Zakir bayramli


-  Onun ailə üzvlərinə, ata-anaya, qardaş-bacıya, eləcə də



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə329/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   325   326   327   328   329   330   331   332   ...   348
2018-997


Onun ailə üzvlərinə, ata-anaya, qardaş-bacıya, eləcə də 
digər qohumlara və qonşulara qarşı münasibəti necə idi? 
- Çox mehrib
an və ürəyiaçıq, paxıllığın nə olduğunu bilmə-
yən, yalanı sevməyən, söz-söhbətinin yerini bilən bir övlad idi 
oğlum Roman. O, heç vaxt ata-ananın, özündən böyük qardaş və 
bacısının bir sözünü iki eləməzdi. Geçə-gündüz fikri-xəyalı, istək və 
arzusu 
ailəmizin xoşbəxt yaşamasını görmək idi. Və bu ammalla da 


443 
o, yaşayırdı. Elə bil Allahdan ona vergi verilmişdi. Roman ailəmizin 
bütün üzvləri ilə yaxşı münasibət saxlamağı bacarırdı. Onlarla xoş 
ünsiyyət qurmağa çalışırdı. Ailənin dördüncü övladı olmasına bax-
mayaraq, 
mənə və atasına, özündən böyük qardaş və bacılarına 
həmişə dəyərli məsləhətləri ilə kömək edərdi. Çox zarafatcıl idi. 
Ona zarafat edən insanlardan zərrə qədər inciməz, söz qaytarmaz və 
onlara qarşı kobudluq etməzdi. 
 
 
Məktəb-liseydə Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifova 
ucaldılmış abidə 
 
-
Bəs ailə üzvlərinin ona qarşı rəftarı hansı qaydada idi? 

Necə olacaq, çox yaxşı vəziyyətdə. Ailəmizdə hər şey 
qarşılıqlı hörmət əsasınnda qurulmuşdu. Xasiyyətinin gözəlliyi və 
həlimliyi, ailəyə canyanan və sədaqətli olması, nəinki ata-anasının, 


444 
hətta özündən kiçik bacı-qardaşının qulluğunda durması ailəmizdə 
ona böyük hörmət və nüfuz qazandırmışdı.
 - 
Məhəllə uşaqları, xüsusilə, həmyaşıdları ilə şəxsi 
münasibəti necə qurulmuşdu? 

Çox əla, məhəlləmizdə yaşayan bütün insanlarla, o 
cümlədən uşaqlar ilə çox səmimi və mehriban idi. Xüsusilə tay-
tuşları və yaşıdları ilə. Hətta əsgərlikdən yazdığı məktublarda da 
onlara 
ayrı-ayrılıqda salam göndərirdi. O, yaxşı əməlləri ilə məhəllə 
sakinlərinin xatirində özünə elə bir heykəl qoyub gedib ki, indi də 
onun adı tez-tez çəkilir. Hamı “Məhəlləmizdə Romanın yeri indi də 
görünür” - deyirl
ər. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə