Zəfər Gününə həsr edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı Tədbirin Ssenarisi



Yüklə 0,54 Mb.
səhifə4/16
tarix26.10.2023
ölçüsü0,54 Mb.
#132133
1   2   3   4   5   6   7   8   9   ...   16
Xarıbülbül qoxulu Zəfər günü adlı ssenari 2021-1

    Bu səhifədəki naviqasiya:
  • Sabir

QARABAĞA GEDİRƏM




Elmir-
Bir əlimdə bayrağım, bir əlimdə silahım, 
Dilimdə yurd nəğməsi, başım üstə ? allahım.
O, mənim qibləgahım, o, mənim səcdəgahım,
Çox uzaqdan gəlirəm, çox uzağa gedirəm,
Qarabağa gedirəm!
Əlisahib-
O mənim sevdiyimdir, yanağında xalı var,
O mənim dediyimdir, dodağında balı var,
O mənim gördüyümdür, min bir cürə halı var.
Yanğımı söndürməyə o bulağa gedirəm,
Qarabağa gedirəm!

Əsmər- Şuşadan at sallayıb düz Ağdama gələrdim,




Cıdırından baxanda Laçınımı görərdim,
Hər yan vətən torpağı, mən hər yana gedərdim,
O dövrana qayıdıb, mən o çağa gedirəm,
Qarabağa gedirəm!

Sabir-


O dağ mənim dağımdır, öz dağıma gedirəm,
O bağ mənim bağımdır, öz bağıma gedirəm.
Öz yurduma, yuvama, ocağıma gedirəm,
Mənə gəl-gəl söyləyən bir torpağa gedirəm,
Qarabağa gedirəm!





A.Ayan-
Ustad Arif, sənin də azalmasın həvəsin,
Yenə oxu avazla, yenə gəlsin qoy səsin.
Qarabağ torpağında "Qarabağ şikəstəsi"n,
Səsimin zil yerində oxumağa gedirəm,
Qarabağa gedirəm!
İlkin-Qılıncım qından çıxıb, qanmazı qandırıram,
Düşməni şikəst edib, belini sındırıram.
Yurduma göz dikənin gözünü yandırıram,
Sən də gəl qoşul mənə, gəl, ay Ağa, gedirəm,
Qarabağa gedirəm!
Qarabağa gedirəm!





10.Ləman-Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saatlarında Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz - Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırmaq istəyirəm. Qarabağın dünyanın ən qədim insan məskənlərindən biri olaraq müsəlman dövrünə aid olan 2000-dən artıq müxtəlif tarixi və mədəni abidələrin qeydə alınıb.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə