Zakir bayramli


əhsil sahəsində qazandığı uğurlar daimi olsun. Bu uğur-



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə337/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   333   334   335   336   337   338   339   340   ...   348
2018-997

əhsil sahəsində qazandığı uğurlar daimi olsun. Bu uğur-
lar m
əktəbin əməksevər kollektivi tərəfindən sürətlə dəyişən 
zamanın və günbəgün yeniləşən müasir təhsil sisteminin 
t
ələbinə uyğun hər gün yenilənsin. Qoy bu məktəb-liseyin hər 
açılan səhəri gündən-günə yeniləşən müasir təhsil üsulları, 
metod v
ə texnologiyaları ilə, eləcə də təhsil sahəsindəki qabaqcıl 
dünya t
əcrübəsi ilə daha da zənginləşsin. Məktəb-liseyin 
yetişdirdiyi məzunlar Vətənə və xalqa sədaqətli və xeyirli 
v
ətəndaş, valideynlərinə isə arxa və dayaq olan vəfalı övlad kimi 
yetişsinlər. 
Qoy m
əktəb- liseyin çoxsaylı kollektivi təhsil sahəsi kimi çətin 
v
ə mürəkkəb, lakin şərəfli yolu bundan sonra da uğurla davam 
etdirsin. V
ə bu kiçik yolu rayonumuzda və respublikamızda uzanan 


459 
daha böyük q
ələbələrə aparan işıqlı, aydın, geniş və rahat yollara 
birl
əşdirsin. Bu məktəb-liseyin uğurları suyu tükənməyən bulaq 
kimi daim 
aşıb-daşsın. Şabran adlı elin, Azərbaycan adlı böyük 
m
əkanın təhsil ənənələrini daim yaşatsın, dünyada baş verən 
yenilikl
ərlə formaca və məzmunca müasirləşdirərək onu sonadək
şərəflə davam etdirsin. Məktəb-liseyin təcrübəsini və qabaqcıl təhsil 
ənənələrini daha da çiçəkləndirərək inkişaf yolu ilə irəliyə aparsın.
 
HAŞİYƏ. 
2017-ci il 
Respublikamızda və rayonumuzda möh-
t
əşəm layihələrin yerinə yetirilməsi, yeni-yeni əmək nailiyyətlərinin 
qazanılması ili kimi yadda qaldı .Qəlblərə bol-bol sevinc və fərəh 
g
ətirən, tarixin səhifəsinə uğur ili, əmin-amanlıq və sakitlik ili kimi 
düşdü. Lakin biz çoxlu şadlıq hisslərini yaşamaqla yanaşı, həmin ili 
k
ədərsiz də keçinmədik.Bəzi istəkli iş yoldaşlarımız, dostlarımız və 
qohumlarımız dünyasını dəyişərək bizi vaxtsız tərk etdilər. Bu 
itkil
ər isə bizə çoxlu kədər hissləri yaşatdı. Belə itkilərdən biri də 
yaxın müəllim dostumuz, rayonun tanınmış ziyalısı, 20 il Şabran 
(keçmiş Dəvəçi) Rayon Təhsil Şöbəsinə rəhbərlik etmiş Sabir 
Ağarzayevin qəflətən vəfat etməsi oldu. 
Sabir mü
əllim gözəl insan idi. Dövlətçiliyimizə sadiq, ona sə-
daq
ətlə xidmət edən bilikli, bacarıqlı və yüksək təşkilatçılıq qabiliy-
y
əti olan şəxsiyyət idi. Qəlbi təmiz, davranışı sadə, söhbətcil, gülər-
üz v
ə mehriban insan idi Sabir müəllim. Onun bir gün də xəstə yat-
madan q
əflətən vəfatı bütün iş yoldaşlarını, dostlarını, qohum-
qardaşını və şəxsən məni – onunla 20 il bir idarədə işləmiş iş yol-
daşını möhkəm sarsıtdı. Bu hadisədən sonra mən bir daha anladım 
ki, F
ələyin heç etibarı yox imiş. Üç gün bundan öncə bizimlə oturub 
söhb
ət edən, deyib-gülən insanı qısa an içındə aramızdan qoparıb 
apardı. Görünür Allah-Taala qismətini belə yazıbmış. Bu qismətin 
d
əyişdirilməsinə və ya ləğv edilməsinə isə biz insanların heç yü-
zünün d
ə gücü çatmaz. Allah ona qəni-qəni rəhmət eləsin! 
Ancaq m
ən Sabir müəllim haqqındakı mövzunu bu kitaba daxil 
etdiyim bu bir neç
ə sətrlə tamamlamaq istəmirəm. Tanrının 
qism
ətilə ömür imkan versə, sponsor məsələsi həll olunan kimi 
onun v
ə cəmi həyatda 36 il yaşamış qardaşı Ağakərim müəllim 
haqqında ayrıca kitab yazmaq fikrindəyəm. Çünki mənimlə çiyin-
çiyin
ə bir şöbədə çalışmış bu insanlar, yəni qardaşlar saf təbiətli, 


460 
sağlam düşüncəli, xalqa və dövlətə layiqlə xidmət göstərən insanlar 
ol
muşlar. Onlar, həqiqətən, xalqın hörmətinə layiqdirlər.Allahdan 
h
ər ikisinə rəhmət diləyirəm və “qəbrləri nurla dolsun”- deyirəm. 
Mən əvvəlcə bu kitabın yazılması və çapı ilə bağlı olan bir sıra 
çətinliklərlə, mənim kimi heç bir “sponsor”u olmayan təqaüdçü 
üçün həllı ağır olan bir sıra maliyyə problemləri ilə də üz-üzə 
gəldim. Lakin sonda xeyirxah insanlar yaxına gəlib əlimdən tut-
dular
. Məni fikir etməyə, qəm çəkməyə qoymadılar. Onların köməyi 
sayəsində işlər öz axarına düşdü. Və hər şey mən istəyən kimi oldu. 
Bu 
məqamda zəhmətlə bağlı Azərbaycan xalqının ən çox 
sevdiyim atalar sözləri yadıma düşdü.Bunlardan ikisini “Dünya 
çalışanların əlindədir” və “Allah deyər: səndən hərəkət, məndən 
bərəkət” poetik nümunələrini göstərmək, zənnimcə, lap yerinə 
düşər. Doğrudan da, zəhmətsiz heç bir işi görüb başa çatdırmaq 
olmaz. Hər hansı işi görmək üçün mütləq gərək zəhmət çəkəsən, 
əziyyətə qatlaşasan, tər tökəsən, dözümlü olub qarşıya çıxan hər 
çətinliyə sinə gərəsən. Bir də atalarımız deyiblər ki, “Zəhmətlə 
yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir” və s. 
Yetmişi haqladığım bir zamanda xəstəlik də öz gücünü mənə 
döstərmək üçün gecəli-gündüzlü min oyundan çıxır. Mənim üçün 
cür-
bəcür “şoular” nümayiş etdirir. Yüz dona girir, neçə-neçə 
fəndlər işlədir, hiylələr qurur, “ssenari”lər yazır. Məni işdən-güc-
dən, dünyada ən çox sevdiyim təbiət gözəlliklərindən ayrı salmaq 
istəyir. Və nəticədə nə yolla olursa-olsun mənim yaradıcılığıma 
mane olmaq 
məqsədini güdür. Mən də Tanrının köməyi ilə sən 
deyən elə də aciz bəndə deyiləm ki, bu tezkən onun qabağında diz 
çöküm. 
Heç bir mübarizə aparmadan belə asanlıqla ona təslim 
olum. 
Elə bu anda xəstə olan vaxtlarda Ana təbiətlə bağlı yazdığım 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə