ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə170/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   166   167   168   169   170   171   172   173   ...   194

BABURNAMƏ 

 

367 



Şükr, vermiş sənə həq fərzəndə

Sənə fərzəndü mənə dilbəndə 

 Tanrı təala belə sevinçləri mənə və sənə daima nəsib eyləsin, amin, ya 

rəbbül-aləmin.  Adını  Əlaman  qoymusan.  Allah  mübarək  etsin.  Lakin  özün 

yazdığın halda, düşünməmisən ki, çox işlənməsi üzündən xalq buna Ələma, 

ya da ə1-Aman (348 b) deyər. Çünki belə əlif-lam adda az olur. Allah onun 

adını və zatını təqdis və mübarək etsin. Çox uzun illər və çox uzun zamanlar 

boyunca Əlamanı dövlət və səadətlə qorusun. 

Tanrı təala öz fəzl və kərəmilə bizim işlərimizi düzəldir. O qədər ki, 

heç bir dövirdə belə olmamışdır. 

Sonra,  çərşənbə  axşamı  günü,  ayın  on  birində,  bu  əsnada  Bəlx  əha-

lisinin Qurbanı dəvət edib içəriyə aldığı xəbəri gəldi. 

Kamrana  və  Kabildəki  bəylərə  əmr  edildi  ki,  gedib  sənə  qoşulsunlar. 

Lazım  gəlsə  Hisar  ya  da  Səmərqənd  tərəfinə  gedər  və  Allahın  inayəti  ilə 

düşmənlərı yenib vilayətləri alar, dostları şad, düşmənləri də dilxor edərsiniz, 

inşallahu təala. Bu sizlərin ən çox qılınc çalacaq zamanınızdır. Qapıya gələn 

işdə qüsur etməyin. Tənbəllik və səhlənkarlıq padşahlıqla bir araya sığmaz. 

Cahangire təvəqqüf bər niyabəd, 

Cahan anra buvəd kü beh şitabəd, 

Həmə çizi zi ruyi kədxudai, 

Sükun miyabəd illa padişahi

1



 

Cahangirlik durmaqla olmaz,  

Dünya tələsməyi bacaranındır. 

Hər işdə durub-dayanmaq olar, 

Padşahlıqda durub-dayanmaq olmaz. 

Əgər  tanrı  inayəti  ilə  Bəlx  və  Hisar  vilayətini  asanlıqla  ələ  keçirilsə, 

Hisarda sənin adamın olsun, Bəlxdə Kamranın adamı. Əgər tanrı inayətiylə 

Səmərqənd də ələ keçirilsə, Səmərqənddə sən otur. Hisar vilayətini (349  a) 

inşallah xassə mülkü edəcəyəm. Əgər Kamran  Bəlxi  az  saysa, bildirin,  in-

şallah onun əskiyini də bu vilayətlərdən tamamlayarıq. 

Sonra, daima riayət edilən bu qaydanı sən də bilirsən: altı hissə sənin 

olursa, beş hissə Kamranındır. Bu qaydaya daima riayət edərək bunun dışına 

çıxmayın. Onunla yaxşı rəftar et. Böyüklər səbrli olmalıdır. Ümid edirəm ki, 

sən də yaxşı rəftar edəcəksən. O da şəriətə hörmətkar yaxşı bir igiddir. O da 

mülazimət və sədaqətdə qüsur etməz. 

Sonra,  səndən  bir  az  incimişəm,  bu  iki-üç  ildən  bəri  heç  bir  adamın 

gəlmədi və mənim göndərdiyim adam da tam bir il sonra gəldi. Belə olarmı? 

Sonra,  məktublarında  yalnızlıq,  yalnızlıq  deyirsən.  Yalnızlıq  padşah-

lıqda ayıbdır. Necə ki demişlər: 

                                                           

1

 Nizaminin Xosrov və Şirin  əsərindən. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



368 

Əgər pay bəndi riza peş gir

Və gər yek süvari səri xeş gir. 

Əgər ayağın bağlı isə razı ol, 

Əgər tək atlı isən bildiyin kimi hərəkət et.

1

 

.

 



Heç bir zəncir padşahlıq zənciri kimi  deyildir. Padşahliq  ilə  yalnızlıq 

bir  araya  sığmaz.  Sonra,  dediyim  kimi,  yazdığın  məktubları  oxumursan, 

çünki oxumaq (349 b) istəsəydin belə, oxuya bilməzdin, əgər oxuya bilsəy-

din,  əlbəttə  ki,  dəyişdirərdin.  Məktubunu  ancaq  zorlanaraq  oxumaq  müm-

kündür,  lakin  çox  dumanlıdır.  Mənsur  müəmmanı  heç  kim  görməmişdir. 

İmlan o qədər doğru olmamaqla birlikdə fəna deyildir. 

İltifatı ta ilə yazımısan, qulancı isə ya ilə yazmısan.  

Xəttin  çətinliklə  də  olsa  oxunur,  lakin  bu  dumanlı  sözlərindəki  məna 

tam  anlaşılmır.  Hər  halda  məktub  yazmaqdakı  tənbəlliyin  də  bu  üzdəndir. 

Təmtəraqlı yazmaq istəyirsən, ona görə də dumanlı olur. Bundan sonra sadə

açıq və bəsit sözlərlə yaz, sənə də daha az zəhmət olar, oxuyana da. 

Sonra,  böyük  bir  iş  üçün  gedirsən.  İş  görmüş,  fikir  və  tədbir  sahibi 

bəylər ilə danışıb məsləhətləşərək onların sözüylə hərəkət etməlisən. 

Əgər  mənim  razı  qalmağımı  istəyirsənsə,  yalnızlığı  və  xalqdan  uzaq 

olmağı burax. Gündə iki dəfə kiçık qardaşını və bəyləri öz başına buraxma-

yaraq hüzuruna çağırıb nə iş olursa-olsun, bu sadiq dostlarla birlikdə danışıb 

məsləhətləşərək qərar verməlisin. 

Sonra, Xoca Kəlan mənimlə çox səmimi münasibətdə olmağa alışmış-

dı. Sən də (350 a) ona qarşı mənim kimi hərəkət etməlisin. 

Əgər tanrı inayətilə o tərəfdəki işlər yüngülləşsə və Kamrana ehtiyac 

olmasa, Kamran Bəlxdə sağlam adamlar qoyub özü mənim yanıma gəlsin. 

Sonra,  bu  qədər  fəth  və  zəfərlər  Kabildə  ikən  oldu.  Kabili  uğur  sayı-

ram və onu xassə mülkü etdim. Heç biriniz ona tamah etməyin. 

Sonra, yaxşı hərəkət edib Sultan Veysin könlünü almısan. Onu yanına 

alıb onun fikrilə hərəkət etməlisin. O, sözü dinlənəcək bir adamdır. 

Əsgəri  yaxşı  yığıb  yürüməlisən.  Ağızdan  söylənəcək  sözləri  Bəyan 

Şeyx bilir və söyləyəcək. Həsrətlə salam edirəm.

 

Cümə axşamı günü, rəbiüləvvəl ayının on üçündə [=26 noyabr] yazıldı. 



Kamran ilə Xoca Kəlana da bu məzmunda öz əlimlə məktublar yazdım. 

 

ƏSGƏRĠNĠN ġƏRQƏ GÖNDƏRĠLMƏSĠ 

 

Çərşənbə günü, ayın on doqquzunda [=2 dekabr] mirzələrı, sultanları, 

türk  və  hind  əmirlərini  çağırıb  danışıb  məsləhətləşərək  buna  qərar  verildi: 

«Bu il də bir tərəfə mütləq səfər etmək lazımdır. Əsgəri bizdən bir az öncə 

Puraba hərəkət etsin. Qanq çayının digər yaxasındakı sultanlar və əmirlər də 

                                                           

1

 Sədi Şirazidən.  




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə