məktəblə bağlı 
həyatından lent yazıları nümayiş etdirildi. S.Əsgərova 1985-ci ildə 
Şabran şəhər 2 nömrəli orta məktəbə direktor təyin edilmiş, 
ömrünün sonuna kimi bu çətin və şərəfli işdə çalışmışdır. "Sevil" 
qadınlar məclisi rayon şöbəsinin sədri, Şabran bələdiyyəsinin üzvü, 
şəhər və rayon sovetlərinin deputatı, iki dəfə respublika qadınlar 
qurultayına, iki dəfə isə respublika müəllimlər qurultayına nüma-
yəndə seçilmişdi. S.Əsgərova respublikanın "Əməkdar müəllimi" 
fəxri adina və "Tərəqqi" medalına layiq görülmüşdür.
Sədaqət müəllimə 23 il 2 nömrəli məktəbin qapılarından içəri 
girib.Onun gənclik illəri bu divarlar arasında keçib. Qara saçlarına 
burada dən düşüb.Gözünün nurunu qətrə-qətrə əridib ağ kağız kimi 
beyinlərə. Tale alın yazısından başlayır, deyirlər. Hər kəs öz 
qismətini yaşayır. Sədaqət müəllimin də qismətinə tale gözəl ailə
ağıllı, tərbiyəli övladlar bəxş edib. 3 qızı, 1 oğlu, 3 nəvəsi var. 


454 
S.Əsgərova elinin, obasının hörmətli-izzətli bir xanımı,gözəl key-
fiy
yətlərə malik bir ziyalı idi. Bu gün haqqında söylənilən gözəl 
fiki
rlərdən bir daha aydın oldu ki, o, ölməmişdir, onu sevənlərin, 
tanıyanların qəlbində yaşayır. 
Sədaqət müəllimənin sevənlər, onun doğum gününə yığışan 
yaxın dostları öz xatirələrini söylədilər. Məktəb-liseyin dil-ədəbiy-
yat müəllimi, illərlə Sədaqət müəllimlə çiyin-çiyinə çalışmış, həm 
də sinif yoldaşı olmuş Həqiqət Əzimova həzin xatirələri ilə tədbir 
iştirakçılarını daha da kövrəltdi. Məktəbin həmkarlar təşkilatının 
sədri Z.Cəbrayılova, dil-ədəbiyyat müəllimi S.Niknajad, müəllim 
Ş.Eminova və başqaları çıxış edərək Sədaqət Əsgərova haqqında 
dəyərli fikirlərlə onu bir daha yad etdilər. 
Məclisin qonaqları, Şabran Rayon İcra Hakimiyyətinin məsul 
işçisi M.Quliyeva, təhsil şöbəsinin metodisti F.Əsgərova, "Respub-
lika" qəzetinin bölgə müxbiri A.Tağıyev və başqaları Sədaqət 
müəllimlə bağlı xatirələrdən danışaraq onun pedaqoq, məktəb 
rəhbəri və ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirdilər. 
Sonra söz məktəblilərə verildi. 9-cu sinif şagirdləri kamanın 
həzin sədaları altında Sədaqət müəlliməyə həsr olunmuş şeirlər 
söylədilər. Onun doğum günündə iştirak edən nəvələri, məktəbin 
şagirdləri Mehriban və Bahar da öz şeir töhfələri ilə nənələrini yad 
etdilər. Sədaqət müəllimin tədbirdə iştirak edən ailə üzvləri: ömür - 
gün yoldaşı, məktəbin idman müəllimi Adil Ağayev,qızları Fərzanə 
və Tünzalə söz alaraq analarının xatirəsini əziz tutduqlarına, onun 
doğum gününü bu gün təntənəli qeyd etdiklərinə görə məktəb 
rəhbərliyinə və tədbirə toplaşanlara öz minnətdarlıqlarını bildirdilər. 
Bu gün rahat uyu, ana! Sənin yolunu bir müəllim kimi qızın Fərzanə 
şərəflə yerinə yetirir.
Tədbir kövrək, həzin musiqi sədaları ilə sona çatdı. Xatirə 
şəkilləri çəkildi. Bütün pedaqoji kollektiv, yaxınları gül-çiçək 
dəstələri ilə onun qəbrini ziyarət etdilər.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə