Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə340/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   336   337   338   339   340   341   342   343   ...   348
2018-997

RƏVAYƏT: 
Belə nəql edirlər ki, keçmiş zamanlarda ağıllı 
qoca 
bir kişi çoxlu var-dövlət sahibi idi. Onun yeddi övladı vardı. 
Lakin 
bu qədər böyük mülkə, var-dövlətə sahib olmasına bax-
mayaraq, 
hələ də o, sağ ikən mal,pul üstündə onun övladları arasın-
da həmişə mübahisə və münaqişə baş verərdi. Az qala övladlar mal-
mülk üstündə bir-birini öldürmək dərəcəsinə çatardılar. Kişi isə nə 
qədər səy göstərsə də, o, acgöz ovladları arasında sülh və əmin-
amanlıq yarada bilməmişdi. 
Günlərin bir günü qoca bərk xəstələnir, halı kəskin dərəcədə 
pisləşir. Təcili həkim çağırırlar. Həkim isə gəlib xəstəyə hərtərəfli 
baxdıqdan sonra onun övladlarına ümidverici heç nə söyləməyib, 
deyir ki, “Çox gecikmisiniz. 
Artıq xəstəyə heç bir əlac yoxdur. 
H
azırlığınızı görün, tezliklə o, dünyadan köçəcək”. 
H
əkimin hərəkətindən, danışığından, övladlarının və gəlin-
lərinin isə birdən-birə bu cür əl-ayağa düşməsindən vəziyyətinin heç 
də yaxşı olmadığını qoca dərhal hiss edir. Başa düşür ki, artıq ömrü-
nün axır günləridir. Həkim gedəndən sonra övladlarının hamısını 
yanına çağırıb onlara vəsiyyətini eləyir. Sonda deyir ki, “ mən evdə 
filan 
paltarımın cibində bir cüt təzə corab və bir məktub qoymuşam. 
O, corabları mən neçə illərdir ki,əzizləyib axır günüm üçün saxla-
mışdım. İndi görürəm ki, həmin gün artıq gəlib yetişib. Mən ölən-
dən sonra o corabları ölüyuyana (mürdəşirə) verərsiniz ki, meyitimi 
yuyandan sonra 
mənim ayağıma geyindirsin. Məktubu isə qırx 
mərasimindən sonra bir yerə yığışaraq açıb oxuyarsınız. 
Qocanın vəsiyyətindən heç üç gün keçmir ki, o, dünyasını 
dəyişib. Dəfn mərasimindən əvvəl oğlanları qocanın vəsiyyətinə 
uyğun olaraq həmin bir cüt corabı mürdəşirə verib deyirlər ki, bəs 
atamız vəsiyyət eləyib ki, siz meyiti yuyandan sonra bu corabları 
onun ayağına geyindirəsiniz. Bunu eşidən mürdəşir bərk qəzəb-
lənərək deyib: “Siz nə danışırsınız. Bu islam dininə ziddir. Külleyi 


467 
günahdır. Mən onu heç vaxt edə bilmərəm. Heç ölünü də yumayıb 
indi 
çıxıb gedirəm. Gedin özünüzə başqa mürdəşir axtarıb tapın, 
corabları da o özü geyindirər. Mərhumun övladları çarəsiz qalıb, 
corab s
öhbətinin üstündən sükutla keçirlər və mürdəşirlə razı-
laşırlar. 
Sözün qısası, övladları, qohum-qonşuları və dostları qocanı dini 
qayda üzrə necə lazımdı, dəfn edirlər və qırx gün hörmətlə və 
izzətlə yasını saxlayırlar. Qırx mərasimindən dərhal sonra oğlanları 
a
talarının vəsiyyətinə görə bir yerə yığışaraq məktubu açıb 
oxuyublar. 
Məktubda yazılıb: “Övladlarım, gördünüz, bu dünyada 
mənə bir cüt corabı da qıymadınız. Məni o dünyaya əli boş yola 
saldınız. Deməli, dünya malı elə bu dünyada qalır, bu dünyadan 
köçəndə heç nə özunlə götürə bilmirsən. Səni əliboş yola salırlar. 
Ona görə də balalarım, gəlinlərim, tamahınıza sahib durmağı 
bacarın. Yadların sözünə qulaq asıb, qardaşlar arasında dedi-qodu 
yaratmayın, nifaq salmayın. Atanızdan qalan mirası dədə malı kimi 
bölüşdürüb, rahat və sakit yaşayın. Bilin ki, yüz il də yaşasanız siz 
dünyadan köçəndə sizə bir cüt corab belə geyindirməyəcəklər”. 
Atalarının məktubunu oxuyandan sonra övladlar hönkür-hönkür 
ucadan 
ağladılar. Sağlığında atalarını incitdiklərinə görə özlərini 
bərk danladılar. Onları yoldan çıxardığına görə şeytanı ürəkdən 
lənətlədilər. O gündən tamahın daşını başlarından çıxarıb atdılar.Və 
ömü
rlərinin axırına kimi bir-birilə mehriban, səmimi dost və əsl 
qardaş kimi yaşadılar və xöşbəxt ömür sürdülər.
 
Onun üçün 
mən də Tanrıdan möhlət istəyirəm. Ancaq Fələyin 
işinə qarışmaq olmaz, o nəyi, nə vaxt edəcəyini bizsiz də özü yaxşı 
bilir. 
Nə qədər ki, nəfəsim var, sizinlə bağladığım ünsiyyət qapıları 
gecə-gündüz istəkli oxucuların üzünə taybatay açıq olacaqdır.
Fürsətdən istifadə edərək bu kitabın ərsəyə gəlməsində mənə 
yaxından kömək etmiş bütün xeyirxah insanlara səmimi- qəlbdən öz 
təşəkkürümü bildirirəm.
Məktəb-liseyin 45 illik yubileyinə aid bu kitabın yazılması 
ideyasını birinci olaraq müdafiə etdiyinə, məktəbin tarixi ilə bağlı 
arxiv materiallarından istifadə edilməsinə icazə verdiyinə və 
məktəb-liseyin tarixini əks etdirən nadir arxiv materiallarının və 
foto-
şəkillərin, video görüntülərin istifadə edilməsinə şərait yarat-


468 
dığına görə məktəb-liseyin direktoru Rafiq Hüseynova ürəkdən 
təşəkkürümü bildirirəm. 
Kitabın yazılması və çapı ilə bağlı mənə maddi və mənəvi 
dəstək olduqlarına görə məktəb-liseyin müəllimlərinə və məzun-
larına, xüsusilə keçmiş məzunlardan Mehman, Azər və Tural 
Ağarzayevlərə, Qurban, Tapdıq və Gülər Səfərovlara, Vüsal 
Sultanova,
Şahin Şərifova, Nərmin Babək qızına və digər gözəl və 
xeyirxah insanlara 
səmimi qəlbdən minnətdarlığımı bildirirəm. 
Kitabın yazılması üçün məqalələrin toplanmasında məktəbin 
məzunları və müəllimləri arasında maarifləndirmə işini gücü çatan 
səviyyədə təşkil etdiyinə görə məktəb-liseyin təşkilatçısı Gülşən 
Pzayevaya 
və kitabın yazılması məqsədilə çoxsaylı arxiv material-
larının, müxtəlif səpkili məlumatların əldə edilməsinə, kitabın 
yazılması və çapı zamanı həmişə yanımda olaraq mənə mənəvi 
dayaq ol
masına, eləcə də, mənə göstərdiyi digər texniki köməkliyə 
görə oğlum, Şabran şəhər, M.Nəzirov adına 4 №-li tam orta 
məktəbin tarix müəllimi Ramin Bayramova “çox sağ ol”! deyirəm. 
Kitabın ərsəyə gəlməsində böyük zəhməti olmuş Şabranlı 
qələm sahibləri: redaktor – yazıçı-publisist, AYB-nin Şabran filialı-
nın sədri, Prezident təqaüdçüsü Aydın Tağıyevə, məsləhətçi 
redaktor – 
SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər 
Birliyinin üzvü – 
publisist Mürsəl Balayevə, dizayner-
 
Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü, ”Qızıl qələm” mükafatı laureatı

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə