ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə175/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   171   172   173   174   175   176   177   178   ...   194

BABURNAMƏ 

 

377 



buranın işi tanrı təalanın inayətilə tezliklə sona çatsın. Bu iş bitdikdən sonra 

Allah  nəsib  etsə  dərhal  hərəkət  edəcəyim.  O  vilayətlərin  gözəlliyini  insan 

necə  unuda  bilər?  Xüsusilə  də  belə  tövbəli  olunca,  qovun  və  üzüm  kimi 

məşru zövqləri insan ağlından necə çıxara bilər? Bugünlərdə bir qovun gə-

tirmişdilər, kəsib yeyəndə mənə çox təsir etdi. Az qala ağlayacaqdım. 

Kabilin heç cür zəbt və rəbt altına alına bilmədiyi (359 b) yazılmışdı. 

Axırda könül bunda qərar buldu: əgər bir vilayətdə yeddi-səkkiz hakim olsa, 

ora necə itaətkar və möhkəm olar? Buna görə də böyük bacımı və hərəmləri 

Hindistana çağırdım.  

Kabilin bütün vilayət və qəryələrini xassə mülkü elədim. Hümayun ilə 

Kamrana  da  bu  xüsusu  izah  edərək  yazdım.  Yaxşı  bir  adam  o  məktubları 

mirzələrə götürsün. Bundan əvvəl də bu xüsusa dair mirzələrə məktub yazıb 

göndərmişdim. Hər halda məlum olmuşdur. İndi o vilayətin idarəsı və abad-

lığı heç bir bəhanə və maneə qalmadı. Bundan sonra, əgər kurqan möhkəm 

və  xalq  razı  olmasa,  azuqə  tapılmasa,  ya  da  xəzinə  dolmasa,  bu  vəziyyətin 

idarə edənin iqtidarsızlığı üzündən olduğu düşünüləcəkdir. Gərəkli olan bəzi 

işlər yazılacaqdır. Bəzisi üçün fərman da getmişdir. Bu işlərdən artan para, 

xəzinəyə yatırılsın. 

Gərəkli olan işlər bunlardır: öncə kurqanın təmiri, azuqə, gələn-gedən 

elçilərin məsrəfləri, caminin tikilməsi üçün pulu maldan alaraq sərf etsinlər. 

Karvansara və hamamların təmiri, ərkdə Ustad Həsən Əlinin bişmiş kərpiclə 

tikməyə başlayıb yarımçıq qalan binanın tamamlanması işi (360 a) onun özü 

ilə danışılıb məsləhətləşərək uyğun bir plan içərisində davam etdirilsin. Us-

tad Həsən Əlinin çəkdiyi əski layihə uyğunsa, o şəkildə tamamlansın, yoxsa 

fikir birliyiylə gözəl bir layihə üzrə tikilsin. Elə ki, onun döşəməsi divanxa-

na döşəməsi ilə bir səviyyədə olsun. 

Xurd-Kabil  bəndi  boğazın  Xurd-Kabil  tərəfinə  çıxdığı  yerdə  Büthaq 

çayına bağlanmalıdır. Qəznə bəndini təmir edin. Baği-Xiıyabana gəlincə, bu 

bağın suyu azdır, buraya da bir dəyirman işlədə biləcək qədər suyun tapılıb 

gətirilməsi lazımdır. 

Xoca-Bəstənin cənub-qərb tərəfində Tutum-Dərə çayını bir təpə üstü-

nə gətirtərək oraya hovuz tikib fidanlar əkdirmişdim. Güzərgahın qarşısında 

yerləşdiyi, gözəl və geniş bir mənzərəsi olduğu üçün oraya Nəzərgah adı ve-

rilmişdi. Oraya da gözəl fidanlar əkmək və plan daxilində çəmənliklər yara-

dıb ətrafına gözəl rəngli, gözəl rayihəli gül və reyhanlar əkmək lazımdır. 

Seyid Qasım da köməkçi dəstənin başçısı təyin edildi.  

Tüfəngəndazlarla Ustad Məhəmməd Əmin Cəbəçinin əhvalından qafil 

olmayın. 

Bu məktub gələn kimi, dərhal böyük bacımı və hərəmləri yola çıxarıb 

Nilaba qədər (360 b) qılavuzluq edin. Bu məktub gələn kimi, ən gec bir həf-

tə  sonra  mütləq  yola  çıxsınlar.  Yoxsa  Hindistandan  gedən  əsgər  dar  yerdə 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



378 

sıxıntı çəkər, vilayət də xarab olar. 

Sonra, Abdullaha [Kitabdar] yazılan məktubda tövbə işindəki uğurlar 

haqqında çox mübaliğəyə yol verilmişdi. Bu rübai buna bir az engəl oldu.  

Mey tərkini qılalı pərişandır mən, 

Bilmən qılar işimiyü heyrandır mən, 

El bütün peşiman olub tövbə qılar, 

Min tövbə qılıb mənü peşimandır mən. 

Bənnainin bir nüktəsi xatırimə gəldi. Bir gün Bənnai Əlişir bəyin [Nə-

vai]  hüzurunda  bir  nüktə  edir.  Əlişir  bəy  düyməli  bir  yelək  geyibşmiş.  Bu 

üzdən  belə  deyir:  «Nəğz  zərafəti  kərdi,  çəkmənra  midadəm,  vəli  tügməha 

nəmemand  və  mane  əst»  (Gözəl  bir  nüktə  etdin.  Sənə  yeləyimi  verərdim, 



amma düymələri buraxmır və mane olur). Bənnai isə belə deyir: «Tügməha 

çi mane əst, badigəha mane əst» (düymələr mane deyil, ilgəklər manedir). 

Vəl  üxdətü  əlar-ravi  (Günahı  söyləyənin  boynuna).  Belə  zarafatı  mə-

zur görün və tanrı xatirinə, inciməyin. 

Sonra, o rübaini keçən il söyləmişdim. Gerçəkdən də bu ötən iki il şə-

rab  məclisinə  duyduğum  arzu  və  həsrət  sonsuz  idi.  O  dərəcədə  ki,  şəraba 

duyduğum həsrətdən bəzən ağlamaq həddinə gəlirdim. Bu il, əlhəmdülillah, 

o sıxıntı könlümdən tamamilə silindi. Hər halda tərcüməni nəzm etməyimin 



(361 a) isabəti və bərəkətindəndir. 

Siz də tövbə edin. Söhbət və şərab həmsöhbət və həmbadə ilə xoşdur 

ki,  söhbət  edəsiniz  və  şərab  içəsiniz.  Əgər  həmsöhbət  və  həmbadə  Şir  Əh-

mədlə  Heydərqulu  isə bu tövbə  o qədər da  ağır  olmayacaq.  Arzuməndliklə  

salam. 

Cümə axşamı günü, cəmadiyülaxır ayının ilk günündə [=10 fevral] ya-



zıldı». 

Bu nəsihətamiz sözləri yazdığım zaman mənə fövqəladə təsir etdi. Bu 

məktubları Şəmsəddin  Məhəmmədə  təslim  edib ağızdan söylənəcək  sözləri 

də söylədikdən sonra cümə gecəsi getməsinə izin verdim. 

Cümə günü səkkiz küruh qədər gedib Cüvaməndnaya endik. Kitin-Qa-

ra Sultan bir adamını elçi olaraq gələn Kəmaləddin Qıyaq adlı nökərin yanı-

na göndərmiş, sərhəd bəylərinin necə yaşayıb nələr etdikləri haqqında, oğru 

və  quldurlardan  şikayət  edən  bəzi  şeylər  yazmışdı.  Qıyaq  da  həmin  adamı 

buraya göndərmişdi. Qıyağa gərəkli izin verib sərhəd bəylərinə oğru və qul-

durları  ram  etmək,  yaxşı  yaşamaq  və  hərəkət  etmək  barədə  fərmanlar  gön-

dərdim.  Bu  fərmanları  Kitin-Qara  Sultandan  gələn  adama  təslim  etdikdən 

sonra biz bu yurdda ikən onun getməsinə izin verdik. 

Həsən  Çələbidən  Şahqulu  adında  bir  adam  gəlib  [özbək-qızılbaş]  sa-

vaşı  haqqındakı  keyfiyyətini  ərz  etmişdi.  (361  b)  Şahqulu  vasitəsilə  şaha 

[şahzadə  Təhmasib]  məktub  yazaraq  Həsən  Çələbinin  gecikməsini  üzrlü  

sayıb cümə günü, ayın ikisində [=11 fevral] getməsinə izin verildi. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə