Zəfər Gününə həsr edilmiş “Xarı bülbül qoxulu Zəfər Günü” adlı Tədbirin Ssenarisi



Yüklə 0,74 Mb.
səhifə16/17
tarix31.12.2021
ölçüsü0,74 Mb.
#82435
1   ...   9   10   11   12   13   14   15   16   17
Xarıbülbül qoxulu Zəfər günü adlı ssenari 2021

ANA: II

Xocalıdan səs gəldi:

Kömək edin ,amandı !

Güllələrin səsindən

Ot tutdu,aləm yandı.

Tənha qaldı Xocalı,

Kömək edən olmadı.

Dağıldı şəhər bütün,

Ondan əsər qalmadı.
ATA: I

Erməni-rus ordusu

Basqın etdi qəflətən.

Qadın, qoca,uşağıı

Qətlə yetirdi birdən.

Bələkdəki körpələr

Süngülərə taxıldı.

Su yerinə axardı.
BACI: II

Adamların qanıyla

Yuyuldu ana torpaq.

İşgəncələr verildi

O gün xalqına Allah!

Güllələndi millətim.

Tapdalandı qeyrətim

Xocalıda o gecə.
ANA: I

Duz basdılar yarana,

Layla ,Xocalım ,layla

Düşdün gülləborana,

Layla, Xocalım, layla

Namərdi kim çağırdı?

Göydən ölüm yağırdı.

Dilnən demək ağırdı,

Layla, Xocalım, layla
AĞBİRÇƏK: II

Daş üstə daşmı qaldı,

Salamat başmı qaldı,

Gözümdə yaşmı qaldı,

Layla ,Xocalım ,layla.

Qaçdı Novruzun tamı,

Kimdir yandıran şamı?

Yas elədin bayramı,

Layla, Xocalım, layla
ANA: I

Dərdin kimi acı yox,

Ağrı var ,əlacı yox.

Ağlamağa bacı yox,

Layla ,Xocalım ,layla.

Çıxmağa yol olmadı,

Uçmağa yol olmadı.

Üzməyə sal qalmadı,

Layla, Xocalım ,layla.
AĞBİRÇƏK: II

Kədər düşdü payına,

Səndən çətin yayına.

Hay vermədik hayına,

Layla ,Xocalım, layla.

Yara sarıyan hanı?

Haqdan yarayan hanı?

Yurdu qoruyan hanı?

Layla ,Xocalım, layla

İtən çənim olaydı,

Bitən dənim olaydı.

Vətən mənim olaydı,

Layla ,Xocalım, layla.
AZƏRBAYCAN ƏSGƏRİ: I

Könül adamları ,ruh adamları

Ağrı adamları,ah adamları

Saflıqda dünyanın şeh adamları

Ulu məmləkətin şah adamları

Belimiz qırıldı şah damarından

Qoruya bilərdik məzarımızı
Döyüşdə əsgərə dönə bilərdik

Torpaqda səngərə dönə bilərdik

Sıyırılmış xəncərə dönə bilərdik

Allahu-əkbərə dönə bilərdik

Dünya bizdən ötrü məhşərə döndü

Qoruya bilərdik məzarımızı
AZƏRBAYCAN ZABİTİ: II

Yaxına gəlmədi uzaqlarımız

Çox yerdə kar oldu qulaqlarımız

Baltalar enəndə kökə ,gövdəyə

Bilmədik qoruyar budaqlarımız

Axarı qarışdı zir- zibilə
Gözündən bulandı budaqlarımız

Qoruyar bulaqlaq , qaynar çeşmələr

Qoruya bilərdik məzarımızı.

Dərd gəlsə də özümü şən tutmuşam

O işığın ətəyindən tutmuşam

Heç bilmirəm uduzmuşam, udmuşam

Haqqa doğru yol gedirik nə vaxtdır.
AĞSAQQAL: I

Haqqa bağlan , tağ qəlbində haqqa bax

Haqq axtarma , haqqa boylan , haqqa bax

Mən sonrayam , haqq əzəldi, haqq qabaq.

Haqqa doğru yol gedirik nə vaxtdır.
Ulu tanrım ! olmazları ol eylə

Ulu tanrım! Imanımı bol eylə

Ulu tanrım! Məndən sənə yol eylə

Haqqa doğru yol gedirik nə vaxtdır


1-ci səhnə


Rus zabiti ilə Erməni komandiri söhbət edir...
Rus zabiti: Karo hər şey yaxşıdır, amma postlarda nəzarəti bir qədər artırmaq lazımdır. Başa düşdün məni?
Erməni komandiri: mən özüm şəxsən pozisiyaları yoxlayıram.Heç bir problem yoxdur
Rus zabiti: Azərbaycanlıları belə zəif bilmə, bir az ayıq-sayıq olmaq lazımdır.
Erməni komandiri: Mən artıq hücum əmri vermişəm. Bütün rus texnikamız Xaçın

çayının ətrafındadır. Biz Azərbaycanlıların qanını tökəcəyik.
Rus zabiti: (qışqırararaq) Əmr elə ki, ermənilər postda yatmasınıar. Əmr elə ki postda içib qaçmasınlar
Erməni komandir: bədir mənim xalqımı təhqir elədin, Biz bilirik ki belədir, ama gəl bu haqda danışmayaq
2-ci səhnə


Azərbaycan Ordusunun xüsusi təyinatlıları erməni mövqeyinə basqın düzənləyir
3-cü səhnə


Erməni evinə daxil olan Azərbaycanlı əsgərlər erməni uşağına bu sözləri deyir

  • Qorxma balaca, bizim sizlə işimiz yoxdur. Axı sənin nə günahın var. Bax bu bizim xarıbülbüldür (deyərək cibindən xarıbülbül nişanəsini çıxarır. Bunu özündə saxla və Azərbaycanlı əsgərlərin sülh sevər olduğunu yadda saxla.) ”


Erməni uşağı öz anasına: Ana bəs deyirdin, Azərbaycanlılar vəhşidir... Onlar

Azərbaycanlıları öldürür...Onlar bizə sülh rəmzi verdi axı.
Erməni anası: bizə həmişə belə təbliğ ediblər. Amma həqiqət üzə çıxdı....
4-cü səhnə


Azərbaycan Xüsusi təyinatlıları rus və erməni zabitini əsir götürür və Azərbaycan bayrağını düşmən mövqelərinə sancır. “Yaşasın Azərbaycan Ordusu”. “Eşq olsun Azərbaycan Xalqına”. “Qarabağ Azərbaycandır” şüarları səsləndirilir (bayraqlar dalğalandırılır...)
Azərbaycan əsgərləri: Qələbəli Azərbaycan...

Odda yanmaz, suda batmaz -

fəxr edirik Ordumuznan,

təbrik edir səni cahan -

Qələbəli Azərbaycan!

Təbrik gəlir dan yerindən,

doğma Turan ellərindən,

əhsən sənə, ulu torpaq,

Qələbəli Ana Vətən.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə