80
Qəribov 19-21 may 1978-ci il tarixlərdə Azərbaycan müəllim-
lərinin VI qurultayında iştirak etmək üçün Bakı şəhərinə ezam
edilmişdir.
01 sentyabr 1978-
ci il tarixə məktəbi aşağıdakı məsul şəxslər
idarə edirdi:
Tamara Qasımova – direktor, Nadir Qəribov və Əzizağa
Əzizov – təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Rəfiqə
Dəmirova – təşkilatçı, Ələmşah Qurbanov – hərbi rəhbər və s.
Gələcəkdə böyük uğurlara imza atmağı planlaşdıran bu
məktəbin ixtisaslı müəllim kadrları ilə ardıcıl olaraq təmin etmək
məsələsi Azərbaycan Respublikası Maarif Nazirliyinin, rayon
rəhbərliyinin və RXMŞ-nin diqqət mərkəzində olmuşdur. Rayonun
ümumtəhsil məktəblərində işləyən ən təcrübəli və bacarıqlı müəl-
limlərin bu böyük təhsil məbədinə göndərilməsi işi daim gündəmdə
olmuşdur. Bu səbəbdən də yüksək
biliyə malik olan və müasir
dərsin müxtəlif metod və üsullarını öz işində tətbiq etməyi bacaran
pedaqoji kadrlar
ın sayı məktəbdə ildən-ilə artıb. Bu müəllimlər öz
işlərində ciddi əzmkarlıq göstərərək məktəbdə təhsilin yüksəlişi
ücün can yandırır və pedaqoji sahədə yüksək uğur əldə etmək üçün
var qüvvələrini sərf edirdilər. Sanki məktəbdə birinci olmaq
uğrunda müəllimlər arasında böyük yarış gedirdi. Özü də bu yarış
fasil
əsiz və gündən-günə yüksələn xətlə inkişaf etdiyi üçün onun
dayanma ehtimalı sıfra bərabər idi. Bunu 01.09.1978-ci il tarixli 204
№-li əmrlə məktəbin müəllimləri arasında 1978/1979-cu
tədris ili
üçün
aparılmış dərs bölgüsündən də aydın görmək olar:
Dostları ilə paylaş: