ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə177/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   173   174   175   176   177   178   179   180   ...   194

BABURNAMƏ 

 

381 



Çərşənbə  axşamı  günü  təkrar  atlandıq.  Ordugahın  qarşısında  yaşıl  və 

böyük bir ada vardı. Gəmiylə oraya keçib adayı gəzdikdən sonra ilk pəhərdə 

təkrar gəmiyə girdim. 

At üzərində çay kənarında gedərkən bir qayanın üstündən keçdim. At 

çatlamış  qayanın  üstünə  çıxanda  qaya  uçdu.  Mən  dərhal  sıçrayaraq  özümü 

kənara atdım. At isə uçmadı. Atın üzərində qalmış olsaydım, çox ehtimal ki, 

atla birlikdə yuvarlanacaqdıq. 

O gün  Qanq çayını qulac ataraq keçdim. Hər qulacı  saydım, otuz üç 

qulacla  keçdim  və  orada  dincəlmədən  geri  üzərək  təkrar  bu  tərəfə  keçdim. 

Bütün çaylari üzərək keçmişdim, bircə Qanq çayı qalmışdı. 

Axşam üstü Qanq çayının Cun çayı ilə birləşdiyi yerə qədər gedib Pi-

yaq  tərəfindən  gəmini  çəkdirərək  ilk  pəhərin  dördüncü  gerisində  ordugaha 

gəldim. 

Çərşənbə günü, ikinci pəhərdən etibarən əsgər Cun çayından keçməyə 

başladı. Dörd yüz iyirmi gəmi vardı. 

Cümə günü, rəcəb ayının ilk günü [=11 mart] suyu keçdim. 

Bazar ertəsi günü, ayın dördündə [=14 mart] Behara getmək niyyətilə 

Cun  sahilindən  hərəkət  etdik  və  beş  küruh  gedib  Ləvayinə  endik.  Mən  gə-

miylə getdim. O günə qədər əsgərlər hələ sudan keçirdi. Adəmpurda gəmi-

lərdən çıxarılmış olan zərbzənli arabaları Piyaqda təkrar gəmilərə qoyub gə-

miylə gətirmələri əmr edildi.  

Endiyimiz  yurdda  güləşçiləri  gürəşdirdik.  Pəhlivan  Lahori  Kəşdiban 

ilə Dost Yasinxeyr güləşdilər. Xeyli mücadilədən sonra Dost qələbə qazandı. 

Hərəsinə bir dəst paltar ehsan edildi. 

İrəlidə bataklıq və çamurlı pis bir çay varmdı, ona Tus çayı deyirdilər. 

Keçid aramaq və yol tapmaq üçün burada iki gün qaldıq. Bir az yuxarıda at 

və  dəvələr üçün bir keçid  tapıldı. Yüklü arabalar  o keçidin uyğun olmayan 

daşları üzündən keçə bilməzmiş. Yüklü arabaları da (364 a) oradan keçirmə-

yi əmr etdim. 

Cümə axşamı günü oradan hərəkət edərək Tus çayının birləşdiyi  yerə 

qədər  gəmiylə  gəldim.  Suyun  birləşdiyi  yerdə  gəmidən  çıxıb  Tus  çayından 

yuxarıya doğru gedərək ikindi üstü suyu keçib enmiş olan ordugaha gəldim. 

O gün altı küruh yürüdük. Ertəsi gün orada qaldıq. 

Şənbə günü on iki küruh yürüdükdən sonra kəndin yuxarı tərəfinə en-

dik.  Oradan  da  yeddi  küruh  gedərək  Nanupura  endik.  Biz  bu  yurdda  ikən 

Çünardan oğullarıyla birlikdə Tac xan gəlib mülazimət etdi. O günlərdə Mə-

həmməd Bəxşinın ərzi-halı də gəldi: ailə və saray ağırlıqları Kabildən dəqiq 

olaraq gəlirmiş. 

Çərşənbə günü oradan qalxıb Çünar kurqanını gəzdikdən sonra Çünar-

dan bir küruh qədər keçərək endik. 

Piyaqdan  hərəkət  etdiyimiz  günlərdə  bədənimdə  qan  çibanı  çıxmışdı. 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



382 

Bu  yurdda ikən Rumdan gələn bir səyyah  yeni kəşf edilən bir tədavi tətbiq 

etdi.  Qarabibəri  gil  qazanda  qaynatdı  və  yaranı  onun  isti  buxarına  tutdum. 

Buxar azalınca da isti su ilə yudum. Təqribən iki saata qədər dindi. 

Yenə biz bu yurdda ikən bir nəfər ordugahın yanındakı adada aslan və 

kərgədan  gördüyünü  söylədi.  Sabah  (364  b)  o  adayı  mühasirə  etdik.  Fillər 

də gətirilmişdi. Aslan və kərgədan çıxmadı, çıxa-çıxa bir çöl camışı çıxdı. 

O gün şiddətli  rüzgar qopdu və toz-torpaq çox iztirab verdi. Gəmiyə 

minərək ordugaha gəldim. 

Ordu Benaresdən iki küruh daha yuxarıya enmişdi. Çünar civarındakı 

cəngəlliklərdə çox fil varmış. Oraya gedib fil ovlamaq niyyətində idim. Tac 

xan  mənə  Mahmud  xanın  [Ludi]  Sun  çayının  yanında  olduğu  xəbərini  gə-

tirdi. Bəylər dəvət edildi və düşmən üzərinə sürətlə yürümək barədə danışıb 

məsləhət etdik. Axırda uzun mənzillə və gecikmədən yürümək qərara alındı. 

Oradan qalxıb doqquz küruh gedərək Bəlvə keçidinə endik. 

Burada bazar ertəsi günü axşam, ayın on səkkizində [=28 martl Tahir, 

Aqraya göndərildi və Kabildən gəlməkdə olanlara xərclik kimi ehsan  edilən 

pulların baratını götürdü.  

O gün gəmiylə gəldim. Sabahdan bir az öncə gəmiyə minmişdim. Guy 

çayının birləşdiyi Cunpur çayına qədər və oradan da Guy çayının bir az yu-

xarısına gedərək təkrar döndüm. Daracıq bir çay olmasına baxmayaraq (365 

a) keçidi yoxdu. O tərəfdəki əsgər gəmi, sal və atla üzərək keçirdi. 

Cunpur çayının birləşdiyi yerdən bir küruh daha aşağıya gedib keçən 

il Cunpura getdiyimiz zaman qaldığımız yurdu gəzdim. Çayın yuxarısından 

səmt küləyi əsdi. Benqal gəmisinin yelkənini açıb böyük gəmini ona bağla-

dılar və xeyli sürətlə gəldi. Benaresdən bir küruh daha yuxarıya enmiş olan 

ordugahdan buraya günün iki gerisi qalanda gəldik. Heç bir yerdə durmadan 

arxamızdan gələn gəmilərin ən sürətlisi isə yatsı vaxtında gəldi. 

Moğol bəyə Çünardan başlayaraq hər yürüşdə ölçü ipiylə doğru yolu, 

Lütfi  bəyə  isə  gəmiyə  minəndə  çay  sahilini  ölçməsi  əmr  edilmişdi.  Doğru 

yol on bir, su sahili də on səkkiz küruh imiş. 

Ertəsi gün o yurdda qaldıq. Çərşənbə günü də gəmi ilə Qazipurdan bir 

küruh daha  aşağıya  endik.  Cümə axşamı günü biz o  yurdda ikən Mahmud 

xan Nuhani gəlib mülazimət etdi. O gün Behar xan Beharinin oğlu Cəlal xan

Nasir xan oğlu Fərid xan, Şir xan Sur, Adil xan Sur və digər bir neçə əfqan 

əmirinin ərzi-halları (365 b) gəldi. 

Eyni  gün  Əbdüləziz  Miraxurun  da  ərzi-halı  gəldi.  Lahordan  cəmadi-

yüləvvəl  ayının  iyirmisində  [=29  fevral]  yazılmışdı.  Bu  ərzi-hal  yazıldığı 

gün Kalpi civarından Qaraçanın göndərdiyi hindistanlı bir nökəri də Lahora 

varmışdı.  Əbdüləzizin  ərzi-halında  bunlar  yazılmışdı:  Əbdüləziz  və  digər 

təyin edilənlər cəmadiyülaxır ayının doqquzunda [=18 fevral] Nilabda ailəni 

qarşılamağa gedirlər. Əbdüləziz Çanaba qədər birlikdə gəlib oradan ayrıla-



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə