ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə173/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   169   170   171   172   173   174   175   176   ...   194

BABURNAMƏ 

 

373 



min və türkməndən isə iyirmi min adam tələf olur. 

Həmin gün on altı günlük müddətlə Cunepura getmiş olan Qiyasəddin 

Qurçu gəldi. Sultan Cüneyd və adamları Haridə əsgər sövq etmişlər, bu üz-

dən  zamanında  yetişə  bilməzlərmiş.  Sultan  Cüneyd  ağızdan  bunları  söylə-

miş:  şükür  ki,  tanrı  inayəti  ilə  bu  tərəflərdə  padşahın  iştirakını  vacıb  qılan 

bir iş görünmür. Mirzə gəlsə və bu civardakı sultan, xan və əmirlərə Mirzə 

ilə birlikdə hərəkət etmələri fərman olsa, ümid edilir ki, bütün işlər asanlıqla 

gerçəkləşəcəkdir. (355a) 

Gərçi Sultan Cüneyddən belə bir cavab gəldi, lakin kafir Sanka müha-

ribəsindən  sonra  Molla  Məhəmməd  Məzhəb  də  Benqala  elçi  göndərilmişdi 

və bugün-sabah gələcəyini söyləyirdilər. Onun xəbərini də gözlədik. 

Cümə  günü,  ayın  on  doqquzunda  [=l  yanvar  1529]  məcun  yeyib  bir 

neçə  yaxın dostla xəlvətxanada otururdum, Molla Məhəmməd Məzhəb, ax-

şam  vaxtı,  ki  şənbə  gecəsidir,  gəlib  mülazimət  etdi.  O  tərəfdəki  vəziyyəti 

bir-bir soruşub öyrəndik: benqallar bizə itaət edir və bizə tərəfdardırlar. 

Bazar günü [=3 yanvar] türk və hind əmirlərini xəlvətxanaya çağıraraq 

danışıb  məsləhətləşdik.  Bu  sözlər  ortaya  atıldı:  benqallara  elçi  göndərərək 

onların  bizə  itaət  etdiklərini  və  tərəfdar  olduqlarını  öyrəndik.  Benqala  get-

mək  faydasızdır;  çünki  oranın  civarında  əsgərin  işinə  yarayacaq  xəzinə 

yoxdur. Qərb tərəfində isə bəzi yerlər vardır ki, həm yaxındır, həm də xəzi-

nələri vardır. 

Malı vafir, eli kafir, yol yavuq,  

Şərq sarı gər iraqdır, ol yavuq. 

Axırda buna qərar verildi: mən qərb tərəfinə gedəcəyəm, yolumuz ya-

xın olduğu üçün bir neçə gün burada qalıb şərq tərəfindən arxayın olduqdan 

sonra (355 b) oraya yola düşəcəyəm. 

Qiyasəddin  Qurçuya  iyirmi  gün  müddət  verərək  Qanq  çayının  digər 

tərəfindəki  bütün  sultan,  xan  və  əmirlərin  əsgərini  ətrafına  yığaraq  bu  asi-

lərin üstünə  yürümələrini  bildirən fərmanlarla birlikdə təkrar Purab  əmirlə-

rinə qasid kimi göndərildi. Bu fərmanları oraya götürəcək, sonra da oradan 

xəbər alıb vaxtında gəlib bizə yetişəcəkdi.  

 

BƏLUCLARIN ÜSTÜNƏ YÜRÜġ 

 

O günlərdə bəluclarm gəlib bəzi yerləri yağmaladıqları haqqında Mə-



həmmədi Göyəldaşdan ərzi-hal gəldi. Bu işi Çin Teymur Sultana tapşıraraq 

Sihrind və Samanənin o tərəfində olan Adil Sultan, Sultan Məhəmməd Dul-

day, Xosrov Göyəldaş, Məhəmməd Əli Cəng-Cəng, Əbdüləziz Miraxur, Se-

yid Əli, Vəli Qızıl, Qaraca, Həlahil, Aşiq Bəkavul, Şeyx Əli, Kəttə, Gücür 

xan,  Həsən  Əli  Səvadi  kimi  komandanların  Cin-Teymur  Sultanın  ətrafında 

yığılaraq altı aylıq sursatla bəluclarm üstünə yürümələri, bu zaman hamının  




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



374 

Cin-Teymur Sultanın bütün əmirlərinə tabe olması haqqında fərmanları gö-

türməklə də Əbdülqaffar Tavaçıya həvalə olundu. 

Verilən qərara görə, o, bu fərmanları öncə Çin Teymur Sultana götü-

rəcək  və  ondan  sonra  adı  çəkilən  bəylərə  (356  a)  göstərəcəkdi.  Bunların 

hamısının əsgərləri ilə birlikdə Çin Teymur Sultan tərəfindən təyin olunacaq 

toplanma  yerinə  gəlmələrini  təmin  edəcəkdi.  Əbdülqaffar  özü  də  səfərdə 

onlarla birlikdə olacaq və hər hansı bir adamda süstlük və səhlənkarlıq görsə 

bizə  bildirəcəkdi,  qüsur  göstərənlər  dərəcə  və  rütbələri alınaraq özləri vila-

yət və pərgənələrindən uzaqlaşdırılacaqdı. 

Bu fərmanları verib ağızdan söylənəcək sözləri də söyləyərək Əbdül-

qaffarı yola saldıq. 

Bazar gecəsi, ayın iyirmi səkkizində [=8 yanvar] saat üç pəhər və altı 

geri olanda Cundan keçərək Dulpurdakı  Baği-Nilüfərə hərəkət etdik. Bazar 

günü, üçüncü pəhərə doğru bağa gəldik. Bağın ətrafında və civarında özləri-

nə bina və bağlar saldırmaları üçün bəy və elçilərə yer və yurd təyin edildi. 

Cümə axşamı günü cəmadiyüləvvəl ayının üçündə [=14 yanvar] bağın 

cənub-qərb tərəfində hamam üçün bir yer seçdik. Hamam tikiləcək yeri dü-

zəltdtilər. Bu düzəldilmiş  yerdə hamamın  təməlini  qoyduqdan sonra hama-

mın inşa edilməsini və bir otağında bir hövzi-kəbir tikilməsini əmr etdim. 

O gün Xəlifə Aqradan Qazı Ciya ilə Bir-Sing Divin ərzi-hallarını (356 

b) göndərmişdi: Beharı İskəndərin oğlu Mahmud zəbt etmişdi. Bu xəbər gə-

lincə qoşun çəkmək niyyətilə ertəsi cümə günü, altıncı geridə Bağı- Nilufər-

dən atlanaraq axşam üstü Aqraya gəldik. Məhəmməd Zaman Mirzə də Dul-

pura  gedirmiş,  yolda  bizə  rast  gəldi.  Cin  Teymur  Sultan  da  o  gün  Agraya 

gəlmişdi. 

Şənbə günü, bəylər məsləhətə dəvət edildi və cümə axşamı günü, ayın 

onunda [=21 yanvar] Puraba doğru hərəkətə keçilməsinə qərar verildi. 

Həmin şənbə günü Kabildən məktub və xəbər gəldi: Hümayun o tərəf-

dəki əsgəri yığıb Sultan Veysi də yanına alaraq qırx-əlli minə yaxın adamla 

Səmərqəndin  üzərinə  hərəkətə  keçmişdi.  Termizdən  yürüyüb  Qabadiyanı 

alan Tursun Məhəmməd Sultan kömək istəmişdi. Hümayun da Tülək Göyəl-

daş ilə Mir Hurdu izdihamlı bir qüvvə və mövcud moğollarla birlikdə Tur-

sun Sultana yardıma göndərmiş, sonra, özü də arxasından hərəkət etmişdi.  

 

BABUR ġƏRQ SƏFƏRĠNƏ HAZIRLAġIR 

 

Cümə  axşamı  günü,  cəmadiyüləvvəl  ayının  onunda  [=21  yanvar] 



üçüncü geridən sonra Puraba getmək üzərə yola çıxıb Cəlisir kəndindən bir 

az yuxarıda (357a) Cundan gəmiylə keçərək Bağı-Zərəfşana gəldim. 

Tuğ, nağara, axır və bütün əsgərin bağın qarşısına, suyun digər tərəfi-

nə  enmələri  və  hüzura  çıxacaq  adamların  suyu  gəmiylə  keçərək  gəlmələri 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə