Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə332/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   328   329   330   331   332   333   334   335   ...   348
2018-997

4-cü m
əktub. 
Ana, nec
əsən? Orada havalar necə keçir? Burada artıq istilər 
düşüb. Rayonda nə xəbər-ətər var? Ata, necəsən? İşlərin necə gedir? 
M
ənim üçün fikir eləmə, lap yaxşıyam. 
Ana, 
ağlama, məndən ötrü fikir eləmə.Heç mənim barəmdə 
fikirl
əşmə də. Çünki mən çox yaxşıyam. Hərbi xidmətim də öz 
qaydasında gedir. 
Musa, 
qardaş necəsən? Ananın sözünə yaxşı bax. Tərlan, 
d
ərslərini yaxşı oxu, ali məktəbə hazırlaş! Nişanə bacı, necəsən, 
niy
ə mənə məktub yazmırsan? Naibə, sən necəsən,işlərin necədir? 
Sağ olun. Hamınızı öpüb bağrıma basıram. 
07.10.1993. 
5-ci m
əktub. 
Salam! Nec
əsiniz? Mənim keyfimi soruşsanız lap yaxşıyam. 
Burada h
ər şey yaxşıdır. Xidmət, istirahət, yemək məsələsi, idmanla 
m
əşğul olmaq və s. 
Ana, ata, siz nec
əsiniz? Tərlan, qardaşım, sən necəsən? 


447 
Musaya baş qoşma, dərslərini oxu. Nişanə, sən necəsən, işə çıxdın-
mı? Naibə, salam, ananın sözünə bax! Mehmana da məndən salam 
deyin, g
əlinbacıya da. Günaya da mənim salamımı çatdırın! 
Üç şəkil göndərdim. Birini Mehmana verin. Xüdafiz, hamınızı 
öpür
əm. Sağ olun! 
(M
əktuba tarix qoyulmayıb

4.
Yazıya son söz əvəzi 
M
ən buna son söz əvəzi deməzdim. Mənim axtarışlarım, 
araşdırmalarım mənə onu deməyə əsas verir ki, Şabranın qəhrə-
manlıq salnaməsinə adını daş hərflərlə yazdırmış Roman Yusifov 
haqqında hələ deyiləsi, yazılası sözüm, söhbətim çoxdur. Əgər 
ömür v
əfa qılsa, mənə naxələflik eləməsə, Allah qismət eləsə 
g
ələcəkdə yenə də bu mövzuya qayıdacağam. 
M
ən Romanın keçdiyi qısa həyat yolunu seçmə qaydada 
t
ədqiq eləyib, tam olmasa da öyrənib gördüm ki, bu gəncin şəxsi 
xarakteri, c
əsurluğu, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi,
ail
əcanlılığı - bir sözlə, insanpərvərliyi onda sonradan yaranma əla-
m
ətlər və ya keyfiyyətlər deyil. Çünki bu qədər müsbət keyfiyyətlər 
bel
ə gənc insanda bu qısa vaxt ərzində püxtələşə və həyata vəsiqə 
ala bilm
əzdi. Romanda olan ali müsbət keyfiyyətlərin hamısı yalnız 
t
əsadüfdən-təsadüfə tək-tək nadir insanların xarakterində, əməlində 
birl
əşib özünü göstərə bilərdi. 
Müt
əxəssis olmasam da, öz təəsüratlarıma əsaslanaraq deyər-
dim ki, bu fenomen qabiliyy
ət və möhtəşəm insani ülvi hisslər sanki 
g
ənc Romanın qanına, canına və iliyinə hopmuşdu. Onda olan
qabiliyy
ət,sədaqət, insanlara hədsiz sevgi, digər ali, gözəl hiss və 
duyğular onun bütün hərəkətində və əməllərinə sirayət etmişdi. Elə 
bil ondakı ağıl, möhkəm iradə, yüksək amallara xidmət edən bu 
insani keyfiyy
ətlər Allah vergisi idi. Həmin hissləri, bu müsbət 
keyfiyy
ətləri onun bədənindən və qanından heç cərrah bıçağı da 
k
əsib çıxarmağa qadir deyidi. Lakin zalım, məkirli və xain düşmən 
güll
əsindən güc alan ölümün pəncəsi onu bizim aramızdan güclə 
qopar
ıb apardı. Və onu adi insanların heç vaxt yüksələ bilmədiyi 
şəhidlik zirvəsinə yüksəldi.Allah rəhmət eləsin! 




448 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə