Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə338/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   334   335   336   337   338   339   340   341   ...   348
2018-997

“Aparın məni”
adlı şerimin incə sətirləri yavaş- yavaş yadıma 
düşüb kövrək anlarımı yadıma salmağa məni məcbur etdi: 
Dinl
əyin sözümü, ey əzizlərim! 
Sizsiniz h
əyatda qalan izlərim. 
K
əsilir işıqdan, sönür gözlərim
Ölüm yatagından qoparın məni. 
T
əbiət qoynuna aparın məni! 


461 
Boylanım son dəfə, baxım dağlara, 
Yaşıl ormanlara, barlı bağlara. 
Qayıdım xəyalən ötən çağlara, 
Azım dağ yolunda, axtarın məni. 
T
əbiət qoynuna aparın məni! 
M
ən necə zövq alım güldən, çiçəkdən, 
Bulaq başındakı gözəl, göyçəkdən? 
Görürsüz,
uzağam mən bu gerçəkdən
N
ə olar, həsrətdən qurtarın məni. 
T
əbiət qoynuna aparın məni! 
T
əngiyir nəfəsim, darıxır könlüm, 
Şad günüm qalmayıb danışım, gülüm. 
Ömür yollarımda dolaşır ölüm, 
G
ənclik illərimə qaytarın məni. 
T
əbiət qoynuna aparın məni! 
Olmaq ist
əyirəm son anlarımda, 
G
əzib-dolaşdığım kənd yollarında. 
Bu göz
əl yurdumun ormanlarında, 
Ceyran, cüyür bilib otarın məni. 
T
əbiət qoynuna aparın məni! 
Dünyanın malında qalmayıb gözüm, 
Dünyaya töhf
ələr vermişəm özüm. 
H
ələ tükənməyib, qalıb son sözüm, 
Cüc
ərdin sözümü, artırın məni, 
T
əbiət qoynuna aparın məni! 
N
ə yaxşı dünyada olmadım avam, 
Nadan, avamlarla çox olub davam. 
İndi də ölümlə başlayıb qovğam, 
Öldürür bu d
ərdim, qübarım məni. 
T
əbiət qoynuna aparın məni! 


462 
M
ən eşqin odunda pərvanə oldum
Sevgi yollarında divanə oldum. 
Əsdi xəzan yeli, viranə oldum, 
Çağırır röyası o yarın məni. 
T
əbiət qoynuna aparın məni! 
Siz el
ə bilməyin narazıyam mən, 
Sizin bu dünyadan çox razıyam mən. 
F
əqət “o dünya”nın avazıyam mən, 
O son m
ənzilimə çatdırın məni. 
T
əbiət qoynuna aparın məni! 
İnsan təbiətin canlı barıdır, 
H
ər yeni doğulan bar nübarıdır. 
Artıq həyatımın son baharıdır, 
Öl
ərkən torpaqda yatırın məni. 
T
əbiət qoynuna aparın məni! 
Bu vaxta qədər dünya haqqında çox danışılıb, çox yazılıb. 
Aqillər deyib ki, dünyaya heç vədə bel bağlamaq olmaz. Atalarımız 
da ta qədimdən atalar sözü adı altında min illər yaşı olan bu 
ifadələri əbəs yerə işlətməyiblər: “Dünyaya etibar yoxdur”, və 
“Dünya bir nərdivandır, biri çıxar, biri düşər”. Ona görə də mən 
belə fikirdəyəm ki, ömrün 70-ci baharı gəlsə belə, qələmi hələ bu 
tezkən əldən yerə qoymayım. Hələ nə qədər qismətim var “fırlana-
fırlana” yaşayan bu dünyada gücüm və imkanım çatan dərəcədə 
yazıb-yaradım. Necə mənim 
“Dünya”
adlı şeirimin misralarında 
qeyd edildiyi kimi: 
N
ə dayaz, yerdədir, nə də dərində
Dolaşır fəzada, öz məhvərində. 
Haylanır günəşin həndəvərində, 
Ayları illərə daşıyır dünya. 
Fırlana-fırlana yaşayır dünya. 


463 
Canlı bir aləmdir göyün üzündə,
Kainat saxlayır onu özündə. 
Daim t
əzələnir insan gözündə, 
H
ər günü təzədən başlayır dünya. 
Fırlana-fırlana yaşayır dünya. 
İnsan məskən salıb hər guşəsində
H
ərə öz sənəti, öz peşəsində. 
Kims
əni qoymayır cavan səsində, 
Yaşının üstünə yaş sayır dünya. 
Fırlana-fırlana yaşayır dünya. 
Dünyanın məqamı hamıya bəlli, 
Tutub dayanmayın ondan beş əlli. 
Şəninə tərif yaz, ya qaravəlli, 
F
ərqi yox, hamını daşlayır dünya. 
Fırlana-fırlana yaşayır dünya. 
F
əqət son zamanlar dəyişir donu, 
Savaşlar,qovğalar məhv edir onu. 
Çatıb qiyamətin o müdhiş anı, 
Bu gün c
əhənnəmə oxşayır dünya. 
Fırlana-fırlana yaşayır dünya. 
M
aşallah, deyəsən hələ canım bir qədər “sulu”dur . Ona görə də 
nə qədər canımda can var, qoy yaradıcılığımı davam etdirim. Həm 
də siz oxuculara mən bir şair-publisist kimi açıq sual verirəm: “Bir 
mənə deyin görüm, mən sağ ola-ola Vətən və torpaq istəyindən, çox 
narahat 
və keşməkeşli dünyamızın problemlərindən, təbiət gözəllik-
lərindən, sevgi və məhəbbətdən necə kənarda qala bilərəm. Həmin 
mövzularla maraqlanmasam, onlardan yazmasam 
necə nəfəs ala
necə yaşaya bilərəm. Axı mən bütün aləmə car çəkib demişəm ki, 
“Mən bir çağlayan bulağam”. Bax məhz ona görə bu bulağın gözü-
nün tutulmaması üçün mən gecə-gündüz axmalıyam (yəni yazma-
lıyam). Məlumdur ki, axdıqca suyum süzülüb təmizlənir. Özümü 
xoşbəxt insan sanıram. Necə aşağıdakı şeirdə göstərdiyim kimi: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə