ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə172/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   168   169   170   171   172   173   174   175   ...   194

BABURNAMƏ 

 

371 



ləri və mövgelərinə uyğun xələtlər ehsan edildi. Əbu Səid Sultanın və Meh-

riban  xanımın  və  oğlu  Polad  Sultanın  elçilərinə  və  Şah  Həsənin  elçisinə 

düyməli  yeləklər,  qumaş  (352  b)  libaslar  ehsan  edildi.  İki  xocaya  və  iki 

böyük elçiyə -ki, kiçık xanın adamı ilə Həsən Çələbinin kiçık qardaşlarıdır- 

gümüş daşı ilə qızıl və qızıl daşı ilə gümüş çəkilərək ehsan edildi. Qızıl da-

şı

1



 beşyüz misqaldır, Kabil daşı ilə bir sir edir. Gümüş daşı iki yüz əlli mis-

qaldır və Kabil ölçüsüylə yarım sir edir. 

Xoca  Mir  Sultana,  oğullarına  və  digər  elçilərə  də  altın  və  gümüşdən 

ehsanlar  verildi.  Yadigar  Nasirə  kəmərli  bir  xəncər  ehsan  edildi.  Mir  Mə-

həmməd Calebana Qanq çayında körpü tikdiyi üçün uyğun bir ehsan  veril-

mişdi.  Bu  Məhəmməd  ilə  tüfənfəndazlardan  Pəhlivan  Hacı  Məhəmməd, 

Pəhlivan Bəhlul və Vəli Parsçıya da birər xəncər ehsan edildi. Ustad Əliqu-

lunin  oğluna  da  bir  xəncər  ehsan  edildi.  Seyid  Davud  Gərmsiriyə  altın  və 

gümüş ehsan edildi. Qızım Məsumə ilə oğlum Hindalın adamlarına da düy-

məli yeləklər və qumaş xələtlər ehsan edildi. Əndicandan və bizim vilayət-

siz  və  vətənsiz  dolaşdığımız  yerlərdən,  Suh  və  Hüşyardan  gələnlərə  də  ye-

ləklər, qumaş xələtlər, altın, gümüş və hər cür əşya ehsan edildi. Qurban ilə 

Şeyxinin adamlarına və Kahmərdin (353 a) rəiyyətlərinə də yenə bu tərzdə 

ehsanlar verildi. 

Ziyafətdən sonra hind hoqqabazlarının gəlib oyunlarını göstərmələrini 

əmr  etdim.  Bunlar  da  gəlib  hünərlərini  göstərdilər.  Hindistan  hoqqabazları 

bizim  tərəflərin  hoqqabazlarında  görünməyən  bəzi  hünərləri  də  göstərirlər. 

Bunların bir neçəsi budur: yeddi xalqadan birini alnına, ikisini dizlərinə yer-

ləşdirib  ikisini  əl  barmaqları,  ikisini  də  ayaq  barmaqlarıyla  sürətli  və  dur-

madan döndərirlər. Bir də tovuz yürüyüşü kimi, bir əlini yerə dayayıb digər 

əli və iki ayağıyla üç halqayı sürətli və durmadan döndərirlər. 

Bir  də  bizim  tərəflərın  hoqqabazlan  iki  ağacı  ayaqlarına  bağlayaraq 

kəndirbaz  ayaqlığı  düzəldib  gəzirlər,  Hindistan  hoqqabazları  isə  bir  ağacla 

ayaqlıq düzəldib bunu ayaqlarına bağlamadan yeriyirlər. 

Bir də bizim tərəflərdə iki kəndirbaz bir-birinə tutunaraq iki mayallaq 

vururlar,  hind  kəndirbazları  isə  bir-birinə  tutunaraq  üç-dörd  dəfə  mayallaq 

vururlar. 

Bir də bir kəndirbaz altı-yeddi kari uzunluğunda sırığın bir ucunu beli-

nə dayayır, digər biri isə sırığa çıxıb (353 b) sırıq üstündə oyunlar göstərir. 

Bir də kiçık bir kəndirbaz böyük bir kəndirbazın başına çıxıb hərəkət 

etmədən  durur.  Aşağıdakı  cambaz  sürətlə  sağa-sola  yürüyüb  hünərlərini 

göstərərkən bu kiçık də o onun başında dimdik və hərəkətsiz duraraq, öz hü-

nərlərini göstərir. 

Bundan başqa, bir çox rəqqasələr də gəlib rəqs etdilər. Axşama doğru 

altın, gümüş və misdən bir çox para saçıldı. Böyük bir gurultu və izdiham 

                                                           

1

 Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



372 

oldu. 


Axşam  ilə  yatsı  arasında  beş-altı  yaxın  dostu  yanıma  alıb  oturtdum. 

Bir pəhərdən artıq oturduq. Ertəsi sabah ikinci pəhərdə gəmiyə minib Həşt-

Behiştə gəldik.  

Səfər  hazırlığını  tamamlamış  olan  Əsgəri  bazar  ertəsi  günü  gəlib  ha-

mamda izin alaraq şərqə doğru hərəkət etdi. 

Çərşənbə axşamı günü Dulpurda tikilməsini əmr etdiyim hovuz və qu-

yunu görməyə getdim. Bir pəhər və bir geridə bağdan atlanaraq gecənin ilk 

pasından beş geri keçəndə Dulpur bağına vardıq. 

Cümə axşamı günü, ayın on birində [=24 dekabr] daş quyu, iyirmi altı 

daş arx, daş sütun və yekparə qayadan qazılan arxlar tamamlanaraq, o günün 

üçüncü pəhərindən etibarən quyudan su çəkilməyə başlandı. Dulpurda çalış-

maqda  (354  a)  olan  daşçı,  dülgər  və  işçilərə  Aqradakı  ustalar  və  işçilərə 

olduğu kimi ehsanlar verildi. 

Quyu  suyunun  qoxusunun  önünə  keçmək  üçün  tədbir  olsun  deyə  on 

beş gün boyunca gecə-gündüz heç durmadan çarxı döndürərək su çəkmələri-

ni əmr etdik. 

Cümə  günü ilk  pəhərə  bir  geri qalanda  Dulpurdan hərəkət  etdik. Gü-

nəş hələ batmamışdı ki çaydan keçdik.  



 

CAMDAKI QIZILBAġ VƏ ÖZBƏK 

SAVAġININ ġAHĠDĠNĠN SÖYLƏDĠKLƏRĠ 

 

Çərşənbə  axşamı  günü,  ayın  on  altısında  [=29  dekabr]  qızılbaş  ilə 



özbək savaşında olan Div Sultanın adamı gəldi və bu bilgiləri verdi: Cam və 

Xırgird civarında aşura günü türkmənlər ilə özbəklər arasında səf hərbi olur. 

Sabahd  an  günortaya  qədər  vuruşurlar.  Özbəklərin  üç  yüz  min  olduğunu 

söylədi,  türkmənlər qırx-əlli  min adammış,  qaraltısını  yüz min  təxmin  etdi. 

Lakin özbəklər öz adamlarını yüz beş min olaraq göstərirlər. 

Qızılbaşlar rum tərzində arabalar, zərbzən və tüfəngəndazla dəstə-dəs-

tə özlərini örtüb vuruşurlar. İki min araba və altı min tüfəngəndaz var imiş. 

Şahzadə və Cüha Sultan iyirmi min yaxşı igidlə birlikdə arabaların qurduğu 

sipərin  içində  durur,  digər  bəyləri  isə  arabaların  dışında  sağ  və  sol  qolları 

(354b) nizamlayır. Özbəklər gələndə dışandakı adamları məğlub edib vura- 

vura  sürür,  arxadan  mühasirəyə  alıb  dəvə  və  sursatı  ələ  keçirirlər.  Axırda 

arabaların  içindəkilər  zənciri  açıb  dışarı  çıxırlar.  Burada  müdhiş  bir  savaş 

olur. Özbəklər üç dəfə dönərək hücum edirlər. Tanrı təalanın inayəti ilə qı-

zılbaşlar özbəkləri məğlub edirlər. 

Küçüm xan, Übeyd xan və Əbu Səid Sultan başda olmaq üzrə doqquz 

sultan  əsir  düşür.  Əbu  Səid  Sultan  həyatda  imiş;  digər  səkkiz  sultan  ölür. 

Übeyd Sultanın başını tapa bilmirlər, amma bədənini tapırlar. Özbəkdən əlli 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə