ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə176/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   172   173   174   175   176   177   178   179   ...   194

BABURNAMƏ 

 

379 



Şənbə  günü  səkkiz  küruh  yürüyüb  yenə  Kalpi  pərgənələrindən  olan 

Kəkura və Çeçavəliyə endik. 

Bazar  günü,  ayın  dördündə  [=13  fevral]  doqquz  küruh  gedib  Kalpi 

pərgənələrindən olan Didəpur adlı pərgənədə başımı qırxdlm. İki aydan bəri 

başımı qırxmamışdım. Səngər çayında qüsl etdim. 

Bazar  ertəsi  günü  on dörd  küruh  gedib  Kalpi  pərgənələrindən Çərkə-

dəyə endik. 

Çərşənbə axşamı günü, ayın altısında Qaraçanın  hindistanlı bir köləsi 

Mahım bəyimin Qaraçaya yazdığı fərmanı gətirdi. Mahım gəlirmiş. Mənim 

əvvəlcə öz əlimlə yazdığım üslubda pərvanə yazıb Lahor, Bxirə və o civar-

dan  keçərkən  qılavuz  istəmişdi.  Bu  fərmanı  cəmadiyüləvvəl  ayının  yeddi-

sində [=17 yanvar] Kabildən yazmışdır. 

Çərşənbə  günü yeddi küruh gedilərək Adəmpur pərgənəsinə endik. O 

gün, dan ağarmadan tək başıma alanıb günorta üstü Cun çayına vardım. Cun 

sahilindən  aşağıya  doğru  getdim.  Adəmpur  qarşısına  gələndə  bir  adada  or-

dugahın yaxınlığıında çadırlar qurduraraq məcun yedim. 

O  gün  (362  a)  Sadiq  ilə  Külalı  gürəşdirdik.  Külal  iddiayla  gəlmiş  və 

Aqrada  güləşmək üçün  yorğunluğunu  göstərərək iyirmi  gün  vaxt  istəmişdi. 

Artıq qırx-əlli gün keçmiş olduğu üçün güləşməyə məcbur oldu. Sadiq yaxşı 

güləşdi və onu çox asanca yerə sərdi. Sadiqə on min təngə, yəhərli bir at, bir 

dəst  paltar  və  düyməli  bir  yelək  ehsan  edildi.  Kəlali  isə  məğlub  olmasına 

baxmayaraq bir dəst paltaryla üç min təngə hədiyyə aldı. 

Arabaları və topları gəmilərdən çıxarmağı əmr etdim. Yer düzəldərək, 

yol çəkərək arabaları və topları çıxarana qədər bu yurdda üç-dörd gün qaldıq. 

Bazar  ertəsi  günü,  ayın  on  ikisində  [=21  fevral]  on  iki  küruh  gedib 

Kürrəyə  endik.  O  gün  təxti-rəvanla  getdim.  Kürrədən  on  iki  küruh  gedib 

Kərrə pərgənələrindən Küryəyə endik. Küryədən də səkkiz küruh yürüyərək 

Saray-Məndaya endik. 

Buraya  endiyimiz  yatsı  vaxtında  Sultan  Cəlaləddin  gəlib  mülazimət 

etdi. İki kiçicik oğlunu da özü ilə birlikdə gətirmişdi. 

Şənbə günü, ayın on yeddisində [=26 fevral] səkkiz küruh gedib Kərrə 

pərgənəsindən  Qanq  sahilində  Düydüyüyə  endik.  Məhəmməd  Sultan  (362 



b)  Mirzə,  Qasım  Hüseyn  Sultan,  Bixub  Sultan  və  Turdukə  biz  orada  ikən 

gəldilər. 

Bazar ertəsi günü, Əsgəri də bu yurdda ikən gəlib mülazimət etdi. Bu 

gələnlərin hamısı Qanqın şərq tərəfindən gəlmişdilər. Əsgərinin adamlarıyla 

birlikdə  Qanqın  qarşı  sahilindən  irəliləməsi  və  ordu  harada  güşərgə  salsa, 

onların da tam qarşı tərəfdə düşərgə salmaları əmr edildi. 

Biz o civarda ikən irəlidən bir-biri ardına xəbərlər gəlirdi: Sultan Mah-

mudun yanında yüz min əfqan toplaşmışdı. Şeyx Bəyazid ilə Bibəni bir çox 

əsgərlə birlikdə Sərvar tərəfinə göndərib özü və Fəth xan Sərvani də Qanq 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



380 

sahilini  təqib  edərək  Çünar  üzərinə  gəlirmiş.  Keçən  il  bir  çox  pərgənə  ve-

rərək bu civarda qoyduğumuz Şir xan Sur da əfqanlara qoşulmuşdu. Şir xan 

ilə  digər  bir  neçə  əmiri  çayın  qarşı  tərəfinə  keçmişlər.  Sultan  Cəlaləddinin 

adamları Benaresi müdafiə etməyərək qaçıb çıxmışlar. Benares kurqanında 

qüvvə qoyaraq Qanq sahilinə gəlib vuruşacaqlarını söyləyirmişlər. 

Düydüyüdən  qalxıb  altı  küruh  irəlilədikdən  sonra  Kərrədən  üç-dörd 

küruh məsafədə yrləşən Küsara endik. Mən gəmiylə gəldim. Sultan (363  a) 

Cəlaləddinin ziyafəti ilə əlaqədar iki-üç gün bu yurdda qaldıq. 

Cümə günü Kərrə qalasının içində Sultan Cəlaləddinin evlərinə endik. 

Ev sahibi  sifəti ilə  bizə yemək  və təam  ikram  etdi. Yeməkdən sonra  özünə 

və  uşaqlarına  tikışsiz  libaslar  geydirildi. Arzusuna uyğun olaraq  böyük oğ-

luna Sultan Mahmud ünvanı verildi. 

Kərrədən hərəkət edərək bir küruh qədər irəlilədikdən sonra Qanq sa-

hilinə endik. Orada ikən Mahım bəyim tərəfindən gəlmiş olan Şəhrək bəyə o 

gün  məktub  verərək  getməsinə  izin  verdim.  Xoca  Yəhyanın  nəvəsi  Xoca 

Kəlan  isə  məndən  yazmaqda  olduğum  Vəqayeni  istəmişdi.  Surətini  çıxart-

dırmışdım, onu da Şəhrək  vasitəsilə göndərdim. 

Şənbə günü qalxıb dörd küruh gedərək dincəldik. Mən  yenə gəmiylə 

getdim.  Enəcək  yer  yaxın  imiş,  erkən  gəldik.  Bir  müddət  sonra  gəminin 

içində məcun yedik. Xoca Əbdüşşəhid Nur bəyin çadırındaymış, dəvət etdik. 

Molla  Mahmudu  da  Molla  Əlixanın  çadırından  çağırdıq.  Bir  müddət  otur-

duqdan  sonra  gəmi  ilə  qarşı  tərəfə  keçib  güləşçiləri  gürəşdirdik.  Dost  Ya-

sinxeyrə pəhlivan  (363  b)  Sadiqlə  deyil,  digərləri ilə güləşməsi  əmr edildi. 

Qaydaya zidd olmasına baxmayaraq, onun daha qüvvətlilərlə güləşməsi əmr 

edildi. Səkkiz adamla yaxşı güləşdi.  

İkindi çağı Sultan Məhəmməd Bəxşi qayıqla o tərəfdən gəldi və asilə-

rin Sultan Mahmud dediyi Sultan İskəndər oğlu Mahmud xanın məğlubiyyət 

xəbərini gətirdi. Günorta üstü buradan gedən casus da asilərin məğlubiyyət 

xəbərini gətirdi. Günorta ilə ikindi arasında gələn Tac xan Sarənghaninin ər-

zi-halı də casusun xəbərinə uyğundu. 

Sultan Məhəmməd gəlib təfsilatı nəql etdi. Düşmən gəlib Çünarı mü-

hasirəyə almış, bir az savaşmış, lakin bizim gəldiyimiz dəqiqləşən kimi ora-

dan getmişdir. Benaresə keçən əfqanlar da təlaşla geri dönüb suyu keçəndə 

iki gəmi batmış və xeyli adamları boğulmuşdur. 

Ertəsi gün altı küruh yürüyərək Piyaq pərgənələrindən Siravəliyə gəl-

dik.  Mən  gəmiylə  gəldim.  Çin  Teymur  Sultan  ilə  Toxta  Buğa  Sultan  yarı 

yolda hüzura qəbul edilmək üçün gözləmişdilər. Sultanları da gəmiyə dəvət 

etdim. Toxta Buğa Sultan yada daşı ilə sehir etmişdi. Şiddətli bir külək qo-

pub yağmur  yağmağa başladı. Gözəl bir hava oldu. Bu hava məcun yemə-

mizə səbəb oldu. Keçən gün məcun yediyimizə baxmayaraq bugün də yedik. 

Yurda gedib ertəsi gün də orada qaldıq. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə