Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə335/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   331   332   333   334   335   336   337   338   ...   348
2018-997

 G
ÜLŞƏN RZAYEVA, 
Şabran şəhər, R.Yusifov adına 2 nömrəli texniki fənlər 
təmayüllü tam orta məktəbin məktəbdənkənar və sinifdən-xaric 
işlər üzrə təşkilatçısı 


455 
17 Noyabr 2011 - 
№45 
F
ƏAL TƏLİM METODLARI GÜNÜMÜZÜN TƏLƏBİDİR 
Əsası ulu öndərimiz Heydər 
Əliyev tərəfindən qoyulmuş milli təh-
sil siyasəti ölkəmizdə uğurla davam 
etdirilir. Azərbaycan Respublikasında 
ümumi təhsilin Konsepsiyası (Milli 
Kurikulum) milli və ümumbəşəri də-
yərləri, ümumi inkişaf, meyil və ma-
raq
ları nəzərə alaraq daha çox şa-
girdlərdə şəxsiyyətin formalaşdırıl-
masına, həyati bacarıqların yaradılma-
sına xidmət göstərə bilməsi ilə 
fərqlənir. 
Kurikulum islahatı təlimin təşkili formalarının təkmilləşdiril-
məsini və yeni məzmun standartlarına uyğun müasir dərs 
struktrunun yaradılmasını tələb edir. Ümumtəhsil məktəblərində ana 
dil
inin tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib 
məsələlərdən biridir. Firudin bəy Köçərlinin təbirincə desək, "Ana 
dili millətin mənəvi diriliyidir. Ananın südü bədənin mayəsi olduğu 
kimi, ana dili də ruhun qidasıdır". 
Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını 
genişləndirir, nitq fəaliyyətini artırır, düşünmə, öyrənmə, danışma 
bacarıqlarını da formalaşdırır. 
İbtidai siniflərdə ana dili fənninin məqsədi şagirdlərə oxu və 
yazını öyrətməklə yanaşı, oxuduqları və dinlədiklərinə münasibət 
bildirmək, dilimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizə 
yiyələnmək və onlarda vətənpərvərlik hisslərini aşılamaqdan 
ib
arətdir. Dil insanları bir-birinə bağlayan ən mühüm və əsas 


456 
vasitədir. Ana dili isə bu vasitənin tərbiyəvi formasıdır. 
2008-2009-
cu tədris ilindən respublikanın ümumtəhsil məktəb-
lərində fənn kurikulumları əsasında hazırlanmış yeni dərslik komp-
lektlərinin istifadəsinə başlanmışdır və hazırda bu iş IV siniflərdə 
davam etdirilməkdədir. 
Əsas təhsil bazasında hələlik kurikulum tətbiq edilməsə də, 
kurikulumla bağlı kitab və jurnallarla tanış olur, iş təcrübəsi 
qazanmağa çalışıram. Azərbaycan dili və ədəbiyyatını tədris edən, 
daim yeniliyə və öyrənməyə can atan müəllim kimi ibtidai siniflərdə 
kurikulumla bu fənnin necə tədris olunması məndə xüsusi maraq 
doğurur. Bu səbəbdən III sinif "Azərbaycan dili" dərsliyi ilə tanış 
oldum, dərs prosesini izlədim. Kitabın ənənəvi təhsil proqramı ilə 
fərqli və oxşar cəhətlərini, üstünlüklərini gördüm. Fəal təlimin 
ənənəvi təlimdən ən üstün cəhəti şagirdlərin problemli situasiya 
zamanı idraka əsaslanaraq müstəqil şərh yürütmək bacarıqlarıdır. 
Qruplarla iş forması da bu təlimin ən üstün formasıdır. Bu formada 
şagirdlər əməkdaşlıq edərək bir-birindən öyrənir və onların 
kollektivdə işləmək, birgə fəaliyyət bacarıqları inkişaf edir.
Şagirdin dərs materialını daha yaxşı mənimsəməsi, keçilən 
mövzunun dərk edilməsi üçün dərsliyin müxtəlif bölmələrə 
ayrılması da təqdirəlayiqdir. Hər bir mövzuya uyğun kiçik mətnlər, 
şeir parçaları və məzmuna müvafiq əlavə tapşırıqlar verilmişdir ki, 
bu da şagirdlərdə düşünmə və yaradıcılıq qabiliyyətini daha da 
artırır. "Söz ehtiyatı", "Sözlük" hissələrində şagirdlərin yeni-yeni 
sözlərlə tanış olmaları onların söz ehtiyatını artırır və zənginləşdirir. 
Bu da şagirdlərin əsas təhsil bazasında təhsil aldıqları zaman 
mədəni nitq vərdişlərinə yiyələnmələrinə, irihəcmli mətnləri 
müstəqil şəkildə şərh edib, fikir yürütmələrinə stimul yaradır. 
Dərsliyin "Tarixi şəxsiyyətlər" bölməsi, xüsusilə maraqlı və 
dəqiq işlənmişdir. İlk səhifədə ulu öndərin uşaqlarla şəkli veril-
mişdir, mətnin sonunda isə "Biz hamımız bu torpağın - Azərbay-
canın övladıyıq. Doğma yurdumuzun tarixini bilmək isə hamımızın 
borcudur!" ifadəsi bir manifest kimi səslənir və kiçikyaşlılarda 
vətənə məhəbbət, torpağa bağlılıq hisslərini aşılayır. "Xeyirxahlıq 
və xeyriyyəçilik bizə babalarımızdan əmanətdir" kəlamı "Hacı 
Zeynalabdin" 
və "Bahalı xalça" mövzularının ideyası kimi səslənir. 


457 
Əlbəttə, şagirdlər bu iki mövzuda da oxşar söz və ifadələrin fərqli 
cəhətlərini görəcək və xalqına xeyirli övlad kimi böyümələrinə cəhd 
göstərməyə çalışacaqlar. M.Ə.Sabir, S.Vurğun, C.Cabbarlı kimi 
məşhur sənətkarları hələ kiçik siniflərdən tanıyacaq, əsərləri barədə 
məlumat əldə edib, fikir yürüdəcəklər. Bu siniflərdə motivasiyanın 
qurulması da əsas şərtdir. Çünki məhz problemli situasiyanın 
düzgün qoyulması şagirdin idrak fəallığını artırır. 
Ümumiyyətlə, III sinif "Azərbaycan dili" dərsliyində verilmiş 
mövzu və mətnlər, çalışmalar, test tapşırıqları şagirdlərin yaş 
səviyyəsinə uyğun seçilmiş və onların anlayıb başa düşəcəyi 
formadadır.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə