Zəfər Gününə həsr edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı Tədbirin Ssenarisi



Yüklə 0,54 Mb.
səhifə8/16
tarix26.10.2023
ölçüsü0,54 Mb.
#132133
1   ...   4   5   6   7   8   9   10   11   ...   16
Xarıbülbül qoxulu Zəfər günü adlı ssenari 2021-1

(M.Ləman)
Ləngimə, tez yetiş,Böyük Qələbə...
Nəğmətək dillərin əzbəri oldun -
indi sənin adın düşübdür dəbə,
dalınca yollanıb müzəffər Ordun,
ləngimə, tez yetiş böyük Qələbə!

18. 1.(A.Kənan)Bir azdan dağlara çiskin çökəcək,
yollara cumacaq dumanlar, sazaq,
Xətai qılıncın orda elə çək,
adını hər çarpan ürəyə yazaq.
2.(K.İmaməli)Səninlə birlikdə taleyimizə
qızılla yazılar Sərkərdə adı,
qırıcı təyyarə, tank öz yerində -
Qələbə piyada ayağındadı!



19.MƏN ŞƏHİDƏM(uşaqlarin əlinə şəhid rəsmləri verilir)



1.(Damla)
Bir otağa girincə
bütün otaq mən oldum,
bir küçəyə çıxınça
min küçəni doldurdum.
hər yer dönüb mən oldum,
hər baxan göz mən oldum,
özüm görünməz oldum...
Mən şəhidəm...
2.(Həsənağa)
Eşidərsən səsimi,
hər yerə ün atmışam..
mən səni düşünmüşəm,
özümü unutmuşam..
əlini aç Allaha..
əlin Haqdan üzülməz.
işığı sevən kəslər
məni sevməyə bilməz..
Mən şəhidəm...
3.(S.Ziyəddin)
Başım Yanardağ kimi -
alov-alov,
köz-köz...
Ürəyim çıxıq-çıxıq,
bölük-bölük, -
qismətdə
söz, söz...
Əllərimdə Qobustan qayalarındakı nağara səsləri.. -
dilimdə
döz, döz...
4.(S.Səid)
Gözlərimi yumub toxunuram xəyalına, şəhidim...
dindi, siyasətdi,
sıradan söhbətdi...
Səsim Allaha çatmır,
hardayıq
biz, biz...
5.(Dəniz)Bir qara yaylıqlı gəlin,
qollarında iki çağa...
üzün tutub Qarabağa...
“Kim toplayacaq mənim dağılmış könlümü? –
deyib, bir nəfəs dayandı...
Sandım ki... ahı ilə dənizləri qurudacaq.
Divardakı qara lentli şəkilinsə
üzündəki İlahi nur
min qəlbi nurlandıracaq...
Az qaldım çağıram:


– Rəssam, gəl çək bu səhnəni...
Vallah, dəhşət tablo alınacaq...








Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə