Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə339/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   335   336   337   338   339   340   341   342   ...   348
2018-997

MƏN ÇAĞLAYAN BİR BULAĞAM 


464 
M
ən çağlayan, bir tükənməz bulağam, 
Suyum safdır, bulanmaqdan uzağam. 
Yol almışam qarlı dağlar başından,
Süzülmüşəm qayasından, daşından. 
Şırım-şırım yer altından axmışam, 
S
ərt layları yara-yara qalxmışam. 
Göz açmışam hər tərəfdən dünyaya, 
Boylanmışam mavi gözlü səmaya. 
Muncuq-
muncuq inci axıb quyumdan, 
İrmaq-irmaq söz yaranıb suyumdan. 
Bir t
əbiət gözəliyəm, qənirsiz, 
M
əndən ötüb, keçmək olmaz hənirsiz. 
T
əbiətin hər yerində mən varam
İlin hansı fəsli olsa, çağlaram. 
Sevdirmişəm insanlara özümü, 
Udum-
udum içirtmişəm sözümü. 
M
ənim saflıq, təmizlikdir marağım, 
Oba-oba, el-el g
əzir sorağım. 
T
əmizliyin aynasıdır sularım, 
Sularımın axarıdır yollarım. 
Yollar m
ənim öz içimdən uzanır, 
Al
əm məni ruha məlhəm su sanır. 
Doğulmuşam təbiətin qoynunda, 
Dünyamızın ən gözəl, xoş anında. 
H
ər an yeni həyat qaynar içimdə


465 
Yaşayıram mən bu gözəl biçimdə. 
T
ək deyiləm, nə çox sulu bulaqlar, 
Neç
ə adda, neçə dadda bulaq var. 
Çox f
ərqliyəm bu bulaqlar yanında, 
N
ələr yoxdur mənim bulaq canımda. 
Misra-
misra söz yaranır içimdən, 
N
əğmə qalxır sularımın səsindən. 
Gözüm heç vaxt tutulmayır baxmaqdan, 
Yorulmuram gec
ə-gündüz axmaqdan. 
M
ən çağlayan, bir nəğməkar bulağam
Sakit, s
əssiz sızılmaqdan uzağam. 
Yuxarıda qeyd etdiyim saysız düşüncələr, mənim fikirimcə 
doğru olsa da, həkimlər mənə gələcəkdə bədii yaradıcılıqla mümkün 
qədər az məşğul olmağı tövsiyə ediblər. Mən də imkanım və gücüm 
çatan 
qədər onların bu məsləhətinə əməl etməklə, gələcəkdə yaradı-
cılığımın səviyyəsini bir qədər azaltmaq arzusunda olsam da, yenə 
xırda-xırda onu davam etdirmək qərarındayam. Allah-Taalanın 
qisməti ilə yaşayarıq, bu davamın nəticəsini əyani şəkildə görərik.
Mən hələlik sizinlə sağollaşıram, lakin sizdən tam ayrılmıram. 
Ç
ünki ürəyim və qələmim istəklu oxucular, sizinlədir. Var-dövlət 
toplamaq 
sarıdan tamahkar olmasam da, deyəsən yaradıcılıq cəhət-
dən bir az acgözəm. Ancaq acgözlüyün də düşər-düşməzi var. O, 
bəzən insanı fəlakətə də apara bilir.
Yaş ötsə də, maşallah hələ qəlbim cavandır. Çox yazmaq, çox 
çap olunmaq istəyirəm. Ancaq bunlar artıq narahatçılıqlardır. Çünki 
a
rtıq mən vaxtı ötürmüşəm. Mənim qatarım elə bir sürətlə gedib ki, 

artıq mənzil başına çatmağa hazırlaşır. Ancaq oxucular elə 
bilməsinlər ki, mən ölümdən qorxduğuma görə belə deyirəm. Xeyr, 
bilirəm ki, ölüm haqdır, heç bir qüvvə onu bu yolundan döndərə 
bilməz. Ancaq mənim hələ möhlətə ehtiyacım var. Bir yarımçıq 


466 
kitabımı hələ tamamlamadığıma görə belə deyirəm. Onsuz da bu 
dünyaya 
gələnlər əliboş gəldikləri kimi, əliboş da o dünyaya yola 
salınırlar. Bir sözlə, mən də daxil olmaqla dünyadan gedənlər özləri 
ilə heç nə apara bilmirlər. Necə mənim cavan vaxtlarımda eşitdiyim, 
lakin bu günə qədər yadımda saxladığım bir rəvayətdə göstərildiyi 
kimi: 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə