ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə174/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   170   171   172   173   174   175   176   177   ...   194

BABURNAMƏ 

 

375 



əmr edildi. 

Şənbə günü benqal elçisi İsmayıl Mita benqalların hədiyyələrini gəti-

rib Hindistan tərzində mülazimət etdi. Bir ox atımı yerə qədər gəlib sayğıla-

rını ərz etdikdən sonra geri döndü. Sir-muyinə dedikləri xələti geydirib gə-

tirdilər. Bizim tərzdə üç dəfə yükünərək gəlib Nüsrət şahın ərzi-halını verdi 

və gətirdiyi hədiyyələri təqdim edib geri qayıtdı. 

Bazar ertəsi günü Xoca Əbdülhaq gəldi, gəmiylə sudan keçərək Xoca-

nın çadırına gedib mülazimət etdim. Çərşənbə axşamı günü də Həsən Çələbi 

gəlib mülazimət etdi. 

Əsgərin hazırlıqlarını tamamlamaq üzrə bir neçə gün çarbağda qaldıq. 

Cümə axşamı günü, ayın on yeddisində [=27 yanvar] üçüncü geridən sonra 

oradan  qalxıb  atlandıq.  Mən  gəmiylə  hərəkət  etdim.  Aqradan  yeddi  küruh 

məsafədə yerləşən Ənvar kəndinə endik. 

Bazar günü özbək elçilərinə qayıtmaları üçün izin verdim. Küçüm xa-

nın elçisi Əmin (357 b) Mirzəyə kəmərli bir xəncər, altın dibalı bir yelək və 

yetmiş min təngə ehsan edildi. Əbu Səid Sultanın adamı Molla Tağayiyə və 

Mehriban xanım ilə oğlu Polad Sultanın adamlarına düyməli yeləklər və qu-

maş xələtlər geydirildi. Bunlara da vəziyyətlərinə görə pul ehsan olundu.  

Ertəsi gün, Xoca Əbdülhaqın Aqrada qalması, özbək xan və sultanları-

nın göndərdiyi Xoca Yəhyanın nəvəsi Xoca Kəlanın isə Səmərqəndə getmə-

si üçün izin verildi. 

Hümayunun oğlunun doğulmasını və Kamranın evlənməsini təbrik et-

mək  üçün  on  min  şahruxi  hədiyyə  ilə  birlikdə  Mirzə  Təbrizi  və  Mirzə  bəy 

Tağayi göndərildi. Hər iki Mirzəyə də öz geydiyim paltar və bağladığım kə-

mər göndərildi. Hindu Molla Behişti vasitəsilə dəyərli daşlarla işlənmiş kə-

mərli  bir  xəncər,  yenə  dəyərli  daşlarla  işlənmiş  davat,  sədəflə  işlənmiş  bir 

qutu,  öz  geydiyim  qısa  bir  paltar,  qurşaq,  Baburi  xəttinin  müfrədatı  və  bu 

yazıyla  yazılmış  qitələr  göndərildi.  Hümayuna  Hindistana  gələndən  bəri 

yazdığım şeirlər və tərcümələr göndərildi. Hindal ilə Xoca Kəlana da tərcü-

mələr və şeirlər  göndərildi. Kamrana da Mirzə bəy  Tağayi  vasitəsilə  tərcü-

mə, Hindistana gələndən bəri söylənən şeirlər və Baburi xəttilə yazılan mək-

tub örnəkləri göndərildi. 

Çərşənbə  axşamı  günü  Kabilə  gedəcək  adamlara  məktublar  yazılaraq 

izin verildikdən sonra Molla Qasım, Ustad Şah Məhəmməd Səngtraş, Mirək, 

Mir Qiyas, (358 a) Mir Səngtraş və Şah Baba Bildara Aqra və Dulpurda ti-

kiləcək binalara dair izahatlar verilərək bu işlər onlara tapşırıldı  və getmələ-

rinə izin verildi. 

İlk pəhər yaxınlaşmışdı ki, Ənvardan atlandıq. Günorta sonuna doğru 

Çəndvarın bir küruhunda yerləşən Əbapur adlı kəndə endik. 

Cümə axşamı axşamı Əbdülmüluk Qurçunu Həsən Çələbiylə birlikdə 

şahın  [Şahzadə  Təhmasib]  yanına,  [İbrahim]  Çapıq  isə  özbək  elçiləri  ilə 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



376 

birlikdə xanların və sultanların yanlarına göndərildi. Gecənin bitməsinə dörd 

geri qala Əbapurdan qalxıb dan ağararkən gəlib Çəndvar qarşısından gəmiyə 

mindim.  Axşam  üstü  Rabiri  önündə  gəmidən  çıxıb  ordugaha  gəldim.  Ordu 

Fəthpura enmişdi. 

Fəthpurda  bir  gün  qalıb  şənbə  günü  səhər  vaxtı  abdəst  alıb  atlanaraq 

sabah namazını Rabirinin yaxınında camaatlə qıldıq. Mövlana Mahmud Fə-

rabi imamdı. Günəş doğarkən Rabirinin böyük dirsəyinin aşağısından gəmi-

yə mindik. O gün tərkib xəttilə yazmaq istədiyim tərcümə üçün on bir sətrlik 

bir mistar cızdım. O gün vəlilərin sözlərindən könlümə bir ilham doldu. 

Rabiri pərgənələrindən olan Cakin adlı pərgənənin qarşısında gəmiləri 

sahilə çəkib o axşam gəmidə qaldıq. Oradan da sabahdan bir az əvvəl (358 



b) gəmiləri hərəkətə keçirib bu arada sabah namazını qıldıq. 

Mən gəmidə ikən Sultan Məhəmməd Bəxşi yanıma Xoca Kəlanın ada-

mı olan Şəmsəddin Məhəmmədi gətirdi. Məktubdan və sözlərindən Kabildə-

ki vəziyyəti tam olaraq öyrəndim. Mehdi Xoca da mən gəmidə ikən gəldi. 

Günortadan bir az əvvəl Ətavənin önündəki çayın digər tərəfində olan 

bağa çıxaraq Cunda qüsl edib günorta namazını qıldım. Namaz qılınan yer-

dən  bir  az  Ətavə  tərəfinə  gələrək  həmin  bağın  ağaclarının  kölgəsində  çaya 

baxan bir təpə üstündə oturub igidlərin çalıb-oxumasını dinlədik. Mehdi Xo-

canın ikram etdiyi yeməyi burada yedik. Axşam üstü çayı keçib yatsı vaxtı 

ordugaha gəldim. 

Əsgərin  yığılması və Şəmsəddin Məhəmməd vasitəsilə Kabildəkilərə 

məktublar yazılması üçün o yurdda iki-üç gün qaldıq. 

Çərşənbə günü, cəmadiyüləvvəl ayının sonuncu günü [=9 fevral] Əta-

vədən hərəkət edib səkkiz küruh getdikdən sonra Muri və Edusəyə endik. 

Kabilə  gedəcək məktubların qalanlarından bəziləri orada  yazıldı.  Hü-

mayuna göndərilən məktubun məzmunu bu idi: əgər indilik uğraşacaq bir iş 

yoxsa,  oğurluğun  və  çapulçuluğun  qarşısı  alınmalı,  heç  kimin  asayişi  poz-

masına yol verilməməli, (359 a) Kabil vilayətini xassə mülkünə daxil  etdi-

yim üçün uşaqlardan heç kim ona tamah salmamalıdır. Sonra Hindalı da ça-

ğırmışdım. Bundan başqa, Kamranın şahzadə ilə yaxşı münasibətlər qurma-

ğa çalışması, Multan vilayətinin ona ehsan edildiyi, Kabil vilayətinin xassə  

mülkü elan oldunğu, ailəmlə saray ağırlıqlarının buraya gəlməsi yazılmışdı. 



 

XOCA KƏLANA MƏKTUB 

 

Bəzi  keyfiyyətlər  isə  Xoca  Kəlana  yazılan  məktubdan  bəlli  olacağı 

üçün o məktubun bir surətini olduğu kimi burada verirəm: 

«Xoca  Kəlana  salam  dedikdən  sonra  söz  budur:  Şəmsəddin  Məhəm-

məd biz Ətavədə ikən gəldi. Vəziyyəti öyrəndim. O tərəflərə getmək arzusu 

sonsuzdur. Hindistan işləri də yoluna girməkdədir. Ulu tanrıdan diləyirəm ki, 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə