Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə104/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   100   101   102   103   104   105   106   107   ...   124

ƏLAVƏLƏR 
“Beynəlxalq xüsusi hüquq haqqında” 
Azərbaycan Respublikasının Qanunu 
I
 
fəsil. Ümumi müddəalar 
Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn 
müəyyən edilməsi 
1.1.
 
Bu qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq 
olunmalı hüquq normalarmı müəyyən edir. 
1.2.
 
Xarici elementli mülki-hüquqi münasibətlərə tətbiq olunmalı 
hüquq  bu  qanımla  bərabər,  həm  də  digər  müvafiq  qanunvericilik 
aktlan,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələr  və  ümumi  qəbul  olunmuş  beynəlxalq  adətlər,  habelə 
tərəflərin razılığı əsasında müəyyən edilir. 
1.3.
 
Tətbiq  ediləcək  hüququ  müəyyən  etmək  barədə  tərəflərin 
razılığı  aydın  ifadə  olunmalı  və  ya  bütövlükdə  götürülməklə 
müqavilənin  şərtlərindən  və  işin  hallarından  bilavasitə  irəli 
gəlməlidir. 
1.4.
 
Xarici  ölkələrin  hüquq  normalanmn  tətbiqi  onların  yalnız 
ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz. 
1.5.
 
Bu  qanunun  məhkəmə  tərəfindən  tətbiq  olunmalı  hüquqim 
müəyyən  edilməsi  barədə  müddəalarını  belə  səlahiyyətləri  daşıyan 
digər orqanlar da tətbiq etməlidirlər. 
Maddə 2. Xarici hüququn məzmununun müəyyən olunması 
2.1.
 
Xarici  hüququn  tətbiqi  zamanı  məhkəmə  bu  hüquq  nonna- 
lannm məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi 
praktikasına  uyğun  olaraq  müəyyən  etmək  üçün  bütün  zəruri 
tədbirləri görməyə borcludur. 
2.2.
 
Bu qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş həı;əkət- lər 
nəticə  vermədikdə  və  ya  həddən  çox  xərc  tələb  etdikdə  və  proses 
iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsas- 
319 


ƏLAVƏLƏR 
landırınaq  üçün  istinad  etdikləri  hüquqi  nonnaları  təsdiqləyən 
sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası 
qanunvericiliyini tətbiq edir. 
Maddə 3. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad 
3.1.
 
Bu  qanunun  müddəalarına  uyğun  olaraq  xarici  hüquqa  hər 
hansı  istinad  bu  maddədə  nəzərdə  tutulan  hallar  istisna  edilməklə, 
müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur. 
3.2.
 
Bu  qanunun  9-cu  və  10-cu  maddələrində  nəzərdə  tuRılan 
münasibətlər, 
habelə 
ailə-vərəsəlik 
hüquq 
münasibətləri 
tənzimlənərkən  xarici  hüququn  tətbiqi  zamanı  Azərbaycan 
Respublikası  hüququna  geriyə  istinad  və  ya  üçüncü  ölkənin 
hüququna istinad qəbul olunur. Maddə 4. Xarici hüququn tətbiqinə 
məhdudiyyət 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  referendumla 
qəbul edilmiş aktlanna zidd olan xarici hüquq normaları Azərbaycan 
Respublikasında tətbiq edilmir. 
Maddə 5. İmperatİv normaların tətbiqi 
5.1.
 
Bu  qanuna  görə  tətbiq  olunmalı  hüquqdan  asılı  olmayaraq 
müvafiq  münasibətləri  tənzimləyən  Azərbaycan  Respublikası 
hüququnun İmperatİv nonnalan tətbiq edilir. 
5.2.
 
Bir  Ölkənin  hüququ  tətbiq  edilərkən  bu  ölkənin  hüququna 
görə  işin  halları  (mahiyyəti)  ilə  sıx  bağlılığı  olan  digər  ölkənin 
İmperatİv  nonnalarına,  müqavilədə  əsas  götürülən  hüquqa  istinad 
etmədən onlann tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə 
bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən 
onların  təyinatı  və  xarakteri,  habelə  tətbiqinin  nəticələri  nəzərə 
alınmalıdır. 
Maddə  6.  Bir  neçə  hüquq  sistemi  olan  dövlətin  hüququnun 
tətbiqi 
Bir neçə hüquq sisteminin qüvvədə olduğu dövlətin hüququnun 
tətbiq  ediləcəyi  hallarda,  bu  dövlətin  hüququ  həmin  hüquq 
sistemlərindən hansının tətbiq olunacağım müəyyən edir. Belə tətbiq 
qaydası  müəyyən  olunmadıqda,  işin  halları  ilə  daha  sıx  bağlı  olan 
hüquq sistemi tətbiq edilməlidir. 
320 


“Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu 
Maddə 7. Retorsiyalar (xüsusi məhdudiyyətlər) 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 
Azerbaycan  Respublikası  vətəndaşlanna  və  hüquqi  şəxslərinə 
münasibətdə  retorsiyalar  tətbiq  edən  dövlətlərin  vətəndaşlanna  və 
hüquqi şəxslərinə cavab tədbiri kimi analoji məhdudiyyətlər müəy^ 
yən edə bilər. 
Maddə 8. Qanunu üstələmənin qeyri-qanuniliyi 
Tərəflərin bu qanunun tətbiq olunmalı hüquq haqqında müəyyən 
etdiyi  qaydaları  üstələyərək  müvafiq  münasibəti  digər  hüquqa  tabe 
etməyə  yönələn  razılaşma  və  digər  hərəkətləri  qeyri-qanuni  hesab 
olunur.  Belə  hallarda  tətbiqi  bu  qanunla  müəyyən  olunan  müvafiq 
ölkənin hüququ tətbiq edilir. 
II
 
fəsil. Şəxslər 
Maddə 9. Fiziki şəxsin istinad etdiyi qanun 
9.1.
 
Vətəndaşı olduğu ölkənin hüququ fiziki şəxsin istinad etdiyi 
qanun hesab  edilir.  İki  və daha çox vətəndaşlığı  olan şəxs  üçün isə 
həmin  vətəndaşın  daha  sıx  əlaqəli  olduğu  ölkənin  hüququ  onun 
istinad etdiyi qanun sayılır. 
9.2.
 
Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin hüququ 
onun istinad etdiyi qanun hesab edilir. 
9.3.
 
Qaçqının sığınacaq aldığı ölkənin hüququ onun istinad etdiyi 
qanun hesab edilir. 
Maddə 10. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti 
10.1.
 
Fiziki  şəxsin  hüquq  və  fəaliyyət  qabiliyyəti  onun  istinad 
etdiyi qanunla müəyyən olunur. 
10.2.
 
Əqdlər  və  vurulmuş  ziyan  nəticəsində  əmələ  gələn 
öhdəliklər  barəsində  fızİki  şəxsin  fəaliyyət  qabiliyyəti  əqdin 
bağlandığı və ya vurulmuş ziyanla bağlı öhdəliyin yarandığı ölkənin 
hüququ ilə müəyyən edilir. 
321 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə